Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının repertuarı

Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının  repertuarı
14 noyabr 2025
# 15:54

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı payız tətilində uşaqlar üçün yeni tamaşalar təqdim edəcək.

Kulis.az xəbər verir ki, hər il payız tətili günlərində məktəblilərə maraqlı səhnə əsərləri təqdim edən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu il də ənənəsinə sadiq qalır. Teatrın yaradıcı kollektivi noyabrın 16-dan 20-dək azyaşlı tamaşaçılar üçün üç fərqli uşaq tamaşası nümayiş etdirəcək.

Bu barədə teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Onun sözlərinə görə, ilk təqdim olunacaq tamaşa “Şirinlər” olacaq. Quruluşçu rejissoru Elşad Rəhimzadə olan bu səhnə əsəri ən çox Yeni il və Novruz bayramlarında maraq doğurur. Tamaşada mehriban və şən şirinlər ailəsi, eləcə də onların düşməni Qarqamelin yaratdığı macəralar təsvir edilir. Əsər uşaqlara yardımlaşma, dostluqda sədaqət və humanizm kimi dəyərləri aşılayır.

Teatr nümayiş olunacaq digər tamaşalar barədə də məlumat verib. Onlardan biri danimarkalı yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında hazırlanan “Düyməcik” tamaşasıdır. Quruluşçu rejissoru Ayla Osmanova olan bu səhnə əsəri əsasən azyaşlı tamaşaçılar üçün nəzərdə tutulub və valideynlər də övladları ilə birgə izləmək imkanı əldə edirlər.

Daha bir uşaq tamaşası isə “Cırtdanino”dur. Ssenarisi Pərvin Nurəliyevaya, quruluşu yenidən Elşad Rəhimzadəyə məxsus olan bu əsər məktəblilər üçün xüsusi olaraq hazırlanıb. Tamaşada Yer planeti və digər kosmik aləmlərdən bəhs edilir. Hadisələr məşhur nağıl qəhrəmanı Cırtdan ilə başqa planetdən gələn yadplanetli qız Nino arasındakı dostluq və onların macəraları üzərində qurulub. Səhnə əsəri milli nağıl elementlərini kosmik mövzularla birləşdirir.

Samirə Əşrəf əlavə edib ki, yaxın aylarda uşaqlar üçün daha bir tamaşa – “Büllur başmaq”–ın premyerası keçiriləcək. “Küllücə” nağılının motivləri əsasında hazırlanan səhnə əsərində ögey ana və bacıların əziyyətinə məruz qalan qızcığazın çətinliklərə dözməsi və sehrbaz qadının köməyi ilə yeni həyata doğru addımlaması təsvir olunur. Tamaşada kralın oğlu ilə tanışlıq və başmağın itməsi motivi klassik nağıl xətti ilə təqdim edilir.

Teatrın payız tətili repertuarı uşaqlar və ailələr üçün maraqlı və rəngarəng tamaşa günləri vəd edir.

# 910 dəfə oxunub

Oxşar xəbərlər

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

10:25 29 dekabr 2025
“Arşın mal alan”  operettasının tamaşası təqdim olundu

“Arşın mal alan” operettasının tamaşası təqdim olundu

15:45 27 dekabr 2025
Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
"Qaraca qız"ın  premyerası olub

"Qaraca qız"ın premyerası olub

11:41 22 dekabr 2025
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər