Qoca divlə üz-üzə
16 sentyabr 2011
09:26
Bir neçə il əvvəl Tbilisiyə iş dalınca getmişdim. Dedim, gəlmişkən, Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzedən də müsahibə götürüm. Əslində, Şevardnadze mənə Gürcüstanın keçmiş prezidentindən daha çox SSRİ-nin keçmiş xarici işlər naziri kimi maraqlı idi. Çünki nəhəng bir imperiyanın xarici işlər nazirinin tarixçəsinin, sonradan həmin imperiyadan xilas olmuş bir respublikanın prezidentinin tarixçəsindən daha zəngin olduğunu bilirdim. Elə fərdi nailiyyət baxımından da SSRİ-nin XİN rəhbəri olmaq Gürcüstan prezidentliyindən daha böyük uğur sayıla bilər. Nə isə...
Gürcü həmkarlarımın vasitəsilə Şevardnadzenin telefonunu tapıb ona zəng elədim. Əvvəl bir neçə gündən sonra görüşməyin mümkün olduğunu dedi, sonradan Bakıdan gəldiyimi, Tbilisidə çox qalmayacağımı bilib, fikrini dəyişib razılaşdı.
Səhəri gün Tbilisinin kənarında dövlət adamları üçün nəzərdə tutulan rezidensiyaların yerləşdiyi məkana getdim. Ümumi sakitliyin hökm sürdüyü bu ərazinin asfalt döşənmiş səliqəli küçələri enli kənd cığırlarını xatırladır. Bura bağlı-bağatlı, axarlı-baxarlı bir yerdir. Hündür hasarların başından müxtəlif ağacların budaqları sallanır. Cürbəcür quşların bir birinə qarışmış səsi adamın yadına yüksək gərginlikli elektrik xətlərindən ardı-arası kəsilmədən eşidilən fısıltını salır. Hiss edirsən ki, sən şəhərin reanimasiya bölməsindəsən... Bura yerləşdirilənlərin demək olar ki, hamısına sakitlik lazımdır...
Ciddi yoxlamadan sonra dəmir qapılardan keçib Şevardnadzenin yaşadığı evin həyətinə daxil oldum (“ev” və “həyət” yumşaq deyilmiş sözlərdir).
Yarıqaranlıq kabinetinə daxil olmazdan əvvəl adyutantı xəbərdarlıq etdi ki, cəmi 10 dəqiqə söhbətə icazə verir. Mən bir təhər 15 dəqiqənin razılığını aldım. Söhbətin gedişində isə Eduard Ambrosoveçin özündən daha 5 dəqiqə qoparda bildim. Arıq, uzun, təxminən 40-45 yaşlarında olan yaraşıqlı oğlan-adyutant artıq ayağa qalxıb narahat şəkildə əl işarələri ilə yekunlaşdırmağı təkid edirdi. Müsahibənin mahiyyəti barədə danışmaq fikrində deyiləm. Amma söhbət əsnasında anladım ki, doğrudan da Şevardnadze çox yorulub. Hətta o qədər ki, bir azca çox danışması səhhətinə mənfi təsir edə bilər...
İqamətgahdan çıxanda həmin axar-baxarın, gülün-bülbülün hamısı gözümdə gözəlliyini itirmişdi. Mən arxada nəsə miskin bir mühit, yoxluğun astanasında olan maraqlı bir varlıq buraxıb getdiyimi hiss edirdim. Düşünürdüm ki, ABŞ-la SSRİ arasında soyuq müharibənin başa çatmasında, Berlin divarlarının sökülməsində, yəni Almaniyanın birləşməsində və digər bu kimi hadisələri tarixə çevirən sənədlərdə imzası olan, Sovetlər Birliyi boyda bir dövlətdə istefa mədəniyyətinin təxminən əsasını qoyan, sonradan Gürcüstanda da bu addımı ata bilən birisi indi sakit bir hücrədə oturub və ona daha özünün düşündüyü qədər ehtiyac duyulmur. Həmdərdi – artıq onu cismən tərk etmiş xanımı, təsəllisi yazmaqda olduğu memuarlar, təsviri arxadan ona əl eləyən həyatdır. Sükutunun ən şirin pozuntusu övladlarının xaricdən etdikləri zəngdir...
Gedirdim və düşünürdün: doğrudanmı bütün yaşananlar bundan ötrü imiş. Bəlkə heç lazım deyilmiş. Şevardnadzenin sifətindəki ifadə gözümün önündən çəkilmirdi. Orada yazılmışdı ki, çox uca zirvələr fəth etmək də bir şey deyil, çünki düşdüyündə zərbənlə qazdığın çala çox dərin olur. Havası az, işığı öləngiyən, qonağı gec-gec gələn və az oturan bir mühit yaranır. Və sən orada oturub hardasa öz kefində gəzib dolaşan sonuncu qonağın gəlişini gözləməli olursan. Hər gün də gəlmədiyinə sevinə-sevinə....

2292 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024