Bir ulduz axdı: Arif Quliyev
9 sentyabr 2011
10:02
Sənət adamlarları haqqında yazanda ehtiyatlı olmağın tərəfdarıyam.
Niyəsini Mir Cəfər Bağırovun fikirləri ilə izah edəcəm.
Bu günlərdə Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabını oxudum.
Həmin kitaba istinadən Mir Cəfər Bağırovun Səməd Vurğuna dediyi sözü yazıram:
Sən Mikayıl Rəfilinin biliyini, savadını qiymətləndirmək yerinə elə hey “Rəfili, Rəfili” deyirsən. Qabaq qoçular vardı, indiki isə ədəbi terrordur. Bu yoldaşın sənin işinə maneəçiliyi yoxdursa nə üçün adını hər dəfə çəkirsən? Belə edəndə o ruhdan düşür.
Bağırovun belə anladığını bizdə bəzən anlamırlar.
Bir çox yazarlarımızın böyük əmək sərf edilmiş bir əsəri oxumadan onun haqqında rəy vermək “məharət”i var.
Bütün bunlara görə Arif Quliyev haqda yazanda onun xətrinə dəymədən yazmaq istəyirəm.
Çox faciəvi bir ömrü var Arif Quliyevin.
Çətin bir uşaqlıq keçirdib, yetimxanada böyüyüb.
Lakin internatda böyümüş bir adama ali təhsil imkanı yaradan bir hökumət idi SSRİ.
Texnikum, institut qurtardı, aktyor oldu.
Və Arif Quliyev bir müddət sonra sürətlə populyarlaşdı.
Xüsusilə də 1990-cı illərin əvvəllərində onun kasetləri yayılmağa başladı.
Zarafatları məşhurlaşdı.
Bu gün o zarafatları xatırlayanda gülüşdən başqa bütün hissləri
keçirdir insan.
Misal üçün biri belə idi:
“Kak tebya zavut?
Zavodda işləmirəm, fabrikdə işləyirəm”.
Buna güldüyümüz zamanlar olub.
Ömür davam etdikcə Arif Quliyevin dərdləri də artdı.
Oğlu uzunmüddətli həbs cəzası aldı.
İnternatda böyümüş Arif Quliyev oğlundan imtina etməli oldu.
Ardınca isə daha böyük faciə baş verdi.
O daha güldürə də bilmirdi.
Heminquey ömrünün son günlərində elektroşok zamanı yaddaşını itirmişdi, “yaddaşsız yazıçı” kimə gərəkdir deyib intihar etdi.
Bethoven kar olmuş, ən böyük əsərlərini dinləyə bilməmişdi.
Amma Arif Quliyevin faciəsinin daha böyük miqyaslıdır, zənnimcə.
Damla-damla tükəndi Arif Quliyev.
İnsanları güldürmək üçün sözə yox hərəkətlərə, mimikaya əl atdı, şit ssenari ilə bu mimikanın bir şeyə yaramadığını anlamadı.
Zatən bircə mimik hərəkəti vardı Arifin.
O sürətlə unuduldu, yerinə Fərda gəldi, Elməddin gəldi.
Böyük bir dövr başa çatdı.
Bunları yaza-yaza içim qan ağlayır, ürəyim darıxır, ovqatım təlx olur.
Bir ulduzun axmasına baxmaq kədərlidir...
Şairin “bir azca da ümid var, qayıdacaq haçansa” sözlərini xatırlayıram.
Bəlkə, o yenə qayıtdı, yenə də bizi güldürdü, zamanın nəbzini tutdu,
Cem Yılmaza gülən gəncliyi az da olsa güldürə bildi.
Lənət şeytana, heç olmasa bir təbəssüm oyatsın dodaqlarımızda.
Buna da razıyam...
Təki qayıtsın...
4245 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024