Pişikləri xilas edən iranlı qadın
15 oktyabr 2012
11:26
Ara-sıra yanımızdan ötüb keçən adamların harasa tələsdiyi, tək-tük maşınların hərəkət etdiyi, sarı küçə işıqlarının ətrafı sehrli rəngə boyadığı, yenicə əsməyə başlamış, xəzəllərin sağdan-sola, soldan-sağa süpürləndiyi xəzrili Bakı gecəsiydi. O bizdən qabaqda, asta-asta gedirdi. Ayaqlarını atmırdı, sürüyürdü. Əlindəki selofan paketin ağırlığındandı, ya qocalıqdandı, belini aşağı əymişdi. Uzun donun üstündən geydiyi ağ xalları olan qara xələtinin ətəyini külək vurub uçurduqca adama elə gəlirdi ki, qarı bu dəqiqə qanad açıb uçacaq.
Üstəlik qulağının üstünə qədər bağladığı qəhvəyi şalın altından çıxmış, küləyin heç cür tərpədə bilmədiyi kare kəsilmiş süpürgə saçları... adamı vahimə basırdı. O qədər şübhəli yeriyirdi ki. Arada arxasınca sürüdüyü ayaqlarını dayandırıb belini dikəldir, ətrafına boylanırdı. Şübhəli-şübhəli ətrafı süzürdü. Gözləyirdi. Gözləyirdi ki, küçə boşalsın, o da öz bəd əməllərini həyata keçirmək üçün ifritəyə çevrilsin.
Binanın dibində sülənən iki pişiyə əlindəki torbadan bir az yem atıb dayandı. Onu ötüb keçəndə başını qaldırıb bədəni qarışıq çevrilərək bizi süzdü. Bir anlıq onunla göz-gözə gəldim. Qara çöhrəli, həyatın ağrı-acılarının yoğurub xəmirə döndərdiyi yaşlı qadın üzü idi. Gözləri də sanki pişik gözləri kimi gicgahlarına doğru dartılmışdı. Çənəsi...dişsiz çənəsi qabağa əyilmişdi. Alt dodağı yer süpürürdü, üst dodağı göy. İlahi, nə qədər qorxunc çöhrəsi vardı.
Bəlkə də adi qadındı. Amma mən artıq təxəyyülümün atını nağıllar dünyasında səyirtdiyimdən o məndən ötrü küpəgirən qarı olmuşdu. Bu da pişikləri. Bir azdan bir sürü quduz it də dalanlardan çıxıb ətrafını saracaq. Başının üstündə qarğalar dövrə vuracaq. Bir qarğa gəlib düz çiyninə qonacaq. Və qarı hardansa bir süpürgə çıxarıb atlayacaq belinə, bizi-küləyin boş selofan paketlərini, xəzəlləri sovurduğu bir Bakı küçəsində avara dolaşan bu iki sərxoşu da tərkinə alıb hal qarılarının, cadugərlərin, ifritələrin yaşadıqları meşəyə, xoruz ayaqlı evinə aparacaq.
Qarı yemək yeyən pişiklərə baxdı, sonra ətrafa nəzər salıb gəldiyi tərəfə qayıtdı. Pişiklərdən biri qara, digəri sarı idi. Yəqin bunun da qara magiyada öz mənası var. Sərxoş başımı qurdalamağa, bunlara xüsusi məna verməyə çalışıram. Ah, tapdım, qara pişik şərin, bəs sarı pişik... Lazım gəlsə sarı pişik də xeyirin rəmzi olar. Hardan tapım ağ pişiyi bu gecə vaxtı.
Pişiklərin yeməyi qəribə idi. Bir ovuc çörək horrası və yanında da əti çıxarılmış çiy bud parçaları. Qarının torbasında hələ xeyli yemək vardı. Evdə bişirilmiş yemək artığına oxşamırdı. Bu oğurlayıb yediyi uşaqların sür-sümükləri də deyildi əlbəttə. Adicə toyuq budları ola bilərdi. Tez xalam oğlunu səsləyib “qarının dalınca gedək”,- dedim.
- Neynirsən onu?
- Maraqlıdı. Gecənin bu vaxtı, özünü güclə gəzdirən bu yaşlı qadın deyəsən pişikləri yemləyir, gəl, arxasınca gedək, görək axırı necə olur.
Xalam oğlu səkinin üstündən qalxana, özünü tarazlayana kimi qarı xeyli uzaqlaşmışdı. Yenə də arabir divar diblərinə, sağa-sola baxa-baxa asta-asta gedir, külək vurub xələtin ətəyini uçurdurdu.
“Xaloğlu, gəl qayıdaq, elə bilər oğru zadıq, qışqır-bağır salar, gəl qayıdaq”,- xalam oğlu dedi.
Deyəsən qadın da duyuq düşmüşdü. O qorxunc sifətini çevirib arxaya baxdı. Canıma üşütmə düşdü. Qarı yolu keçib yan küçəyə adlayanda biz də arxasınca yolu keçdik.
Canımı dişimə tutmuşdum. Lap elə küpəgirən olsun, alsın tərkinə aparsın bizi öz qaranlıq səltənətinə. Yenə də özümü o yerə qoymadım, qarını qorxutmamaq üçün 10-15 addım qalmış səslədim.
O, yaşından gələn bir ağırlıqla bütün bədəni ilə çevrilib mənə baxdı. Ağlına gələ biləcək şübhələri dağıtmaq üçün dedim ki, jurnalistəm, narahat olmasın. Sadəcə onun gecənin bu vaxtı küçədə tək-tənha gəzib pişikləri yemləməsi mənə maraqlı gəlib. Hər halda yaşlı bir qadının bundan da əhəmiyyətli işləri ola bilərdi.
“Yemləyirəm də pişikləri. Allah onları yaradıb. Onlara da kimsə baxmalıdır”.
Qəlbimdə hələ də qorxu vardı. Bayaqdan görkəmindən qorxduğum qadın indi qarşımda dayanmışdı, əyri belini mümkün olduğu qədər dikəltmiş, ağır-ağır danışırdı.
“Qabaqlar pişiklər bura yığışırdı”.
Qadın Hökumət Evinin arxasında, əvvəllər köhnə kitab satanların yığışdıqları, təmirə görə tənəkə dəmirlə çəpərlənmiş meydançanı göstərdi.
“Biz qonşular da axşamlar ora yığılan pişikləri yemləyirdik. Oranı bağlayıblar, pişiklər də dağılıblar həndəvərə”.
Qadının azərbaycanca pis danışdığını görüb bərbad ruscama keçdim. O da rahatlıqla suallarımı cavablandırmağa başladı.
- Hər axşam küçəbəküçə gəzib pişikləri yemləyirsiz. Özünüzü əziyyətə vurub yiyəsiz heyvanlara mərhəmət göstərirsiz.
- Hər axşam düşmürəm həyətə. Arabir gəzib yemləyirəm. Özü də pişiklərə yemək verən təkcə mən deyiləm. Qonşular da, hamı, kimin gücü nəyə çatırsa, bu pişikləri yemləyir. Allah onları yaradıb, onların da qayğısına qalmaq lazımdır.
- Pişiklərə atdığınızı yeməyə fikir verdim. Evdə bişirilmiş yemək artığına oxşamırdı. Çiy ət parçaları idi. Elə bil almısız hardansa?
- Burdakı dönərçilərə gedirəm, onlar toyuq budlarının ətini çıxarıb sümüyünü verirlər. Mən də daşıyıb pişiklərə gətirirəm. Gecələr çıxıb gəzirəm, harda yiyəsiz heyvan görsəm qabağına tökürəm, ac qalmasın. Bilirsən, dünyada vəhşi heyvanları qoruyan təşkilatlar var. Onlar böyük şəhərlərdəki yiyəsiz heyvanları qoruyurlar. Bizdə isə yiyəsiz pişik görən kimi təpikləyib döyürlər.
Sonra qadın dedi ki, Allah siçovulları yaratdığı kimi pişikləri də yaradıb. Mən ölmüş siçovul görəndə də üzülürəm. Axı hamısını Allah yaradıb. Heyvanlarla qəddar davranmaq olmaz.
Bayaqdan mənimlə söhbət edən, artıq bütün qorxunc əsrarəngizliyini itirmiş, küpəgirən qarıya bənzətdiyim bu qadın gözümdə heyvanların himayədarına-ilahə Artemidaya çevrilmişdi. Söhbət boyu mən onun bu cəfakeşliyini nə qədər böyütməyə çalışsam da, ona müstəsna don geyindirməyə cəhd etsəm də mənimlə razılaşmırdı. Elə hey deyirdi ki, burda yaşayan bütün qonşular belə edirlər. Hətta bəzi xanımlar səhər buralardan keçəndə maşınlarını saxlayıb, pişiklərə yem qoyandan sonra gedirlər.
Bu qəfil qalxmış küləkli payız gecəsində yaşlı qadını daha çox tutmamaq üçün utana-utana son sualımı da verirəm. Milliyyəti barədə.
Qarı elə bil, yenidən özünü dikəltməyə çalışdı. Bir az yana əyilib sifətimə baxdı:
- Əslim İrandandı. Atam o vaxtı Bakıya köçüb. Mən burada doğulmuşam. Amma rus məktəbinə oxuyub böyümüşəm.
Atasının kim olduğunu soruşdumsa da, bayaq adını demək istəmədiyi kimi atasının adını da söyləmədi. Heç şəklini çəkməyə də icazə vermədi. O dəqiqə başımda qadının yaşını, atasının nə vaxt Azərbaycana gələ biləcəyini vərəvurd elədim.
Yəqin atası inqilabdan əvvəl bir tikə çörək üçün Bakıya neft mədənlərində işləməyə gələnlərdəndi. Həmən kişinin qızı indi Bakının yiyəsiz pişiklərinə borcunu qaytarırdı.

3698 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024