Bu qəbilə qanı su yerinə içir - FOTO

Bu qəbilə qanı su yerinə içir - <span style="color:red;">FOTO
25 aprel 2017
# 14:11

XXI əsrdə hələ də texnologiya ilə tanış olmayan insan kütləsinə rast gəlmək çox çətindir. Altı ay inək qanı ilə qidalanan qəbiləyə rast gəlmək isə bundan da çətindir. Bodi qəbiləsinin keçmişdən bu günə qədər davam edən adətləri görənləri heyrətləndirir. Bu qəbilə altı ay inək qanı ilə dolanır.

Kulis.az Bodi qəbiləsinin maraqlı adətlərini təqdim edir.

Bodi qəbiləsi dünyanın ən qəribə qəbilələrindən biridir. Bu qəbiləni digər ibtidai qəbilələrdən ayıran xüsusiyyət altı ay boyunca inək qanı ilə qidalanmalarıdır. Yaxşı, bəs niyə inək qanı?

Efiopiyanın Omo vadisində yaşayan və yarı köçəri həyat yaşayan Bodi qəbiləsi Enqai adlı tanrıya inanır. Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər.

Bodi qəbiləsi köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə bodi qəbiləsi də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar.

Bodi qəbiləsinin nümayəndələri kol-kosdan, ağac budaqları və təzəkdən hazırlanmış evlərdə yaşayırlar. Evlərdəki təkgöz otaqlarda ana, ata və uşaqlar, evin girişində isə inəklər və başqa heyvanlar qalır. Bu qədər yoxsulluğun içində kədərlənmək yerinə xoşbəxt olmağı seçirlər.

Əsasən çılpaq gəzən qəbilə üzvləri digər qəbilələr kimi xaricilərə qarşı soyuq münasibət bəsləmirlər. Əksinə qonaqları evlərində qarşılayırlar. Bəzən turistləri də inək qanına qonaq edirlər.

Bu qəribə qəbilədə gombul olmaq qızıl qaydadır.

Qəbilənin qadınları daha çox evdə qalaraq müxtəlif bəzək əşyaları düzəldirlər. Düzəltdikləri muncuqları, ovçuluq alətləri, müxtəlif heyvanlara aid diş, dırnaq və fil tükündən hazırladıqları bilərzik və başqa zinət əşyalarını bölgəyə gələn turistlərə satırlar. Hətta marketləri belə var.

Kişilərsə ovçuluqla məşğul olurlar. Beləcə dolanışıqlarını çıxarırlar.

Qadınlar keçi dərisindən düzəltdikləri paltarları geyir, kişilər isə sadəcə bellərinə bağladıqları incə parça ilə gəzirlər.

Bodi qəbiləsində yeni il şənlikləri zamanı gənclər arasında “Gombul adam” yarışı keçirilir. Kökəlmənin formulu isə çox sadədir: qan.

Gənclər altı ay boyu fasiləsiz şəkildə qan içir, bununla da çəkiləri ikiqat artır.

Kael adlanan mərasim zamanı isə altı ay boyunca ən çox kökəlmiş şəxs mükafatlandırılır.

Qarğıdalı, qəhvə və kalış (darıyaoxşar dənli bitki) kimi bitkilər becərən qəbilə bu mərasim zamanı çoxlu turist qəbul edir.

Qəbilənin dünyaya tanınmasında fransız fotoqraf Eric Lafforgue-nin müstəsna xidmətləri olub.

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #