Gizlinlərə tamarzı olan bizlər
15 iyul 2011
13:01
Kültür tekstləri sandıq modelində
Bəndənizin ədəbiyyatla bağlı yazılarının bir eybi var ki, çalışır üstünlüyə çevirsin (ona görə də ədəbiyyata başqa yanaşmanı formalaşdırır). Mən tekstin içinə girib onun içəridən necə qurulmasını və hörülməsini göstərməyi nə bacarıram, nə də sevirəm. Yəni tekstin immanentliyini tutmaq mənlik deyil. Ancaq, düzü, heç mənim üçün tekst dərinliyi olan “sandıq” da deyil ki, içindən fokusçu kimi yeni-yeni “yaylıqlar” çıxarım.
Füzulinin “Leyli və Məcnun” poeması haqqında onlarla araşdırmalar aparılıb. Hamısının da iddiası o olub ki, poemanın “sandığından” başqalarının görmədiyi nəsnələri tapıb çıxarır.
Şekspirin faciələrindən oxşar iddialarla kitabxana boyda yüz dildə kitablar yazılıb, tamaşalar qoyulub. Elə bu da Şekspirin dahiliyinə arqument sayılır. Yəni gör, necə dahidir ki, “sandığa” yüz min adamın yığıb-yığışdırammadığı mənalar qoyub. Sanki klassiklər bircə-bircə mənaları deyimlərinin arasına sığışdıraraq düşünüblər ki, bax, bunu filan düşüncəli araşdırıcı tapacaq, bunun nə olması filan tipli rejissorun ağlına gələcək, bu diskursdansa yüz il sonra filan tipli fəlsəfə doğacaq. Niyə təəccüblənirsiniz? Bəyəm, yeni fizikanın vakuumunu daosizmin, buddizmin boşluq fəlsəfəsində, qeyri-evklid həndəsənin məkan strukturlarını mifoloji dünya modelində tapmırlar?! Bəyəm, bizim bayatının “üzündə göz izi var” dedisindən virtual izləri çıxarmaq olmaz və ya “Min bir gecə”dəki tekst içindəki tekstlərdə (haşiyələrdə) hipper-tekstin əcdadını tapmaq olmaz?!
Azərbaycan ədəbiyyatı və ədəbi tənqidi, hətta nəinki onlar, bütünlükdə Azərbaycan mentaliteti dərinliyə, nəsnələri dibi dərində olan və ya dibi sonsuz olan “sandığa” oxşadan ideyaya bayğındırlar. Azərbaycan mediası içdə, dərində gizlənən sirləri açmaqdan aşırı ləzzət alır. Siyasətçilər də içdə gizlənənləri gizlətməkdən böyük həzz duyurlar.
Siyasi analitika və konspirologiya
Yaxın illərədək bizdəki siyasi analitik yazılarla Batıdakının, hətta Türkiyədəkinin qəribə bir fərqini duyurdum. Bizim analitiklər siyasi sirləri açmaq tələbinin basqısı altında əzildikləri üçün (çünki oxucular və redaktorlar belə istəyirdilər) konspiroloji nəzəriyyələrə əl atırdılar. Bu nəzəriyyələr isə toplumda baş verən olayların səbəbi kimi masonların, nə bilim Bilderberq Klubunun, Mərkəzi Kəşfiyyat İdarəsinin gizli qurğularını, xəlvət sui-qəsdlərinı “faş etməyi” dəbdə saxlayır. Onu da deyim ki, ciddi elm və ciddi media konspirologiyanı özlərinə yaraşdırmırlar.
Konspirolojiliyə görə, bizim analitiklərin yazılarnda detektiv gərginliyi vardı. Ancaq Batı mediasında köşə yazılarının sirləri açan konspiroloji dadı-tam yoxdu. Ona görə də təəccüblənmərəm əgər bizim oxucu o yazıları ləzzətsiz, bizdəkilərdən aşağı saysa.
Siyasətdə sirr “blefi”
90-cı illərdə aktiv siyasətlə məşğul olanda sıravi siyasi fəalların mənim kimilərə gizlini açmaqla bağlı sualları olurdu. Yəni sən siyasətdəsənsə, hansısa sirləri bilməlisən (bilsəydilər ki, bilmirsən, gözdən düşərdin). Hətta bir dəfə, - ha-ha, “qoy xalqım məni bağışlasın”, - eksperiment aparmışdım. Hansısa sualın cavabında söyləmişdim ki, bunun sirbirini açmaq istəməzdim. Sözlərimin qarşı tərəfdə yaratdığı məmnunluq proqnozumun düz çıxmasına görə məni çaşdırmışdı. Görünür, adamlar ondan xoşhal olmuşdular ki, gözləntilərini doğrulduram, yəni təsdiq edirəm ki, sirsiz siyasət ola bilməz və ona görə mən Niyazi Mehdinin də bildiyi sirlər var.
Onu da deyim ki, 90-cı illərdə siyasətlə bağlı “oyun”» sözü və düşüncəsi yüksək dəbdə idi. Fikirləşirdilər, əgər sirr varsa, onu gizlətmək üçün oyun da oynanılmalıdır. Elə 90-cı illərdə də mənim bir yazımın ideyasını İsa Qəmbər mənim yadıma salmışdı: ciddi dövlətlərin yüksək kəşfiyyat sistemi, ekspertləri, analitikləri olan bir halda necə onlardan nəsə ciddi bir planı gizlətmək olar?!
Dinlərin sirr mistikası
Dərində gizlənmiş sirr üzə çıxmaq üçün İsgəndərin dəlləyinin içəridən ürəyini partladır və o dözəmməyib quyuya söyləyir. Müsəlman mədəniyyətinin müdriklik formulalarından biri odur ki, sirrini heç kəsə (arvadına da) vermə. Bu formulun Quranda, hədislərdə də əsasını tapmaq olar.
Dünya dindarlığının ana ideyalarından biri dərinində sonsuz anlamları, bilgiləri gizlətmiş İlahi kitablar, Allah elçilərinin, pirlərin, övliyaların sözləridir. Hamısında da dərinlik “dərin sandıq” və ya “dibsiz sandıq” biçimində düşünülür.
Mənim anti-dərin yanaşmam
Elm boş qalmış yerləri sevmir (yada sal “təbiət boşluğu sevmədiyi üçün hara boşalırsa, oranı tutur” deyimini). Onun üçün də mən dərinliyin alternativi olan “boş yeri” tutmaq üçün “anti-dərinlik” fəlsəfəsində düşünmək istəyirəm. Hərçənd düşünmək istəyəndə bir yerdə oxudum ki, dərinlik sevgisinə qarşı 19-cu yüzildə Nitzşe də çıxmışdı. Fuko yazırdı ki, o, bilincin, ruhun, varlığın dərinliyini filosofların uydurası sayırdı.
Baxın, görün, dərinliyi fəlsəfədə necə dağıtmaq olar (bunu 1986-da özüm düşünmüşdüm, sonra eynisini Nitzşedə oxudum). Biz olayların təzahürünü, zahirini olaylardan «üzümüzə gülən» tərəflərdə tapırıq. Onlardan arxada, yəni bizə tərəfdəkinin arxasındakını isə «mahiyyət» sayırıq. Deməli, olayların üzü üzümüzə baxandır, mahiyyəti isə onun arxasında bulunandır. Bu cür düşüncəyə tam antropomorfizm demək olar. Yəni dünyanın mənzərəsini insan oriyentirlərində, insan ölçülərində düşünmək demək olar, necə ki sağı-solu olmayan kosmosda kosmonavt Yer yumrusunu «sağımdadır» deyə bildirə bilər.
Söylədiyim antropomorfizmə qarşı tam məntiqi soru çıxa bilər: bəlkə dünyanın mahiyyəti bizə olan tərəfidir. Nəsnələrin zahiri isə bizdən əks tərəfdə oluban o tərəfdəkilərin “üzünə gülür”?
Əslində dərinlik nədir və nədədir?
Beləcə, kültür və sənət tekstlərinin “dərin sandıq” biçimində düşünülməsinə xeyli intellektual zəlzələlər salmaq olar. Hərçənd bir də deyirəm, dərinlik alışqanlığı bilincimizə çox dərin yeriyib, ondan qopmaq, qurtulmaq çətindir.
Bəs bizə dərindən çıxarılmış kimi görünən anlamlar, bilgilər əslində necədir? Nağıllarda necə olur? Cinin ürəyi sinəsinin içində deyil, başqa yerdə gizlədilir. Eləcə də mən deyərdim ki, tekstlərin dərinliyi, gizli mənaları dörd yanı ilə baxışdığı nəsnələrdədir. Ona görə də bəndəniz düşünmək istədiyi mətnin “dərininə” girmək istəmir. Kamerton oluban düşünmək istədiyi tekstlə səs-səsə vermək istəyir. Ona görə də bəndəniz aforizm aydırmaq istəyəndə söyləyir: nəsnənin mahiyyəti içində deyil, yan-yörəsində, qonşularındadır. O zaman görün, nə çıxır: böyük əsərlərin mahiyyətini, yəni niyə belə olmasını axmaq əsərlərdə axtarmaq lazımdır və tərsinə, axmaq əsərlərin mahiyyəti də böyük əsərlərdə gizlənib. Lao-szı demirdi? Eybəcərlik olanda Gözəllik də olur.

857 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024