Babək Rəsulzadə imiş?

Babək Rəsulzadə imiş?
19 iyul 2013
# 15:39

İmzasının altına fəlsəfə doktoru yazan bir adamın ən sadə şeylərdən xəbəri olmadığını təsəvvür edə bilirsinizmi?

Nadanlığın təntənəsi olan zəmanəmiz bizə çox şeyləri öyrətdi, hətta nadanlığa da alışdıq.

Bu günlərdə Modern.az saytında bir məqalə oxudum və düşündüm ki, biz bu nadanlığa alışmalı deyildik.

Tarix də, ədəbiyyat da öz orijinallığı ilə gözəldir.

Məxəzləri öyrənməyən birinin öz beynindəki düşüncələri xalqa həqiqət adı ilə sırıması rəzalətdir.

Bəli, bu gün o rəzalət az qala bizim qanımıza yeriyib.

Sovet vaxtı klassiklərin hamısında marksizmə yaxın bir şey tapıb onu marksist edirdilər.

İndi dünya dəyişib, amma bizim elm hələ də öz metodologiyasını tapmayıb.

Bu baxımdan xarakterik bir məqalə Modern.az-da çap edilmişdi.

Məqalənin böyük dramaturqa aidiyyətini müstəqil ekspertiza müəyyən etməlidir.

Müəllif Cəfər Cabbarlını “çağdaş Azərbaycan türk ədəbiyyatının tanınmış nümayəndələrindən” biri hesab edir.

Bundan 79 il əvvəl vəfat etmiş Cəfər Cabbarlı neçə çağdaş sayıla bilər?

Axı çağdaşlıq sözünün elmi qarşılığı “bu gün həyatda olan adam” deməkdir, Cəfər Cabbarlıdan sonra ədəbiyyatımıza azı altı nəsil dəyişib.

Amma bu bekara məsələdir, üstündən keçmək də olar.

Amma müəllif "Od gəlini” pyesindən bir parça verib (Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının), mötərizədə bu sitatın Stalini hədəfə aldığını deyəndə adamın əli üzündə quruyur.

Çünki bu pyes 1924-cü ildə yazılmağa başlanıb, Stalin diktaturası isə “əksinqilabçılar ifşa edildikdən” sonra 30-cu illərdə yaranıb.

Cəfər Cabbarlının əsərlərində milli-mənəvi və dini dəyərlərin bir tamlıq təşkil etdiyini yazan müəllif deyəsən “Od gəlini” pyesini heç oxumayıb, oxusaydı orda din, peyğəmbər haqda nələr yazıldığını görərdi.

Ən absurd məqam: “Cabbarlının Elxan obrazı Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin prototipidir”.

Bu artıq ağ yalandır, həmin əsərin Babək haqqında olduğunu hamı bilir.

Və bu yalanı şərh etmək mümkünsüzdü.

Müəllif Cəfər Cabbarlının ideoloji baxışlarını təhrif etmək istəyirsə bilməlidi ki, bu ideyalar artıq çoxdan insanların beynində özünə yer tutub.

Yox, bu məqaləni yazmaqla müəllif özünün hamıdan ağıllı olduğunu düşünürsə, biz tamamilə əksini düşünürük.

# 2701 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
#
#
# # #