Sübh ölümü
Səhərimizi şokedici bir xəbərlə açdıq. Yol qəza hadisələrinin ən dəhşətlilərindən. Lökbatanda avtobusla qatar toqquşub. Ölənlərin sayı 6 nəfərdi və yaralılar var.
Hələ rəsmi xəbər yayılmamış bu dəhşətli xəbəri eşidənlərin reaksiyaları belə oldu:
“Vəhşi kimi sürüb”, “ Sürməyi bilirlər ki?”, “Hər yoldan keçənə maşın verəndə belə olur”.
Bəli, hadisəni eşidənlər belə deyirlər. Çünki onlar da hər gün avtobusla gedirlər.
Hər gün sükan arxasında siqaret çəkən, yekəxana davranışları ilə özünü lotu kim aparan, sürət məhdudiyyətinə məhəl qoymayan, sərf edəndə yavaş, etməyəndə bərk sürən, istədiyi qədər dayanacaqda gözləyən, sərnişinlərlə kobud davranan, sərnişinləri insan yox, əşya kimi görən, özünü avtobus sürücüsü yox, faytonçu hesab edən, avtobusu özünün şəxsi mülkiyyəti bilən, sərnişinlərin yaşama haqlarının özündə olduğunu zənn edən yekəbaş sürücülərlə qarşılaşırlar.
Hər gün qəzaya düşəcəkləri qorxusu ilə minirlər avtobuslara.
Hər gün avtobus sürücüləri ilə əsəblərini korlayırlar.
Buna görə də bir mənalı olaraq günahı yalnızca sürücüdə axtarırlar.
Nəqliyyat Nazirliyi bir düşünsün. Avtobus sürücülərini ya təlimlərə göndərib onlara sürücülük, sərnişinlərlə davranış qaydalarını, öyrətsin. Ya da heç olmaya əzrayıla masterklas üçün minnətçi düşsün. Biz də işimiz bilək.

Oxşar xəbərlər

Pampers dərdi və bərbər
10:00
14 iyun 2025

İsmayıl qurbanı əhvalatının müasir versiyası
12:00
6 iyun 2025

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025