Öldüm amma inanmayın

Öldüm amma inanmayın
2 avqust 2012
# 11:59
Əvvəllər də yalan xəbərlər yayanlar, məşhurların cildinə girmiş saxtakarlar olub. Amma Facebook və Twitter dövründə bunların həm sayı artıb, həm də təsir gücləri. Vəziyyət təhlükəlidir. Çünki bir müddət sonra cəmiyyətə şübhə hakim ola bilər.

Bu yaxınlarda Qabriel Qarsiya Markesin ölməyi haqda internetdə yüzlərlə xəbər yayıldı. Xəbəri paylaşan mənbələr bunu mənim Twitterde yaydığımı deyirdilər. Bir az sonra yenə həmin mənbələr və çox hörmətli digər şəxslər kəşf etdilər ki, Twitterdə hesabım yoxdur və həmin hesab saxtadır .

Birinci yayılan xəbəri dəqiqləşdirməyə ehtiyac görməyən bəzi axmaqlar, bu “zarafatım” haqqında hökm verməyə davam etsələr də, sonrakı araşdırmalar üzrə çıxardı ki, internetdə mənim adıma xeyli hesab varmış. Bunlar mənim xəbərim olmadan yaradılıb.

Təəccüblü heç nə yoxdur. “Leanordo da Vinçi” adıyla internetdə hesab açarsınız, heç kim bunun qabağını ala bilməz. Müasir yazarların adı ilə qeydiyyatdan keçmək lap asandır.

Deyirlər guya bu cür dezinformasiyaları yayan “sosial medianın dünyanın ən etibarsız mənbə” olmasını göstərmək məqsədi güdən və əvvəllər də belə şeylər etmiş Tommaso De Benedetti adlı şəxsdir.

Bunun belə olduğu bilinirdi. Çünki məktubla çox gözəl olduğunu bildirən bir qıza könül verən və sonradan onun pensiyaya çıxmış gömrük məmuru olduğunu kəşf edən yazıqlar bunu çox yaxşı anlamışdılar.

Həyatdırmı bu? Yox. 1970-ci illərin sonlarında – e-mail və faksın olmadığı illərdə baş verən bir hadisəni xatırlayıram. Bir nəfər Paolo Pasolini imzası ilə “Corriere della Sera” qəzetinə poçtla bir məqalə göndərmiş və məqalə dərc olunmuşdu. Skandal! Məqalə saxtaydı. Pasolininin heç bir şeydən xəbəri yox idi. İlk reaksiyalar dəhşətliydi. Həmin gündən sonra qəzetlər müəllifin şəxsən özünün təqdim etdiyi yazıların dərcinə qərar verdilər. Yoxsa necə əmin ola bilərdilər ki, bu, müəllifin öz yazısıdır.

O vaxt bir yazı yazmışdım ki, narahat olmağa gərək yoxdur. Cəmiyyət yalançılar və saxtakarların varlığını qəbul etsə də, sakitcə dayanıb danışan adamın həqiqəti dediyini düşünür. Əks təqdirdə dəmir yolları cədvəllərinin doğru olmadığını düşünüb Roma qatarına minmərik, yanğınsöndürənlər yanğın siqnalı gəldikdə bunun zarafat olduğunu fikirləşib hadisə yerinə getməz, banka gedəndə, oranın dekorasiyadan ibarət saxta bir məkan olduğunu düşünmərik. Bəlkə də anamız bizi doğduğunu deyəndə yalan deyir.

Mən isə yazmışdım ki, cəmiyyət əslində vahid həqiqətin hamı üçün necə vacib olduğunu çox gözəl bilir. Buna görə də saxta Pasolini tipli zarafatlar uzaqbaşı bir-iki dəfə baş verə bilər, sonra isə ictimai təsirin gücüylə belə şeylər sona çatır. Elə mən dediyim kimi də oldu. Amma indi internet vasitəsilə ilə yavaş-yavaş saxta adlar altında əlaqə qurmaq adəti yaranır. Ancaq istifadəçilər zaman keçdikcə bu cür saxta adlara inanmamağa başlayacaqlar.

Saxta adlardan istifadə edənlər də görəcəklər ki, şübhənin hakim olduğu bir dünyada yaşayırlar.
# 973 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #