“Yad et məni”

“Yad et məni”
15 iyul 2012
# 07:00
Böyük şairin ölümündən 101 il keçir


Cəmi 49 il yaşadı.
Miskin, yoxsul, xəstə bir ömür.
Ömür boyu dilinə içki dəymədi.
Amma əyyaş şairlər kimi serrozdan öldü.
Gənc yaşlarından ömrünü elmə, maarifə həsr elədi.
Şamaxıda özünə düşmənlər qazandı.
Sünnilər də düşmən bilirdi onu.
Şiələr də.
Babi (babı) hesab edirdilər onu.
Ona qarşı kin-küdurət o həddə gəlib çıxmışdı ki, arvadı belə anasının təzyiqi ilə boşanmaq istəyirdi.
“Niyə oturmusan, get ondan boşan, sən şərən azadsan, o babıdır, mən də südümü ona halal etməyəcəm”.
Oysa on bir uşaqları vardı.
Yəni məsələ o qədər qəlizdi.
Yəni bu dərdləri yaşamaq üçün böyük bir ürəyə sahib olmaq lazımdı.
Elə bir ürəyə ki, ailə qayğılarından vaxt tapıb bu ürəyi xalq, millət üçün də əridə biləsən.
İctimai mövzulu ilk şeiri 1903 –cü ildə çap olundu. Mətbuatla əlaqəsi əlaqəsi cəmi səkkiz il çəkdi.
Və bu səkkiz il ərzində xalqın bütün zümrələrindən olan insanların xarakterlərini çəkib ortaya qoydu.
Fəhləsinin, də kəndlisinin də, mülkədarının da, ağasının da, xozeyninin də, mollasının da, lotusunun da, qoçusunun da, tacirinin də, baqqalının da, rövzəxanının da, intellegentinin də, pristavının da, qəssabının da, oğul atasının da, qız anasının da mükəmməl trafaretlərini hazırladı.
Elə bir trafaret ki, bu gün o insanların xələflərindən birinin üzərinə qoy və heç dəyişmədiklərinə heyrət et.
Bu poetik təsvirlərin adına satira dedilər.
Yüz ildir satira deyəndə o xatırlanır.
Mirzə Ələkbər Sabir.
Milyonçular ölkəsində ölümünün il dönümü münasibəti ilə kitabı nəşr olunması üçün təşkil edilən ianəyə güclə 200 manat yığılan şair.
# 1065 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #