Kitab Adam

Kitab Adam
8 noyabr 2016
# 18:09

Kulis.Az Çinarə Ömrayın "Kitab Adam" yazısını təqdim edir.

BSU-da özümü nə qədər inandırmağa çalışsam da Kamal Abdullaya bu dünyanın adamı kimi baxa bilmirdim.

Mənim üçün o, "Kitab adam" idi. Deyirdilər əsəbidir, bəzən hövsələsizdir, əsəbiləşəndə sərt ola bilir. Yenə də özlüyümdə gülümsünüb deyirdim: "O, kitab adamdır, istədiyi cür davrana bilər". Məsələn, mənə nağıl danış desələr, onu göstərərəm, həqiqəti danış desələr yenə onu göstərərəm.

Gülməli gələcək amma mən bu adamın real insan olduğuna heç cür inandıra bilmirəm özümü. Mənə görə Sirr adamdı o. Vallah gülməyin, o, sirr doludur. Bəzən, ötkəm danışığı ilə, bəzən, o deyilən əsəbi ilə insanların fikirlərini yayındırmağa çalışır ki, onun sirli daxilindən kimsə xəbər tutmasın.

Mənə görə o, keçmişin, Dədə Qorqudun, Sirli zəmanənin bütün sirlərini bilir.

Ya da yunan allahlarının dilini, onlarla danışmağın yollarını bilir. Hərdən onu RA-ya bənzədirəm. Amondan ayrılmış RA. Əslində bənzətmirəm də, məncə o, elə RA-dır.

Bu gün bir xəbər oxudum. Kitab Adamın bacısı dünyasını dəyişib. Orda olmasam da, əminəm Kitab Adam həminki təmkinini qoruyur, eyni ciddiliklə insanların başsağlığını qəbul edir. Amma heç kimin onun içindəki fırtınalardan xəbəri olmur.

Bilmirəm niyə, bəlkə də onu çox oxuduğuma görə mənə elə gəlir ki, onu hamıdan yaxşı mən tanıyıram. Hərdən də elə gəlir ki, fikirlərim onun fikirlərinin çəpər qonşusudur.

Onu da bilirəm ki, həyatda keçdiyi bütün çətin yollara rəğmən içindəki o pak uşaqlığı qoruyub saxlaya bilib. Bunu hər adam bacarmaz.

Hərdən də düşünürəm ki, həmin uşaqlığı səliqəli götürüb köynəyinin döş cibinə qoyub özü ilə gəzdirir. Boş zamanı olanda onu ordan çıxardıb baxır, ondan enerji alır, daha çox saflaşdırır, sonra kimsə görmədən nəvazişlə yerinə qoyur.

Bilmirəm niyə, amma bu gün o xəbəri oxuyanda mənə elə gəldi ki, bu gün onun uşaq qalan yanı köçdü bu dünyadan. Və məzarı başında heç kim görmədən əlini döş cibinə atıb həmin şıltaq uşaqlığını əlinə götürdü, bir də baxdı ki, bir ovuc torpağa çevrilib əlindəki uşaqlıq və o torpağı məzara atıb geri döndü Kitab Adam...

Amma o, RA allahdır, o, bunu da aşa biləcək.

# 2705 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın iki min beş yüz kişini  necə xoşbəxt edir?

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir?

12:00 22 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər