11 oktyabr saat 19-da Müstəqil Şah Mat Teatrı Saalam Cinema səhnəsində dünyaca məhşur rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” adlı tamaşanın premyerasını edəcək.
Bu barədə Kulis.az-a teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.
50 dəqiqəlik tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.
Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov, Orxan Abışov ifa edir.
Absurd üslubunda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Üç nəfər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olur.
Sonda müsbət xarakter kimi qələmə verdiyimiz "Ağ qüvvə" onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.