Mən olmayan yer

Mən olmayan yer
23 may 2013
# 22:02

İlqar Rəsul

Orda özümü axtarırdım mən. Orda mən yox idim. İnanmaq istəmirdim. İstəyirdim olam. Bütün künc-bucağa baxırdım. Dəli kimi. Bir baxdığım yerə bir də. Bütün guşələrə, bölmələrə baş vururdum. Bütün pərdələrin arasına baxırdım. Bir baxdığıma bir də. Hər dəfəsində də inanırdım ki, bax, indi tapacam. Bax, bu dəfə görəcəm özümü o guşələrdən birində, o pərdələrdən birinin arasında...

Amma yox. Yox, görmürdüm. Tapmırdım... Bir tərəfdən də hər yerin dayanmadan hərəkət etməsi kəsirdi nəfəsimi. Yox. dayanmasını istəmirdim əlbəttə. Amma çətin idi axtarmaq. Mümkün qədər seldən uzaq durmağa çalışırdım ki, məni aparmasın...

İçəri çox isti idi. Soyuq olmalı idi əslində mən orda yoxamsa. Amma isti idi. Bu isti mənə ümid verirdi. Demək ki, hardasa varam orda. Qalxıb tərpənən divarlardan tuta - tuta yenə axtarırdım. Bölmələri, guşələri, pərdələrin arasını...

Olmurdu. Tapmırdım. Özümü selə vurdum. Axara düşüb bütün kainatı gəzdim. Yox idim. Fırladıb yenə geri qaytardı axar məni. Qan idim tamam. Qanın bu qədər qara ola biləcəyini heç ağlıma da gətirməzdim...

Yenə içərini axtarmağa başladım. Artıq bilmirdim bu neçənci dəfə idi. Uzaq guşələrin birində bir nəfər gördüm. Tanış gəlirdi görkəmi. Amma tanımırdım... Büzüşüb oturmuşdu. Qara rəng ondan süzülüb qana qarışırdı. Əlləri ilə dizlərini, çiyinlərini dayanmadan ovuşdururdu. Ona soyuq idi. Bəs necə orada idi? Axı kimə soyuqdusa, orada ola bilməzdi:

-Sən kimsən?-soruşdum. Sualım özümə də bayağı gəldi. Necə yəni kimdi?

Yerində yırğalanırdı. Baxışları ağrıyırdı...

-Sən niyə bu kökdəsən?-yenə soruşdum.

-Özüm özümə eləmişəm- dedi-özüm, başqa heç kim...

Aralandım ondan. Ona soyuq idi. Mənsə istidən boğulurdum. Bir tərəfdən də bu qan. Qan hər yerdə idi. Rəngi də qap-qara...

Sonuncu dəfə hər yeri yaxşı - yaxşı axtarmaq qərarına gəldim. Sonra yenə qayıdıb orada özümü axtarmayım deyə. Axtardım. Bütün girişləri, çıxışları, guşələri, pərdələrin arasını, tez-tez sıxılıb açılan divarları axtardım. Amma daha dəli kimi yox...

Çünki yorulub əldən düşmüşdüm. Bir tərəfdən də ümidsizlik. Tapmadım. Özümü orada tapmadım. Tapmadım...

Mən sənin ürəyində yox idim...

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #