Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” tamaşası nümayiş etdirildi

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” tamaşası nümayiş etdirildi
10 mart 2023
# 16:56

Bu gün 10 Mart Milli Teatr Günü münasibəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Teatrda bir gün” layihəsi çərçivəsində açıq qapı keçirilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə layihə əsasında teatra dəvət olunan qonaqlar və tamaşaçılar üçün teatrın foyesində qısa gəzinti təşkil olunub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günü ilə bağlı teatrda bir sıra televiziya kanallarının iştirakı ilə telemarafon da keçirilib.

Daha sonra Xalq artisti Ağaxan Salmanlının “Möcüzəli pillələr” pyesi əsasında eyniadlı tamaşa nümayiş etdirilib.

Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşada teatrın aktyorları Əməkdar artist Elnur Bəhrəmxan, İlhan Sadıqov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova, Hüseyn Bayramov iştirak ediblər.

Səhnə əsərinin qurulmasında əsas məqsəd tamaşaçını teatr mühiti ilə, tamaşanın qurulması, aktyorları qrim otağından səhnəyə qədər aparılan hazırlıq prosesi ilə tanış etməkdir. Yarıbədii, yarı praktik tamaşada izləyicilər özləri də prosesin iştirakçılarına çevrilirlər. “Möcüzəli pillələr” həm teatr haqqında məlumat verir, həm də səhnənin sirli məqamlarını açır.

# 5113 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər