Nöqtə-vergül dilənən fırıldaqçılar

Nöqtə-vergül dilənən fırıldaqçılar
18 may 2021
# 11:06

Deyir, qulaq gündə bir söz eşitməsə, meşə çaqqalsız olmaz. Yox, deyəsən, nəyisə səhv dedim, belə deyildi.

Onsuz da bunun söhbətimə heç bir dəxli yoxdu!

İndidən deyim ki, bu yazıda hansısa ciddi mətləblərdən danışmaq fikrim yoxdu. Ona görə də, əgər əlinizdə vacib işiniz varsa, məşğulsunuzsa, boşuna bu yazıda vaxt itirməyin. Dünyanı xilas etməklə məşğul olduğunuzdan xəbərdaram, sizi bu müqəddəs missiyanızdan ayırmaq fikrim yoxdu. İndidən sağollaşa bilərik.

Yox əgər hələ də burdasınızsa, hazırda dünyanı xilas etməklə, atomu parçalamaqla, Antarktidada əriyən buzlaqları, qlobal istiləşməni, pinqvinləri, qütb ayılarını düşünməklə məşğul deyilsinizsə, söhbətimə başlayım.

Yəqin, siz də sosial şəbəkələrdə, xüsusən də Feybukda tez-tez profilinin bloka düşdüyünü, şikayət edildiyini yazan adamlarla rastlaşırsınız.

Vallah, mən təxminən 10 ildir feysbukdayam və nə yalan deyim, eləmədiyim qələt də qalmayıb. İntim yazışmalardan, şəkillərdən tutmuş, söyüşmələrə qədər ağlınıza gələcək hər şeyi eləmişəm.

Müharibə dövründə erməni səhifələrində özümə əl qatdığım da olub, Paşinyanla da ağızlaşmışam, amma indiyə kimi profilim bir dəfə də olsun bloka düşməyib.
Hətta bir neçə dəfə hansısa mövzuya görə “linç” olunmağıma rəğmən bir Allah bəndəsi mənim hesabımı şikayət eləməyib. Heç vay-şüvən ermənilər də…

İndi mənə çox maraqlı olan bir sual var:

Axı o profilinin blok olunduğunu, şikayət edildiyini iddia edənlər bu “Feysbuk”da nə iş görürlər ki, bloka düşürlər?

Axı kimdir sizin profilinizi şikayət edən?

Bir profildə texniki problemlərin yaşanması üçün gərək onu yüzlərlə, minlərlə adam şikayət edə. Hətta bəzən bu şikayətlər də əsassız olanda, nəticə vermir.

Yüzlərlə, minlərlə adam sizin profilinizi niyə şikayət eləsin axı?

Özünüzü aldatmayın.

Guya yalan danışdığınızı bilmirəm?

Hələ bir fırıldaq da tapıblar. Yazırlar, dostlar, profilim bloka düşüb, mümkün qədər nöqtə-vergül atın...

Heyrət, ey Mark!

Bu da azərbaycanlıların etdiyi yeni texniki kəşfdir.

Sən demə şərhə atılan nöqtə-vergüllər profilləri blokdan çıxarırmış.

Görürsən ki, camaat da şərhə nöqtə-vergülləri doldurur e!

Bir adam 50, o biri az qala 100 nöqtə-vergül atır. Elə bil toya nəmər salırlar.

Bir yalana ancaq bu qədər sidq ürəklə inanmaq olar!

Özünüz özünüzü bloka düşdüyünüzə inandırırsınız. Sonra da nöqtə-vergüllə xilas olacağınızı düşünürsünüz.

Artıq etiraf etmək vaxtıdır, paylaşımlarınız insanlara maraqlı deyil, ona görə də statuslarınıza az “layk” gəlir. Bu nə dərəcədə faciəvi bir həqiqətdir ki, anlamırsınız və ya anlamaq istəmirsiniz? Yalandan nöqtə-vergül xərclətməyin adamlara. Sonra istifadə etməli olduqları məqamda nöqtə-vergül "tapa bilmirlər".

Yenə təkrarlayıram: heç biriniz bloka düşmürsünüz, sadəcə paylaşımlarınız adamlara maraqlı deyil!

Bəlkə elə özünüz də!

# 3683 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #