Ayrılıq...

Ayrılıq...
29 aprel 2013
# 16:32

İlqar Rəsul

Səninlə müvəqqəti vidalaşmaqda belə, əbədi bir ayrılıq qorxusu gizlənir...

Əslində bu dünya görüş yox, ayrılıq yeridi, bilirik. Ona görə də qorxuların ən dəhşətlilərinin mahiyyətində ayrılığın hansısa forması dayanır həmişə...

Ən çətin ayrılıq birləşə bilməyənlərin ayrılığıdır. Adiləşməyə imkan tapmayan başsız hisslərin ortalıqda qalması onların məxsus olduğu ürəklərin iflas etməsi deməkdir...

Məhəbbət ən böyük nəfsdir. İnsan bu ali nəfsin ən məzlum quludur. Hətta heç bir maddiyyat olmayan ucsuz-bucaqsız çöllərdə, susuz səhralarda belə bu nəfs insanı tərk etmir...

Və sən zaman-zaman çökürsən... Amma bu süqut sənə xoşdur. Çünki o, ayrılıq qədər qorxulu deyil....

Səninlə müvəqqəti vidalaşmaqda belə, əbədi bir ayrılıq qorxusu gizlənir. O qorxudan qaçıb, səndə gizlənmişəm. Lütfən xəlvətcə yerimi ona göstərmə... Yoxsa o məni tapacaq. Tapacaq və bu dəfə də mən gözümü yummalı olacam. Amma beşə və ya on beşə qədər sayıb yenidən açmaq üçün yox....

# 4913 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #