“Sehrli Yaylıq” tamaşasının premyerası oldu

 “Sehrli Yaylıq”  tamaşasının premyerası oldu
19 may 2025
# 15:10

Mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında yazıçı Kərim Həsənovun “Sehrli Yaylıq” əsəri əsasında eyniadlı adlı birhissəli uşaq tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, yeni səhnə əsərinin quruluşçu rejissor gənc və istedadlı rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Nağılvarı fantastik səhnə əsərində İşləməyi sevməyən Eldar telefonda oyun oynamağı, rəqs eləməyi sevir. Evləri çirkləndirməyi, dağıtmağı, dərslərini diqqətdən kənarda qoymağı,məktəb yoldaşları kimi olmamağı anasını narahat edir.

Bütün günü sevdiyi dəniz quldurları haqqında oynadığı oyun onu rahat yatmağa qoymur. Evdən tapdığı, nənəsinin sehirli adlandırdığı yaylığın xəyalı vasitəsilə məktəb yoldaşları ilə birlikdə adaya düşən Eldar burdada macərə axtarışındadır, hələdə işləmək istəmir. Arzuladığı dəniz quldurları ilə qarşılaşmağı onlarla keçitdiyi əyləncəli və qorxulu anlardan yorulan Eldar dostları ilə birlikdə evə qayıtmaq istəyir, lakin adaya düşməsində ona köməklik göstərən yaylığını tapa bilmir. Yaylığını isə onun sevdiyi dəniz quldurları oğurlayıb. Evə qayıda bilməyəcəyi qorxusu ilə yuxudan ayılan Eldar əslində bütün olanların yuxu olduğunu anlayır.

Tamaşa vasitəsi ilə balaca teatrsevərlərimizə faydalı olmağı, evləri dağıtmamağı, ev işlərində valideyinlərinə kömək etməyi, felefonla az vaxt keçirtmək lazım olduğunu, dərslərini yaxşı oxumağı, ailəsinə, dövlətinə , millətinə yararlı vətəndaş ola bilməsi ön plana çəkilərək tamaşaçılara aşılanır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov, Şəhriyar Aşkari çıxış ediblər

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

İrəvan teatrının bayram repertuarı

İrəvan teatrının bayram repertuarı

14:00 16 mart 2026
İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
“Birinci akt”  tamaşasının premyerası oldu

“Birinci akt” tamaşasının premyerası oldu

14:40 13 mart 2026
“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər