Uşaq təbəssümü

Uşaq təbəssümü
9 iyul 2020
# 12:53

Bu gün qəfil yadıma düşdü, daha doğrusu Şərif yadıma saldı, Qorxmaz müəllimin ad günüdür.

Mən ad günlərini unuduram, nə qədər cəhd eləsəm ki, qalsın, məqamında gecikməyim, daha dərinlərdə unudulur. Ancaq dünyada ən gözəl şey unutmaqdır. Uşaq dünyanı bəri başdan “unudub” yaşayır. İnsan dünyadan gedənə yaxın çox şeyi unudur, yaddaş problemini demirəm, sadəcə yaddaş vadilərində azıb qalırsan. Yaxın dostlardan birini bu vəziyyətdə görmüşdüm. Və sonra... heç görmədim.

Hə, uşaq dünyanı unudanda maneəsiz yaşayır, hər sözü və ifadəsində (reaksiyasında) dünyanı ötüb keçir, dahini, onun ən mükəmməl fikirlərini də aşıb keçir, biz təəccüb edir, gülür, heyrətlənirik. Və bu şeylər tez ötüb keçir. Yaz yağışı kimi. Çobanaldatı.

Bəzi fikir adamları, alim və tədqiqatçıların yazılarının sətirləri arasında bunu müşahidə etmişəm. Hər şeyi unudub yazmaq. Belədə hər şey mahiyyətdən üzü bəri gəlir, sahilə vuran dalğalar kimi, eyni hərəkət olsa da yaddaş hər zərbədən təzələnir. Bunu, bu sadə təkrarın yaratdığı nəsnəni anlamaq mümkünsüzdür. Yəni, dünyada elə şeylər var, izah tələb etmir və yalnız izahsız halında bütün gözəllikləri göstərir.

Qorxmaz müəllimin yazıları adi filoloji mətnlər deyil; onların içindəki yaşantı şırımları bədii mətnin əslində bizim təsəvvürümüzdəkindən çox-çox fərqli olduğunu göstərir. Belə şeyləri yaza bilmək üçün uşaq müdrikliyinə çatmalısan.

# 4454 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #