“Hacı Qara”nın oxunuş məşqlərinə başlanılıb

“Hacı Qara”nın oxunuş məşqlərinə başlanılıb
3 oktyabr 2025
# 09:45

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Şövqi Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Elnur Hüseynov, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşəm Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Hüsniyyə Əhmədov, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Yusif Dadaşov, Tahir İsmayılov, Aydın Dəmirov iştirak edirlər.

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

10:30 7 yanvar 2026
Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq

Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq

10:27 5 yanvar 2026
“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

10:25 29 dekabr 2025
“Arşın mal alan”  operettasının tamaşası təqdim olundu

“Arşın mal alan” operettasının tamaşası təqdim olundu

15:45 27 dekabr 2025
Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər