"Mən atamın kitabları ilə tərbiyə almışam, onun bütün bədii əsərlərini, eləcə də jurnalistikasının əhəmiyyətli hissəsini oxumuşam. Deyə bilmərəm ki, atamın yaradıcılığını hərtərəfli bilirəm. Onun çoxlu esseləri var ki, hələ tam oxumağa vaxtım olmayıb. Bu, xüsusilə, onun publisistik əsərlərinə aiddir, çünki o, təkcə görkəmli yazıçı deyil, həm də istedadlı publisistdir".
Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anarın qızı Günel Anarqızı Vesti-yə müsahibəsində deyib.
- Sabun udaraq özünə qəsd edən, qəbri olmayan məşhur azərbaycanlı - Onu kim izləyirdi?
- Salam Qədirzadənin qızı: "O məsələyə görə atama ad vermədilər" - Müsahibə
- Yazıçı Lizi Behmoaras vəfat etdi
Onun dediyinə görə, uşaq vaxtı evlərinə həmişə görkəmli incəsənət adamları qonaq gəlib:
"Evimiz həmişə qonaqlı-qaralı olurdu. Bizim məşhur və görkəmli musiqiçilərimiz, rəssamlarımız, yazıçılarımız, şairlərimiz, heykəltəraşlarımız – bütöv bir nəslin dünyagörüşünü formalaşdıran insanlar olub. Amma uşaqlıqda mən onları, sadəcə, valideynlərimin dostları kimi qəbul edirdim. İndi başa düşürəm ki, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əsas rol oynamış şəxsiyyətlər olub".