Qırıq-qırıq
23 avqust 2012
14:33
Bir cok gidenin her biri memnun ki yerinden
Bircok seneler gecti; dönen yok seferinden
Yahya Kemal Beyatlı
“Hər göz yaşı daha çox qadın edər qadını...”
Hər ölüm də o cürdür.
Amma qadın-kişi, cavan-qoca bilməz.
Ölüm haqda düşüncələr fəlsəfi məktəb-Stoa məktəbini yaradıb.
Və savadlı, savadsız, fərq etməz, hər insanın fərdi formalaşmasında da ölüm haqda metafizik düşüncələri böyük rol oynayıb.
Amma bu düşüncələr nəzəri bir sonluğa gedib çatmır, dinə dəyib geri qayıdır.
Stoaçılar da xristian dininə gəlib çıxdılar.
Adi insanlar da ölüm haqda düşünərkən məscidin qabağına gəlirlər.
Fəlsəfənin cavabı yoxdur.
Fəlsəfənin yoxsulluğu bu olsa gərək.
***
Ağlarıq xatirə gəldikcə gülüşdüklərimiz
Naməlum müəllif
Zərdüştün xəbərini çox nəşəli olduğum bir gecədə aldım.
Otelin bağçasında bilgisayarımı açdım.
Xəbəri görən kimi bir anlıq uçdum sanki bu dünyadan.
Özümə gələndə qutuda bir neçə siqaret kötüyü gördüm.
Və onun haqda xatirələrə daldım.
Saydım neçə dəfə görüşdüyümüzü.
Sahildəki bir kafedə araq məclisində.
Tünlük idi, kitabını bağışladı o gün mənə.
Bir müddət sonra oxudum o kitabı.
Qismətdən nömrəsini alıb sms atdım.
Bir dəfə Qismətlə birgə “Xalqlar dostluğu”nda pivə içmişdik.
Bir dəfə yenə elə Qismətlə redaksiyaya gəlmişdi, çay içdik, söhbət
etdik.
Daha doğrusu, biz danışdıq, o susdu.
Danışmağı sevmirdi.
Adətən susurdu.
Cavidin toyunda da yanaşı oturmuşduq, xəstə olduğu hiss
olunurdu, halsız idi bir az, səsi də batmışdı.
Bir dəfə də yenə elə Qismətlə, onların az qala hər gün görüşdüyü
kafedə.
***
Ancaq özü inqilabçı olanlar inqilab edə bilərlər.
L. Vitgenşteyn
Son bir neçə aydır ədəbiyyat haqda düşüncələrimdə möhkəmlənmiş bir prinsip var.
Madam ədəbiyyat insandan bəhs edir, madam ədəbiyyat insan faciəsini və duyğularını, dünyasını əks etdirir, o zaman yazıçı da insan olmalıdır.
Biz insana körpə deyirik, gənc deyirik, qoca deyirik, bəs nə vaxt insan deyəcəyik?
İnsan olmayan yaxşı yaza bilməz demirəm, mənim üçün şəxsi əxlaqi kodeks və istedad estetik yox, etik problemdir.
Zira Rafiq Tağı əsl insan idi, şəksiz ki, mənim gördüyüm ən yaxşı insan idi.
Əslində bu düşüncələr məndə Rafiq Tağının ölümündən sonra yarandı, onun ölümündən sonra az qala hər gün onun haqqında düşünürdüm.
Və o, yaddaşımda ölümündən sonra dəfələrlə oxuduğum gözəl hekayələrin müəllifi kimi yox, bir insan kimi qaldı.
Və mənim üçün insan təkcə ədəbiyyatın mövzusu yox, məqsədi oldu.
Zərdüşt də əsl insan idi, gənclərin bir çoxunda olan təşəxxüs onda yox idi, özünü təsdiq etmək üçün hər şeyə əl atmaqdan uzaqdı, onun həyata münasibəti ancaq təbəssümdən ibarətdi.
O, yazıçı olacaqdı.
Özü də böyük yazıçı.
Amma vaxtı insan olmağa çatdı.
Allah qızını insan olmayana verərdimi?
***
Ucalmış insan gülərək baxar dünyaya
F. Nitsşe...
Mən həyatımda bu qədər təmiz adam görmədim.
Bu təmizlik hekayələrinə keçmişdi.
Dünyaya çox hündürdən baxan bir insan yazmışdı bu hekayələri.
Cəmi bir kitab yazdı, amma özü böyük bir kitab idi.
Nə onun kiminsə haqqında pis danışdığını eşitdim, nə də başqasının onun haqda pis danışdığını.
Çünki o, bu dünyadan uca idi.
***
Bəzən yazmadıqlarınız yazdıqlarınızdan daha dəyərlidir.
26 yaş nədir ki?
Nazım Hikmət belə 26 yaşında ölsəydi, ədəbiyyat dərsliklərinə girməzdi.
Eləcə də Dostoyevski.
Ağlınıza gələn istənilən yazıçı üçün bu, belə idi.
Bəli, Zərdüştün sözü ürəyində qaldı.
Deyiləsi sözü çox idi.
Hər 26 yaşlı yazıçı kimi beynində süjetlər qaynayırdı.
Yəqin ki, heç yüzdə birini də yaza bilməyib.
Amma ürəyində şedevrlər yaratmış bir insanın müdrikliyi vardı, işığı vardı.
O işıqla nəinki Azərbaycanı, hətta dünyanı da işıqlandırmaq olardı.
Amma o, bir avqust işığı kimi söndü.
Baharı keç, payıza da çıxmadı.

1378 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024