Quşlar və ərəblər

Quşlar və ərəblər
29 mart 2021
# 12:14

Ərəblərin ölkəmizdə göyərçinlə vəhşicəsinə davranması, Azərbaycan qoruqlarında ov ovlaması onlardan daha çox bizim problemimizdir. Ərəblər bura göydən düşməyiblər ki...

Əslində, “ərəblər” deyiləndə gözümün önünə xüsusi pozitiv nəsə gəlmir və artıq 3-cü yazımda ərəbləri müdafiə etməyim özümə də qəribə görünür. Xüsusi simpatiyam olan bir millət, xalq yoxdur, o da qaldı ərəb ola. Mən öz xalqımdan belə hər gün giley edirəm, heyfsilənə, əsəbiləşə klaviatura döyəcləyirəm ki, kiməsə, nəyəsə kömək olum, hardasa gəlinmiş xoş qərarları, insanlara pozitiv güzəran vəd edən yenilikləri, ideyaları bölüşürəm ki, bir buğda boyda qabağı gedək.

Odur ki, ərəblərin – xüsusən də Səudiyyə Ərəbistanının ölkə, cəmiyyət olaraq dünyaya, regiona nümunə olduğu fikrindən çox uzağam. Narahatlıq doğuran məsələ isə bu millətə qarşı Azərbaycanda hansısa qüvvələrin bilərəkdən anti-təbliğat aparmaqlarıdır.

Fikir verin, Azərbaycanda ərəblərlə bağlı yüzlərlə xəbər, informasiya yayılıb. Demək olar ki, hamısı mənfi!

Niyə biz Gürcüstana, Rusiyaya, Ukraynaya turist kimi gedəndə etdiyimiz üçüncü şey (yemək, gəzməkdən sonra) qadın axtarışına çıxmaq olur, amma ərəblər bunu edəndə iyrənc sayılırlar?

Leqal olmasa da, dünyanın, demək olar, bütün ölkələrində, hətta ən mühafizəkar ölkələrdə belə turizm xidmətinin tərkibində “sola getmək” də var. O da heç kəsə sirr deyil ki, bu sektorda turistlərə xidməti də elə əvvəldən həmin işdə olan yerli qadınlar göstərir.

Məsələn, Əfsusə xanıma Bakıda bir gecəlik xidmətə görə yerli “müştəri”lər 100 manat verirdisə, ərəb 200 dollar verirdi. Alan razı, verən razı. Guya ərəb olmasaydı, Əfsusə bu işlə məşğul deyildi? Ərəb Əfsusəni monastrdan çıxarıb rahibə paltarını soyundurdub, yoxsa hansısa qadını zorlayıb? Yaxud, ərəb yolda, kolda qadınlara söz atıb?

Mən Bakının ən makiyajlı hissəsi olan “Tarqovı”da fahişələrin ərəblərə dəfələrlə göz-qaş etdiyini görmüşəm, “oğlanlar”ın ərəblərə qız təklif etdiyini sezmişəm, ancaq hansısa ərəb turistin bizim qadınlara söz atdığının şahidi olmamışam, hərçənd bunu öz kişilərimiz hər gün edir.

Belə olduğu halda ərəbə qarşı yayılan mənfi informasiyaların yaranmasının kökündə aqressiyadan başqa bir şeyin durmadığını aydın görürük. Bəli, biz fahişəyə 70-100 manat verirdik, ərəb 200-500 dollar... Burada əsəbiləşməli nə var? Yox, əgər ərəbin pulunun bizdən çox olması kiminsə “qaqa” damarını basırsa, getsin qaqaşlığını başqa ölkədə kiritsin, manatımızın gücünün üstün olduğu ölkələrdə fahişələrə yerli müştərilərdən iki qat artıq pul versin. Bu da qaqalarımız üçün resept!

Normal insanlar isə bu prosesdən qəti narahat olmamalıdır. Çünki fahişəliyi qarşısına məqsəd qoymayan, pulunu buradan qazanmayan qadınlara, “Tarqovı”da ərəblərə qadın təklif etməyi özünə sığışdırmayan kişilərə ərəbin 200-500 dolları mənfi təsir edə bilməz. Heç bir qadın ərəbin puluna görə fahişə olmur. Ərəbin pulu ən yaxşı halda fahişələrin qiymətini qaldıra bilər. Bu da heç bir kişini başıaşağı eləmir.

Ərəblərlə bağlı yayılan mənfi informasiyaların kampaniya olduğu, yaxud yersiz qeyzlənmədən, aqressiyadan baş qaldırdığına əmin deyiləm, amma burada qeyri-təbii bir prosesin getdiyindən əmin olmaq istəyirsinizsə, həmin məlumatları soyuq başla analiz edin:

Tanıdığım xeyli adam var ki, şəhərin mərkəzində “pub”larda xeyli pivə içdikdən sonra gecə saatlarında tualet tapmadıqda çarəsizlikdən ehtiyacını “Tarqovı”nın qara çıxmazlarında ayaqüstü ödəyib. Bu işi bir azərbaycanlı, gürcü, ingilis görsə, heç fərqinə varmayacağıq, insanlıq halıdır, yəqin vəziyyəti ağır imiş, deyib keçəcəyik, amma eyni hərəkəti ərəb edəndə qəribə şəkildə qeyzlənirik.

Səbəb nədir?

Başındakı örtükmü?

Ağ əbamı?

Bir şəxs var, çoxunuz tanıyırsız, danışır ki, ziyarət etdiyi bütün məşhur məkanların dibini sidikləyir. Bəli, düz oxudunuz! Həmin adam “Eyfel”, “Piza”, “Tac Mahal” demədən bütün məşhur yerləri murdarlayır. Yəqin, kasıblıq travmasıdır, ya da pələnglərdən saxladığı atavizm. Hər nədirsə, belə xəstə təfəkkürlərin milləti olmur, eynən terroristlər kimi... Belə işlər görən fərdlərin əməllərini mənsub olduqları millətlə əlaqələndirmək ən yaxşı halda şovinizmdir.

Ölkəmizə turist kimi ən çox ərəblər gəldiyindən, pulu onlar xərclədiyindən, yaxşı-pis informasiyaların da onlar haqqında yayılacağı bəllidir. İşini pis görən adam həm də iş görən, iş görməyə çalışan adamdır. İş görməyən adam pis iş görmür, çünki iş görmür. İl ərzində Azərbaycana Argentinadan neçə turist gəlir ki, onlardan da birini “Tarqovı”da üzü divara durarkən yaxalayalar? Lakin 1 həftə ərzində Bakıda 20 min pul xərcləyən ərəbin hansısa yararsız kokteyldən sonra böyərklərinin sözünə baxmamasına dözməliyik. Bir də, ərəb də bizim kimi Bakıda etdiyi bütün yanlışlara görə cəzalandırılmalıdır və yəqin cəzalandırılır da.

Ərəblərə qarşı davam edən bu mənfi informasiya bumunun düşünülmüş kampaniya olub-olmadığını bilmirəm, amma hər nədirsə, təbii bir prosesə bənzəmir. Bəziləri bu münasibətin insanların İslama münasibətindən yarandığını deyir. Yəni, dinə, İslama aqressiyası olan şəxslər çalmalı, fəsli, əbalı birini görən kimi onu dinin siması sayıb hirsini onun üzərinə tökür.

Bu da ayrı bir nadanlıq...

# 3026 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #