Bir sənsizlik şeiri

Bir sənsizlik şeiri
11 iyul 2011
# 17:11
qabağımdakı dadsız “Əfsanə” pivəsini
duzla içirəm
dodaqlarıma, dilimə duz dəysin
“Youtube”da bir mahnı axtarıram
Xoşuma gələn bir mahnı...
ancaq heç biri yadıma düşmür...
yoxluğun belə bir şeydir deyəsən
adamın sevdiyi mahnılar da yadından çıxır
hər şey təsirini sıfıra endirir
40 dərəcə günəş adamın vecinə olmur
hələ mətbəxtə üst-üstə yığılmış qabları demirəm...
bu adi şeydir
hər nə alıramsa saxta çıxır
soyuducu suyu dondurmur
sənsiz hər şey təsirini sıfırlamış
baloğlanla teoman arasında bir fərq görmək olmur
başımı yastığa dayayıb
gözlərimi tavana zilləyirəm
özümü bütün yalnız adamlara oxşatmaq istəyirəm
ancaq gözümdən yaş çıxmır
bilmirəm
adam tək olanda neyləməlidi
siqaret də təzyiqimi qaldırır
taqətdən düşürəm
sənsizlik belə bir şey
bir tablosu da yox
kiminlə savaşım
kimin mesajları bezdirsin məni
turşumuş mayonezli sendviçləri kiminlə bölüşdürüm
nəysə
çox uzatdım
gəl çıx
# 3142 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #