Kitab oxuyan yoxdur, yoxsa yazan?
13 avqust 2012
13:35
İndi kimi görürsən camaatın kitab oxumamağından şikayətlənir.
Yaşlı adamlar deyir: “Bizim vaxtımızda belə deyildi. Kitablar yüz min tirajla çıxırdı. Əldən - ələ gəzirdi. İndiki cavanlar kitab oxumurlar. İndiki cavanların zayı çıxıb”. Falan-filan.
Boş söhbətdir. “İndiki cavanlar”dan şikayət edənlərin özləri kitab oxuyanlara həm də lağ edirlər. Özləri də kitab oxumurlar. Kitab oxuyanda qayıdıb ironiya ilə deyirlər: “Alim çıxmısan?”
Sovet vaxtı çox kitab oxunması heç də o zamanlar insanların daha savadlı, kitaba daha çox meylli olması ilə bağlı deyildi. Sadəcə başqa məşğuliyyət yox idi. Cəmi bir kanal vardı, orda da ancaq boz proqramlar gedirdi. Kompüter, internet yox. Ən əsası Facebook yox. Mobil telefon yox. Adamlar əyləncəni ancaq kitablarda tapırdılar. Özü də böyük çoxluq dünya ədəbiyyatının, eləcə də Azərbaycan ədəbiyyatının şedevrlərini deyil, ucuz, yüngül kitabları oxuyurdular. Əgər 30-40 il qabaq çoxlu kanallar üstəgəl çoxlu seriallar olsaydı, bir nəfər kitab üzün açmazdı.
Bir də kitab yazanların özləri şikayət edirlər: “Kitab yazırıq, oxuyan yoxdur. Kitablarımız satılmır. Boş yerə yazırıq. Bu millətə xeyri yoxdur”.
Adama deyərlər ki, sənə deyən olmuşdu kitab yaz. Bəlkə bu millət səndən kitab yazmağın üçün yazılı xahiş etmişdi? Camaat gecə-gündüz qapında növbəyə dayanmışdı:
“Qurban olarıq sənə. Oxumağa kitab yoxdur. Səndən xahiş edirik, yalvarırıq, bir kitab yaz”
Sən də bir az naz eləmişdin. Demişdin vaxtım yoxdur. Sonra ürəyin dözməmişdi. Götürüb bir kitab yazmışdın.
Bir dəqiqə ayaq saxla. Özün də bilirsən ki, son dövrlərdə Azərbaycanda kitaba olan maraq bir xeyli artıb.
Necə olur ki, hamı, məsələn, “Çərpələng uçuran”ın yaxşı roman olmağından danışır, amma sənin kitabının adını çəkən yoxdur.
Cavabını bilmirsənsə, mən deyim: “Çərpələng uçuran” yaxşı romandır, sənin əsərin isə bir qəpiklik deyil”.
Bunu etiraf etmədikcə balaca adamsan.
Sən həyatın başqa sahələrində uğur qazana bilmədiyin üçün özünü vermisən ədəbiyyata. Arada dahiyanə pozalar da verirsən. Facebookda 5-6 oxucun var. Yazdıqlarını like edirlər. Sonra da şikayət edirsən ki, kitab oxuyan yoxdur.
“Kitab oxuyan yoxdur” deyən yazarlar çoxdur.
Amma biri çıxıb etiraf edə bilmir: “Deyəsən kitab yazmağı bacaranlar yoxdur. Elə mən də onlardan biri. Yazdığım bir qəpiklik deyil”.

3451 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024