Aysel, ayaqlarını qucaqlasam – ULUCAY AKİFİN QALMAQALLI ŞEİRİ

<b>Aysel, ayaqlarını qucaqlasam – <span style="color:red;">ULUCAY AKİFİN QALMAQALLI ŞEİRİ </b>
16 avqust 2017
# 14:08

Kulis.az Ulucay Akifin “Aysel” şeirini təqdim edir.

Aysel,

ayaqların...

ayaqların nə yaxşı ki, var.

nə yaxşı ki,

tərk edəndə ayaqları ilə

tərk etmir adamlar.

Aysel,

birinin

ruhunu qucaqladım.

Ruhunu götürüb getdi.

birinin

qəlbini qucaqladım.

Sevgisini götürüb getdi.

Aysel,

ayaqlarını

qucaqlasam,

hara gedəcəksən axı?

# 5068 dəfə oxunub

Müəllifin son yazıları

# # #