Oqtay Rəcəbovun 85 illiyi qeyd olundu

Oqtay Rəcəbovun 85 illiyi qeyd olundu
6 aprel 2026
# 11:01

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Əliqulu bu gün evlənir” tamaşasının növbəti nümayişi görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun anadan olmasının 85 illiyinə həsr olunub.

Kulis.az xəbər verir ki, bəstəkarın ailə üzvlərinin də izlədiyi tamaşa alqışlarla qarşılanıb.

Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist Əkbər Əlizadə mərhum bəstəkarın yaradıcılıq yolundan, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

İlham Namiq Kamal sənətkarı minnətdarlıqla xatırlayıb: "Mən fəxr edirəm ki, Oqtay Rəcəbovun musiqisi ilə bu teatrda ərsəyə gələn üç tamaşadan ikisinin – "Şeytanın yubileyi" (əsərin müəllifi Aqşin Babayev) və "Əliqulu bu gün evlənir" (Sabit Rəhman) tamaşalarının quruluşçu rejissoruyam. Fəxr edirəm ki, o görkəmli şəxsiyyətlə iş birliyim olub".

Qeyd edək ki, Xalq artisti İlham Namiq Kamalın quruluşunda 2024-cü ildə hazırlanan “Əliqulu bu gün evlənir” tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Səhnə əsərində Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak ediblər.

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər