ƏSA Teatrı Vətən Müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır

ƏSA Teatrı Vətən Müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır
7 oktyabr 2021
# 14:31

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı İkinci Qarabağ Müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır.

Teatrdan APA-ya verilən məlumata görə, “Qonşu” adlandırılan layihə üçün məxsusi pyes yazılıb.

Film-tamaşanın əsas ideyası Azərbaycan xalqının vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin tərənnümü ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.

“Qonşu” qələbənin bir illiyi ərəfəsində əvvəlcə film formatında, daha sonra teatr səhnəsində tamaşaçılara təqdim olunacaq.

Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır. Rolları teatrın aktyorları Elşən Əsgərov, Günay Məmmədova, Elvin Şahmərdan, Səmayə Ağayarova, Anar Əliyev, İmran Lalayev, Lalə Süleymanlı və Raul Həsən ifa edəcəklər. Qeyd edək ki, aktyor Elvin Şahmərdan İkinci Qarabağ Müharibəsində iştirak edib. İkinci qrup Qarabağ Müharibə əlili olan aktyor Şuşa və Füzuli şəhərlərinin işğaldan azad olunmasına görə müvafiq medallarla təltif olunub.

Llayihənin dəstəkçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

# 5534 dəfə oxunub

Oxşar xəbərlər

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

10:30 7 yanvar 2026
Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq

Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq

10:27 5 yanvar 2026
“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

10:25 29 dekabr 2025
“Arşın mal alan”  operettasının tamaşası təqdim olundu

“Arşın mal alan” operettasının tamaşası təqdim olundu

15:45 27 dekabr 2025
Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər