Quyruqsuz pişik

Quyruqsuz pişik
20 iyul 2012
# 12:34
“ Pəncərədən baxırdım. Birdən gözümə qəribə bir məxluq sataşdı. Heyrətdən gözüm dörd açıldı. Ömrümdə belə bir şey görməmişdim, möcüzəydi. Quyruqsuz bir pişik günəşlənirdi həyətdə...

...Yol boyu o pişik haqda düşünürdüm. Gözümün qabağından getmirdi. Niyə məni bu qədər maraqlandırdı, bu qədər diqqətimi çəkdi? Yəqin quyruqsuz olduğu üçün. Buna öyrəncəli deyilik axı. Bizim gördüyümüz pişiklərin hamısının quyruğu var.”

Vircinia Vulf quyruqsuz pişiklə insanların alışmadıqları, tanımadıqları nəsnələrə eynən bu cür, bu gözlə baxdıqlarına işarə edir.

Quyruqsuz pişik görsələr gözləri pəncərə kimi açılar adamların. İçlərindən maraq əjdahası başını çıxarıb od püskürər yazığa. Xəbərlərə düşər bu olay. Qəzetlər yazar, TV-lər yayımlayar, saytlar pişiyin müxtəlif pozalarda rəsmini verər. Bəlkə yalandı?

“ Filan yerdə 5 ayaqlı quzu doğulub” xəbərini az eşitmədik. Alışmadığı şeylər insan üçün xəbərə çevrilir. Dedi-qodu da belə yaranır. Öz filmində özünü oynayanlar hamıya bənzəməyənlərdir.

“Hamıya bənzəməyənlər” silsiləsindən yazıram. Bu həm də ekzotikadı. Dəyişik, fərqli, özünəməxsus mövcudatdı. “ Exzoticus ” latınca -görünüş, dış, forma deməkdi. Ekzotiksən- fərqli formadasan, dəyişiksən izahına gəlir. Getdikcə mənadan-mənaya keçib xüsusi anlayışa çevrildi exzoticus. Üstəlik xüsusi naxış sayıldı. “ Alayı”, “başqa ” , “özəl” sözü ilə ifadə etsək, qüsurlu olmaz yəqin.

“ Başqa...” bu daha çox həyəcanlandırır.

Pis effektləri də var “başqa” olmanın. Qınağ obyektinə çevrilə bilərsən. İstəyirsən, sına. Müsəlman ölkəsində yaşayırsan, xaç as sinənə. Gör nə olur. Gözlər eynən Fircinianın qəhrəmanında olduğu kimi 4 açılacaq. Hamı qara geyinir, sən qırmızı gey. Baxışlar ağır yük kimi daşınmaz olacaq. Bu nədi? Bu başqa cür düşünməkdi. Sən düşüncənlə ya düşmənə, ya da dosta çevrilə bilərsən...

Pişik quyruqsuzdusa, pişik deyil? Yox, pişikdi , ama başqa cürdü.

“Başqa...” Yaxşı tərəfi də var əlbət.

Sevdiyinə “sən başqasan” demək var... Bu bir az da sənətdi, sənət.

Başqa olmaq sənəti.

Sevdiyim, sən başqasan və bu tərifdi...Tarifdi.

Tərifləməkdi “ Sən başqasan ” söyləmək. Tərifi xoşlamayan varmı?

Ancaq ehtiyat da edirik, olur.

Tərif nəyinsə dəqiq yorumudu, dəqiq yorumu. Niyə xoflanaq, nədən çəkinək?!


“Sevdiyim, sən başqasan...” Bu bir az da cəhddi, axtarışdı, ümiddi, istəkdi. Biz istəyirik o “başqa” olsun, hamı kimi olmasın. Bu ayrıntı önəmlidisə, demək “hamı” bir az da qorxuludu, təhlükəlidi, özgədi.

Doğma olanı axtarırıq. Növü, tipi, mayası doğma olanı.

Quyruqsuz pişik olmaqdısa bunun adı, olsun. Baxsınlar, bərəlsinlər...

Bir gün quyruqları qapı arasında qalacaq.

Səninsə üzünə özgürlüyün qapıları həmişə açıq olacaq. Özgürlük ekzotikadı.

“ Quyruqsuz pişik kimi yalqızam bu dünyada ” düşündünsə yazını oxuyanda, qoy bu yazı sənə hədiyyəm olsun./qafqazinfo.az
# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #