Qızların ifşa etdiyi gənc yazarlar

Qızların ifşa etdiyi gənc yazarlar
22 noyabr 2017
# 10:15

Köhnə bir söhbət var: deyirlər, bəzi gənclər qızların xoşuna gəlmək üçün ədəbiyyata gəlirlər.

Hətta deyilənə görə, yazılan şeirlər, hekayələr, romanlar hansısa qızı yoldan çıxarmaq üçünmüş.

Köhnə olsa da hələ aktuallığını itirməyib.

Bəlkə də doğurdan belədir? Getdikcə gənc yazarların çoxaldığı bir yerdən nə desən gözləmək olar.

Amma bir məsələ var. Axı bu gənc yazarlar hələ təzəcə addımlarını atan körpələrdir. Sosial şəbəkələrdə özlərini gənc yazar kimi qələmə verməklə deyil ki. Ortada 5-6 müəllif var, onları da tanıyırıq. Sonra deyirlər, yazan çoxdur, bilmirsən kimi oxuyasan. Qəti elə deyil. Çox azdı istedadlıların sayı.

Ola bilsin, bax bu yaza bilməyən gənc yazarlar qızlar üçün məxsusi tor qurublar. Bəlkə də onlar üçün ədəbiyyatın bir missiyası var: qız tutmaq.

Yalan ayaq tutar yeriməz deyirlər.

Amma bu yalan ola bilməz axı.

Gör neçə vaxtdır gənc yazarları qız tovlamaqda ittiham ediblər.

İnbokslarını açıb ortaya tökən qızlar nə qədər gənc yazarı ifşa etdilər. Hələ də bu proses davam etməkdədir.

Şeirlə, hekayəylə qızın inboksuna qonaq gələn yaza bilməyən gənc yazar elə üzüsulu geri qaytarılır. Ad da çıxır ki, bütün gənc yazarların işi-gücü “qız tutmaq”dır.

Dəfələrlə şahidi olmuşam. Bir qızla söhbət edirik, birdən mənə deyir ki, filankəs şairi tanıyırsan? Deyirəm, yox, kimdi? Qayıdır ki, aa, bəs bilmirsən, şeir yazır, dünən gecə də mənə yazıb, tanış olmaq istəyir.

Elə ailələr tanıyıram, məhz qızları gənc yazarların toruna düşməsin deyə sosial şəbəkəyə yaxın qoymur. Deyir, bax ha, orda filan şair var, yazar sənə, aldanarsan, sonra işin içindən çıxa bilməzsən.

Gənc yazarların əlindən qızlar profillərinə şəkil qoya bilmirlər, sosial şəbəkələrə girmələri müşkülə dönür. Və hörmətli Mark müəllim bu məsələyə müdaxilə edə bilmir. O hardan bilsin ki, filankəs həqiqətən də gənc yazar deyil. Sadəcə özünü belə təqdim eləyib.

Əsl gənc yazar “qız tutar” heç? Qətiyyən! Bukovskini sevən, bütün günü erotik zəngulə vuran qızlar ona yazan gənc yazarları ifşa etmək üçün dəridən-qabıqdan çıxırlar. Yazardı deyə gərək bu, ağır oturub batman gedə? Bukovskiyə olar, əşşi. Sən hələ get Bukovski ol, sonra gəlib mənimlə tanış olarsan.

Belə... Dərd bir deyil, beş deyil. Hansını deyəsən? İndi deyəcəksən ki, bəs bu oğlanlar qızlarla harda tanış olsun? Deyəcəklər, təkrarçılığa yol verirsən. Gənc yazar olanda nə olar? Onun da tanış olmağa haqqı var. Guya başqa oğlanlar aydan-arı sudan durudurlar? Heç qızlara gözünün ucuyla da baxmırlar.

Qız tutmaq üzrə elmi dərəcə almış gənc yazarların ucbatından sən demə ədəbiyyatı həyatından çıxaranlar varmış. Nə deyək, Allah axırını xeyir eləsin. Sonda ciddi bir məsləhət verib köşəmin qapısını bağlayıram: “Ədəbiyyat insanın tənhalıq ərazisidir”.

Di salamat qalın!

# 3375 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #