Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi
25 oktyabr 2026
# 10:00

Kulis.az dünyanın ən yaxşı 10 uşaq filmi haqqında materialı təqdim edir.

‘The Lion King’: Every Crazy, Weird Fact About the Disney Classic

“Kral Şir” ("The Lion King")

Şir balası Simbanın atasını itirdikdən sonra həqiqətlərlə üzləşməsi, günahkarlıq hissini aşaraq böyüməsi, məsuliyyətini dərk etməsi və haqqı olan taxt-tacı geri qaytarmaq üçün doğma torpaqlarına qayıtmasından bəhs edən unudulmaz animasiya filmi.

8 must-watch Ghibli films

“Ruhların qaçışı” ("Spirited Away")

Valideynlərini xilas etməyə çalışan 10 yaşlı Çihironun sehrli, sirli və qəribə ruhlarla dolu aləmdə keçirdiyi macəralarından bəhs edən Hayao Miyazakinin ovsunlayıcı əsəri.

Film qorxularla üzləşmək, böyümək və özünü kəşf etmək haqqında unudulmaz hekayədir.

Toy Story: quando Woody, Buzz Lightyear e John Lasseter crearono la Pixar

“Oyuncaq hekayəsi” ("Toy Story")

İnsanlar otaqda olmadıqda canlanan oyuncaqların gizli həyatını kəşf edən film Vudi ilə yeni oyuncaq Baz Laytyer arasındakı rəqabəti dostluq və sədaqət hekayəsinə çevirir.

Kompüter animasiyası tarixində inqilab edən əsər qısqanclıq, birlik və dostluğun dəyərindən bəhs edir.

Movies on TV this week: 'Finding Nemo' on Freeform and more - Los Angeles Times

“Nemonun axtarışında” ("Finding Nemo")

Okeanın dərinliklərində itən balaca Nemonu tapmaq üçün təhlükəli səyahətə çıxan atası Marlinin macərası.

Yaddaş problemi yaşayan Dori ilə tanışlıq bu axtarışı həm əyləncəli, həm də emosional bir hekayəyə çevirir. Film valideyn sevgisi, cəsarət və özünəinam haqqındadır.

WALL·E | Disney Movies

“VALL-İ” ("WALL-E")

İnsanlar tərəfindən tərk edilmiş, zibillə örtülmüş Yer kürəsində əsrlər boyu təmizlik işləri aparan robot VALL-İ-nin kəşfiyyatçı robot EVA ilə tanışlığından sonra başlayan macəralar kainatın taleyini dəyişir.

Eşq, tənhalıq, ümid və insanlığın gələcəyi haqqında düşündürən bu animasiya sözsüz səhnələri ilə də yadda qalır.

10 Oz Adventures: From The Wizard Of Oz To Emerald City | Movies | Empire

“Oz sehrbazı” ("The Wizard of Oz")

Güclü qasırğanın Kanzasdan sehrli Oz ölkəsinə apardığı Doroti evə qayıtmaq üçün Zümrüd şəhərinə doğru yola çıxır.

Bu səyahətdə o, qeyri-adi dostlar qazanır və qüdrətli sehrbazla görüşməyə çalışır.

Dostluq, cəsarət və insanın axtardığı dəyərlərin bəzən elə özündə gizlənməsi haqqında kino klassikası.

E.T.: The Extra-Terrestrial (1982) — Atlanta Film Festival

“Yerdən kənardakı qonaq” ("E.T. the Extra-Terrestrial")

Yer kürəsində tək qalan mehriban yadplanetli ilə Elliot adlı balaca oğlan arasında yaranan saf dostluqdan bəhs edən emosional elmi-fantastik film.

Elliot yeni dostunu hökumət qüvvələrindən qorumağa və onu öz planetinə qaytarmağa çalışır.

Stiven Spilberqin ekran əsəri sevgi, tənhalıq və ayrılıq haqqında təsirli hekayədir.

'Paddington 2': A Story That Bears Repeating : NPR

“Paddinqton 2” ("Paddington 2")

Perudan gələn nəzakətli ayı Paddinqton sevimli xalasına xüsusi hədiyyə almaq istəyir.

Ancaq qiymətli bir kitabın oğurlanmasında haqsız yerə günahlandırılaraq həbs olunur.

Ailəsi onun günahsızlığını sübut etməyə çalışarkən məzəli hadisələr və gözlənilməz macəralar baş verir.

Mehribanlıq, dürüstlük və insanlara yaxşılıqla yanaşmaq haqqında möhtəşəm film.

Bande-annonce de Coco, le prochain Pixar sur la musique et la mort | Premiere.fr

“Koko” ("Coco")

Musiqiçi olmaq arzusunda olan Migel Meksikada qeyd edilən Ölülər Günü zamanı təsadüfən Ölülər Diyarına düşür.

Burada ailəsinin keçmişinə dair gizli həqiqətləri öyrənir və nəsillərdir davam edən musiqi qadağasının səbəbini anlamağa çalışır.

Ailə bağları, xatirələr və unudulmamağın əhəmiyyəti haqqında rəngarəng, maraqlı animasiya.

Watch My Neighbor Totoro | Netflix

“Qonşum Totoro” ("My Neighbor Totoro")

Xəstəxanada müalicə alan analarına yaxın olmaq üçün kəndə köçən iki bacı meşədə yaşayan sevimli və sirli ruh Totoro ilə tanış olur.

Təbiətin möcüzələrini, uşaqlığın məsumluğunu və ailə sevgisini incəliklə əks etdirən Hayao Miyazaki filmi sakit, səmimi atmosferi ilə seçilir.

# 183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər