İstəyirəm....

İstəyirəm....
29 dekabr 2012
# 08:45

Desələr bu yeni il gecəsi bir arzu tut ürəyində həyata keçəcək, yalnız bu yeni il gecəsi, yalnız bir arzun həyata keçəcək.

Deyərdim Qarabağın da bizim olduğu Sovet dönəminin 80-ci illərini qaytarmaq istəyirəm!

Yox, nostalgiyaya tutulmamışam, irəli baxaraq irəliləyənlərin yanındayam. Hər halda elə olmaq istəyirəm, geri baxıb ah-uf edənləri də sevmirəm.

Amma bir arzu ki, həyata keçsə həsrətində olduğum hər şey, elə irəlidə olacağına ümid etdiklərim də onun içindədirsə niyə onu istəməyim...

Qalan bütün arzularım o arzunun içində var:

Sakit, firavan, pul dərdi çəkməyəcəyim bir həyat istəyirəm. İstəyirəm övladlarım normal təhsil alsınlar, sabah iş yeri problemləri olmasın. Normal insan kimi yetişsinlər, gələcəklərinin təmin olunacağına şübhəm olmasın.

İstəyirəm, onları hərtərəfli təmin edə bilim. Oxumaqları üçün repetitorlara ehtiyac olmasın. Təhsil sistemi özü məktəbdə bunu onlara versin.

İstəyirəm onlar xeyrin şərə qalib gəlməsinə inansınlar, ədalətin təntənəsinə şübhə etməsinlər.

Dostluqlar təmənnasız, sevgilər saf olsun.

İnsanlar arasında ünsiyyət virtual xarakter almasın, çəpər başı, süfrə arxası ünsiyyətlərin arzusundayam.

Hamı bir-birinə yaxın olsun, intiharlar, qətllər olmasın, bu qədər olmasın. Qardaşı qardaşı, ər arvadını düşmən gözündə görməsin.

Etika, estetika həyat tərzimiz olsun. Mədəni danışıb, mədəni davranaq.

Xəstələnəndə həkimə etibarımız olsun, psixiatrlara, heç psixoloqlara da ehtiyacımız olmasın. Qəlbimizi dosta, yara açaq.

Həmişə evdən işə, işdən evə tələsək. Əyləncəmiz də sivil olsun.

Ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə tapınan yerimiz olaraq qalsın. İnanaq, indi inanmadığımız yaxşı nə varsa hamısına inanaq, ümumi ideologiyamız olsun.

Düşmənçilik deyil, sağlam rəqabət aparaq. Kimsə özünü ətrafındakılardan üstün göstərməyə çalışmasın.

Ən əsası Qarabağ, evimiz-eşiyimiz özümüzün olsun. Ayağımızı yerdə, doğulduğumuz, yaşadığımız torpaqda güvəndə hiss edək.

Bunların hamısının bir arada olması üçün Sovet dönəminin 80-ci illərinin geri qayıtmasını arzu edirəm. Nə müşkül arzudur ki, bəlkə Şaxta baba bunu edə bilər...

# 4480 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #