Böyüklərlə balacaların fərqi
Böyüklər anlaşılmaz, qərəzli, səmimi deyillər. Bir-birlərinə olan münasibətləri mənfəət üzərində qurulur. Uşaqlarda belədirmi? Belə deyil.
Sofia və Hamudinin 3 yaşı var, əkizdirlər. Onlar Azərbaycan vətəndaşı deyillər və azərbaycanca bilmirlər. Bir neçə söz, “Mən səni sevirəm”, “gəl bura”, “qorxdum e” kimi sözləri yarım-yamalaq tələffüz edirlər. Yayda istirahət və qohumları görmək üçün iki həftəlik Azərbaycana gəlirlər. Anaları azərbaycanlıdır, ancaq ataları yox və o da azərbaycanca bilmir. Azərbaycanca azca anlayır, ancaq danışa bilmir.
Tətil üçün rayonlardan birinə getdik. Ev yiyəsi ingiliscə bilmirdi. Sofia və Hamudinin atası da azərbaycanca bilmədiyindən ev sahibi ilə sadəcə gülümsəyərək anlaşa bilirdi. Ya da bir-birlərinə dediklərini ya mənə, ya da Sofia və Hamudinin anasına tərcümə etdirirdilər.
Ortaq mövzuları yox idi, eləcə bir-birlərinə gülümsəyirdilər. Gülümsəmək də gözəldir əlbət.
Getdiyimiz evdə azyaşlı uşaqlar vardı. Sofia və Hamudi azərbaycanca, həmin uşaqlarınsa ingiliscə bilməməsinə baxmayaraq çox gözəl anlaşırdılar. Birlikdə oynayır, əylənir, deyib-gülürdülər. Uşaqlardan kimsə yıxılanda digəri ona kömək edirdi. Əzilən dizini, dirsəyini üfürürdü ki, ağrısı keçsin. Sonra yenə də yaşamağa davam edirdilər. Sözün əsil mənasında yaşamaq! Xoşbəxt, mənfəətsiz, gözəl, saf...
Bax, böyüklərlə uşaqların fərqi budur. Uşaqlara tərcüməçi lazım olmur. Onlar üçün dil, fərqli coğrafiyadan olmaları nəsə ifadə etmir. Amma böyüklər üçün bu, problemdir. Uşaqların münasibəti safdır, mənəvi dəyərlərə bağlıdır. Böyüklərdə isə belə deyil. Böyüklərin münasibətlərinin arxasında hər zaman bir mənfəət olur. Yoxsa bir-birlərinə ən yaxşı halda sadəcə gülümsəyəcəklər, əgər bacarsalar.
Böyüklər üçün gülümsəmək ən yaxşısıdır bəlkə də. Danışdıqca bir-birlərini daha da incidirlər, danışdıqca bir-birlərindən daha da uzaqlaşırlar. Aralarında uçurum yaranır. Sənin işin, mənim millətim, sənin dilin, mənim dinim, sənin pulun, mənim maşınım deyə-deyə bir-birlərini uzaqlaşdırırlar özlərindən. Onların anlaşması üçün şərtlər lazım olur. Uşaqlarda belə deyil, onların münasibəti isə böyüklərdən fərqli olaraq daha gözəl dəyərlər üstünə qurulub.

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025