Hitlerin vəkilinin oğlu: “Anamın sevgililəri artdıqca sevinirdim”

Hitlerin vəkilinin oğlu: “Anamın sevgililəri artdıqca sevinirdim”
1 iyul 2013
# 07:15

Rusiyalı sənədli film rejissoru Tatyana Freydenson “Üçüncü Reyxin uşaqları” adlı film çəkmək qərarına gəlib. O 3 il ərzində nasist nəslinin davamçıları ilə olduqca çətin başa gələn bir şəkildə görüşərək müharibədən sonrakı taleləri ilə maraqlanıb.

Kulis.az 25 milyondan çox insanın qətlində günahkar olan bu insanların varisləri haqqında maraqlı məlumatları təqdim edir.

Gebbelslər

Təbliğat naziri Yozef Gebbelsin intiharından sonra onun bütün varidatı Kvandt ailəsinin nəzarətinə keçir. Məlumdur ki, Gebbelsin arvadı Maqda Yozefin bütün uşaqlarını zəhərləyib öldürmüşdü. Amma onun birinci əri böyük sənayeçi olan Günter Kvandtdan Xarald adlı oğlu var. Xanım Gebbels keçmiş ərinə varidatını artırmaqda xeyli kömək edib.

Maqda Gebbelsin 4 qız nəvəsinin “BMW” konserninin hissədarları olduğu məlum olanda Almaniyada böyük qalmaqal yaranmışdı. Nəticədə Kvandtlar avtomobil nəhənginin onlara aid olan hissələrini satmağa məcbur olsalar da hələ də adlarında çoxlu kompaniyalar qalmaqdadır.

Mətbuta qapalı olan ailə haqqında bir də Xoraldın qızı Kolinin yəhudililiyi qəbul elədiyi məlumdur.

Ribbentroplar

Üçüncü Reyxin xarici işlər naziri Yoxam fon Rubbentropun oğlu Rudolf. 92 yaşlı Rudolf Xarkov uğrunda döyüşlərin iştirakçısı olub. Rudolf rəsm çəkməyi çox sevir və tez-tez hərraclarda iştirak edir.

Ribbentropun oğlu hesab edir ki, onun atası heç də pis adam olmayıb və onun düşüncəsinə görə elə Stalin də Hitlerin bir tayı olub. Rudolf hesab edir ki, atasının 1946-cı ildə “Nürenberq prosesi”nin qərarı ilə asılması ədalətli deyildi.

Rudolf fon Ribbentrop hazırda böyük bir malikanədə yaşayır. Atasından ona şərab zavodları o cümlədən məşhur “Henkel” firması miras qalıb. Hazırda bu firmanı Ribbentropun övladları və nəvələri idarə edirlər.

Hesslər

1940-43-cü illərdə Osvensim konslagerinin komendantı olmuş Rudolf Hess kütləvi qırğın mexanizmini təşkil edən adam idi. Məhz onun sərəncamı ilə minlərlə insan qaz kameralarında qırılmışdı.

Hessin nəvəsi Rayner Hess 2.5 milyon adam qırmış babasının kimliyindən düz 15 il məlumatsız olub. İnternatda böyümüş Hessi ora atası yollayıbmış. Hess orda qəddar bir nəslə mənsub olduğunu ilk dəfə təsadüf nəticəsində bağbandan öyrənir.

Mətbəxdən buterbrod oğurlayan uşaqları yaxalayan bağban heç birinə dəymir, yalnız Hessin nəvəsini döyür. Osvensim konslagerindən keçmiş bağban uşağın kimin nəvəsi olduğunu bilirmiş, ona görə ondan qisas alır. Bundan sonra nəvə Hess hətta intihara cəhd göstərir.

Rayner hazırda mansarda mənzilində 4 uşaqdan ibarət ailəsi ilə yoxsul həyat sürür. Rayner atası ilə heç vaxt ünsiyyətdə olmayıb, çünki atası babasının ölümündən sonra da nasistliyini qoruyub saxlayıbmış. O hələ də insanları arilərə və qeyri-arilərə bölürmüş.

O adi insanlara nifrət edir və onlar üçün işləməkdən imtina edirmiş. Buna görə də ailəsini dolandırmırmış. Rayner atasının varlığından xəbərsizdir: “Əgər o ayağımın altında can verib bir stəkan su istəsəydi belə verməzdim, babamı isə öz əllərimlə boğardım”.

Komendant Hess məhkəmənin qərarı ilə elə Osvensim ərazisində asılmışdı. Nəvəsinin sözlərinə görə o “görkəmli” nəslin nümayəndəsi olduğuna görə, İsveçrənin nəhəng neonasist bankirləri ona təşkilata rəhbərlik etməyi belə təklif ediblərmiş. O isə rədd edib.

Franklar

Hitlerin şəxsi vəkili Hans Frankın 72 yaşlı oğlu Niklas Frank Almaniyanın şimalında üçmərtəbə evdə yaşayır. Deyəsən 1939-cu ildə Polşanın işğal olunandan sonra oranın rəhbəri olaraq 6 milyon insanın qətlində günahkar olmuş insanın oğlu atasına görə xəcalət hiss etmir. O özü ilə nəvələrinin rəngli şəkillərinin arasında boğazında ilgək olan atasının ağ-qara şəklini də gəzdirir.

Polşanın işğalından sonra ailə orada böyük bir qulluqçu ordusu ilə birgə eseslər tərəfindən mühafizə olunan qəsrdə yaşayırmış. Müharibədən sonra özləri ilə Polşada topladıqları sərvəti Almaniyaya gətirə bilirlər. Anası yəhudi gettolarına gedir və onlardan qiymətli xəz dəriləri, incəsənət əsərlərini qızıl-zinət əşyalarını qəsb edirmiş. Niklasın atasının kabinetindən Leonardo Da Vinçinin əsərləri asılıbmış.

Jurnalist Niklas bu var-dövlət haqında gülə-gülə danışır və növbəti dəfə cibindən atasının rəsmini çıxararaq almanları şok edən bir məqalədə yazdıqlarını təkrar edir: “Mən atamın şəklinin üstünə masturbasiya edirəm”.

Niklasın atasına nifrətinin bir səbəbi də onun böyük oğlu Normanı daha çox sevməsi olub. Norman isə məhkəmə prosesindən sonra belə deyib: “Mən nasist qatilinin oğlu olduğuma görə heç vaxt uşaq sahibi ola bilmərəm”. Ölənə qədər də öz sözünün üstündə durub.

Atası hətta Nürenberq prosesi zamanı oğluna dua kitabı yollayıbmış. Kitabın içinə avtoqraf yazan ata orada özünü Polşanın kralı kimi təqdim edibmiş: “Onu görüm cəhənnəmdə yansın. Mən anamın sevgililəri artdıqca sevinirdim” – Niklas belə deyir.

Niklas hazırda adi bir həyat yaşayır. Traktor sürür. Üç nəvəsi bir qızı və arvadı var.

Şiraxlar

Baldur fon Şirax hitleryuqendin (gənclərin hərbiləşdirilmiş nasional-sosialist təşkilatı) ideoloqlarından biri idi. Nürenberq prosesindən sonra o 20 il azadlıqdan məhrum etmə ilə cəzalandırılmışdı. Onun oğlu Rixard deyir ki, babası Henrix Hoffman Hitlerin yaxın dostu və şəxsi fotoqrafı imiş. Hitlerin bütün məşhur şəkillərini o çəkib. Hətta Hitleri Yeva Braunla da o tanış edibmiş.

Atası həbs olunandan bir neçə müddət sonra anası atası ilə boşanmaqla bərabər valideynlik hüququndan da məhrum olur. Beləliklə Baldurun 4 uşağı internatlara səpələnir.

Rixard uzun illər atasının qayıdışını gözləsə də görüş baş tutandan sonra onlar bir-biri ilə dil tapa bilmirlər. Tənha həyat yaşayan Baldur fon Şirax kənddə öləsi olur.

# 3884 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #