İSLAM TERRORU

İSLAM TERRORU
13 yanvar 2015
# 13:48

Terroru ancaq islam adına edirlər?

Bəs solçuların terrorunu hara qoyacağıq?

Misal üçün, Türkiyədəki PKK, Almaniyadakı RAF üzvləri müsəlmandırmı?

Ermənilərin ASALA-sı, baskların ETA-sı, irlandların İRA-sı da əhli sünnədir?

Dünyada onlarla terror təşkilatı var, mən ən məşhurlarını yazdım, bu siyahıya Əl Qaidə, İŞİD kimi radikal islamçı qrupları da əlavə etmək istəyirəm.

Bütün bu qrupların məqsədi eynidirmi?

Əlbəttə ki, yox.

Lakin onlar birmənalı şəkildə terroru haqlı görür.

Terroru edən yalnız müsəlmanlar deyil.

Bəs islam dini terrora haqq qazandırırmı?

Günahsız insanların hansısa məqsəd naminə öldürülməsini qəbul edirmi?

Bəzi insanlar Qurandakı bəzi ayələri öz kontekstindən çıxardaraq islamı terror dəstəkçisi kimi göstərmək istəyir.

Lakin bütün bu şərhlərin zorakı olduğu göz qarşısındadır.

Peyğəmbər islamın çox zəif olduğu Məkkə dövründə belə terrora əl atmamışdır.

Məsələ bundadır ki, marksist klassikləri da terroru dəstəkləyən heç bir şey yazmamışdır.

Trotskinin terrorun əleyhinə məqalələri də var.

Yüzlərlə islam aliminin terror əleyhinə çıxışları, kitabları olduğu kimi...

Bu mənada terrorun kökünü müqəddəs mətnlərdə axtarmaq uğursuzluqdur.

***

Terror dinlərin, ideologiyaların problemi deyil.

Terror bəşəriyyətin problemidir.

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #