Bu gün şair Tural Turanın ad günüdür. Kulis.az bu münasibətlə onun “İlahi” şeirini təqdim edir.
İlahi, ovcumu yumuram sənə,
İlahi, duamın başını bağla.
İlahi, bu gecə doğuldum yenə,
İlahi, yuxumun huşunu bağla.
Mən öz qorxusuna vurulan adam,
Mən öz nəfəsini asan qatiləm.
Mən öz günahında durulan adam,
Mən öz günahından küsən qatiləm...
- "Bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq" - Tural Turandan bir cümləlik hekayələr
- Dodaqlarımı da apar özünlə - Tural Turanın yeni şeirləri
- "Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri
Mən qanlı üzündə gülüş böyüdən,
Can verən kölgənin məzar daşıyam.
Mən dar ağacında öpüş böyüdən,
Son nəfəs əlində tumar daşıyam.
İlahi, ovcumu yumuram sənə,
Üşüməsin deyə körpəcə duam...
İlahi, özün yağ yağış yerinə,
Yağ ki, kirli andı yenidən yuyam...
Mən öz günahından kiçik adamam,
Bu böyük yazını kim yazıb mənə?!
Mən uşaq əlində evcik adamam,
Tanrının özü də uduzub mənə...