Səhv yazılan sözlər

 Səhv yazılan sözlər
29 avqust 2012
# 11:01
Neçə il bundan əvvəl universitetimizin yanındakı kiçik kafedə, türklərin bizim pomidor-yumurta kimi (içinə soğan və istəyə görə bibər də atırlar) tanıdığımız və “menemen” dedikləri yeməyin adının “melemen” yazılmasını görmüşdüm. Bizim pomidor-yumurta kimi tanıdığımız yeməyə türk qardaşlarımızın verdiyi ad belədir – “menemen”.

Yeməyin adının “melemen” yazılması diqqətimi çəkdi. Çünki mən “menemen” deyə yazıldığını bilirdim. Daha sonra bunu dəqiqləşdirmək üçün rəfiqəmdən soruşdum. O da doğru yazılışının “menemen” olduğunu dedi.

Amma doğrusu, mən şübhəyə düşmüşdüm, bəlkə elə doğrudan da “melemen”dir? Əgər rəfiqəmdən soruşmasaydım, elə yeməyin adının “melemen” də yazıldığını sanacaqdım. Ya da “Tubanın yeri” deyə bir kiçik kafe vardı. “Tuğba” yazıldığını bilirdim. Bunu da rəfiqəmdən soruşdum – “ “Tuğba” ya “Tuba”? Rəfiqəm də dedi ki, “Tuğba” da var, “Tuba” da”.

Yer adları getdiyimiz xarici ölkələrdə dili öyrənməyə və öyrəndiyimiz sözləri doğru yazmağa çox kömək edir. Uşaqlara isə bu, daha çox xeyir olur.

Bakıda da adı səhv yazılmış yerlər var. Məsələn, “Şəhzadə” adlı gül mağazası görmüşdüm. Axı, bu adı seçəndə heç olmasa, lüğətə baxmaq lazımdır. Nərmin Kamal “Google təbliğatı” adlı yazısında o qədər haqlı idi ki. Hər rastlaşdığımızla maraqlansaq, bu, biliyimizi artırar. Əlimizin altında lüğət olmasa belə internetin geniş istifadə edildiyi zamanda yaşayırıq və e-lüğətlər var.

Məsələn, “Diş kabineti” yazıblar. Məgər içəridə diş müəllim oturub? Ya da “yeməy içməy yeri”, “Ayaqabı satılır”, “Alğı-satqı”, “kosmetka”, “Çiçəy gözəllik salonu”, “Badükubə”, “tüalet” və s.

İkinci sinifdə oxuyanda binalardan birinin divarına “Michael Jackson” yazıldığını görmüşdüm, xalamdan soruşmuşdum oxuya bilmədiyim üçün.

Elə onun sayəsində də bu adın– “Maykl”ın ingiliscə “Michael” kimi yazıldığını həmin divar yazısından öyrənmişdim. Həmçinin “Michael”-ın “Maykl” deyə oxunduğunu bilmişdim. Yaddaşımda da elə qaldı.

Dili öyrənmək istəyən və ya öyrətmək istədiyimiz yadlardan bizə çox sözlər keçib. Axı, bu, uşaqlara da pis örnək ola bilər. İbtidai sinif şagirdi, yeni-yeni hərfləri öyrənmiş, sözləri yazmağa çalışan balacalar belə şeylərə diqqət etsə, nə olacaq? Onlar sözləri yanlış öyrənəcək. Onda bu məsuliyyət(sizlik)i boynuna götürən bir şəxs bir addım önə çıxsın.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #