Baş tutmayan 17 sui-qəsd, kitabla qazanılan milyonlar-ARAŞDIRMA

Baş tutmayan 17 sui-qəsd, kitabla qazanılan milyonlar-ARAŞDIRMA
20 may 2014
# 14:01

Başının üstündən ötüb keçən mərmilər havada əks-səda doğuraraq göy üzünü parçalayır, sağında-solunda qaçan əsgərlərin gah kəllə sümüyünü, gah baldırını deşib keçirdi. Sıçrayan qan üzünü qırmızı rəngə boyasa da o, durmadan qaçır, qaçır, inadla irəliləyirdi. Səmadan yağış kimi ətrafa səpələnən top mərmiləri, tankların səsindən titrəyən yer, ətrafında yıxılıb qan itirən, can verən əsgərlər, ayağına dolaşan cəsədlər oğlanı heç qorxutmurdu. Bu cəhənnəmin ortasında ilişib qalmaq fikri yox idi, içində teleqram olan dəri çantasını əlləri tərləyənə qədər bərk-bərk sıxmış, gözləri kor, qulaqları kar kimi heç nəyi önəmsəmədən addımlayırdı. Qan, palçıq, bomba dəryasından ifadəsiz gözlərlə ayrılıb teleqramı tapşırılan yerə çatdırdı. Həyatında ilk dəfə özüylə bu qədər fəxr etmişdi... Bu əsgər formasında özünü çox xoşbəxt hiss edirdi, bütün bu mövcudluğun bir hissəsi olmaq, onu tamamlamaq gənci fərəhləndirirdi. Həyatın hər üzünü görüb, çətinliklər içində böyüyüb, problemlərlə güclənmişdi. Çətin keçən illərin ardından o, dünyanın başına ən böyük "oyunu" açdı. Oyunun adı İkinci Dünya Müharibəsi, gəncin adı isə Adolf idi...

***

“Bizi Hitler kimi şəxsiyyəti obyektiv şəkildə, qəzəb və qərəz duymadan nəzərdən keçirməyə yalnız elmi vicdan yox, eyni zamanda, tarixdən ibrət götürmək istəyi vadar edir. Hitlerin portretini insanlıq cizgilərindən məhrum edərək, təhrifə yol verməklə bağlı istənilən cəhd gələcəkdə hakimiyyət səriştəsi olan insanlardakı potensialı görməyimizə mane ola bilər”.

Erix Fromm

Adolf Hitlerin əsli ilə bağlı qaranlıq və mübahisəli məqamların olduğunu bəziləri onun siyasi fəal kimi ictimaiyyət qarşısına çıxdığı və hər bir almandan şəcərəsi haqqında məlumat vermək tələb olunan vaxtdan iddia edirdi. 30 yanvar 1933-cü ildə Hitlerin hakimiyyəti əlinə alaraq onu sistemli şəkildə möhkəmləndirdiyi bir vaxtda Almaniya Reyxində onun əslini açıq şəkildə müzakirə edənlərin səsi batırılmalı idi. Fəqət, yenə də gizli şəkildə Hitlerin yəhudi kökləri haqqında nağıllar, şayiələr yayılırdı. Məsələn, Konrad Haydenin qeyd etdiyinə görə, "Daily mirror" qəzeti tərəfindən 14 oktyabr 1933-cü ildə dərc edilmiş məqalə və üzərində yəhudi əlifbası ilə “Adolf Hitler” yazılmış məzarüstü abidə şəkli 1933-cü ildə əldən-ələ gəzirdi. Uydurmaya meylli jurnalistlər Buxarestdəki yəhudi qəbiristanlığının 18-ci sahəsində, üzərində bu cür yazı olan məzar olduğunu öyrənən kimi, orada dəfn olunmuş şəxsi Fürer və Dövlət Kansleri Adolf Hitlerin babası elan etdilər. Amerikanın yəhudi jurnalı "Forvard" və Polşanın yəhudi qəzeti "Xaint" "Daily mirror" qəzetinin bu məlumatından bərk-bərk yapışaraq bildirdi ki, bu məzar Almaniyanın ən antisemit Kanslerinin məzarı olacaq. Həmin məzarda yatan yəhudinin Buxarestdən olması, 1892-ci ildə ölüb Filantropiya yəhudi cəmiyyəti hesabına dəfn olunması, adının Avraam Eylien olması, Adolf Hitlerin atası Alois Hitlerdən cəmi beş yaş böyük olması heç kimin vecinə deyildi. Bu adamın Hitlerin babası olma ehtimalının sıfıra bərabər olması faktları nə bu sensasiyanı yaradanlara, nə də ona inanan və inanmaq istəyən insanlara maneçilik törətdi.

Frankın Nürnberq prosesləri dövründə etdiyi uydurma "etiraflara" əsasən Hitler yəhudi idi. Onun yazdığına görə Hitlerin atası Lins yaxınlığında yerləşən Leondinqdən olan Şiklqruber soyadlı aşpaz qadının nikahdankənar doğulmuş oğlu imiş. Nikahdankənar doğulmuş uşaqların analarının soyadını daşımalı olduğunu bildirən qanuna əsasən, Adolfun atası on dörd yaşına qədər Şiklqruber soyadı ilə yaşayıb. Anası, yəni Hitlerin nənəsi ailə həyatı qurduqdan sonra Alois artıq Hitler soyadını götürüb, yəni Hitlerin atası Alois nikahdan sonra ailənin qanuni övladı hesab olunub və atasının soyadını götürüb. Frank Hitlerin nənəsinin yəhudi ailəsində - Frankenbergerlərin evində işlədiyinə görə qeyri-qanuni uşağın - Adolf Hitlerin atasının məhz bu yəhudidən olduğunu iddia edirdi. Frankın bu iddiaları üzərində bütöv bir bioqraflar nəsli baş sındırmış, amma bunu isbat edəcək bir dəlil tapa bilməmişdi. Sonda məlum oldu ki, bütün bu iddialar ümumi xarakter daşıyır və reallığa uyğun deyil.

***

Hitlerin I dərəcəli dəmir xaçla mükafatlandırılması ilə bağlı şayiə və miflərin yaradıcıları əsasən rotanın feldfebeli Georq Şnell və gizir Hans Mend idi. Məsələn, Şnell bildirmişdi: "Hitler dəmir xaçı layiq olmadan almışdı. Rota tərəfindən Hitlerin mükafatlandırılması ilə bağlı təqdimat hazırlanmamışdı, rota komandiri Rudolf Hess onu layiq olmadığı təqdirdə I dərəcəli dəmir xaçla təltif etmişdi, heç bir döyüş təcrübəsi olmayan bir əsgəri bu cür ordenlə təltif etmək alçaq fırıldaqçılıq idi."

Mendin təkcə axırıncı ifadəsi sübut edir ki, o məsələnin təfərrüatlarından xəbərsiz idi. Hitler I dərəcəli dəmir xaçı dörd il cəbhədə döyüşdükdən və təxminən otuz döyüşdə iştirak etdikdən sonra almışdı. Onun haqqında heç cür "döyüş təcrübəsi olmayan əsgər" demək olmaz. Şnellin söylədikləri faktlarda öz əksini tapmır və Rudolf Hessin də o zaman List adına polkda rota komandiri olması faktı da sənədlərdə öz əksini tapmır. Şnell və Mendin Hitlerin hakimiyyətə gəlməsindən sonra da gizli şəkildə yayılan və dostlarının, tanışlarının sözlərinə görə 20 iyul, 1944-cü il hadisələrində əhəmiyyətli rol oynayan mülahizələri böyük siyasi məqsədlərə qulluq edirdi. Təbliğatın Birinci Dünya müharibəsinin cəsur əsgəri, İkinci Dünya müharibəsinin isə dahi sərkərdəsi kimi tanınan Hitleri xalq qarşısında gülünc vəziyyətə salmaq və hərbi çevrələrdə ona inamsızlıq yaratmaq lazım idi.

Əslində isə 1922-ci ilin yazında, Hitlerin xüsusi olaraq mədh edilməsinə ehtiyac olmayan bir vaxtda podpolkovnik fon Lüneşlos 16-cı ehtiyat piyada polkunun keçmiş komandiri general-mayor Fridrix Pets, polkovnik Spatni, Maks-Yozef Ritter, podpolkovnik qraf Anton fon Tubef yekdilliklə polkun keçmiş kuryeri və mopedçisi Adolf Hitleri enerjili, fədakar, soyuqqanlı və qorxusuz insan kimi xarakterizə edirlər.

Lüneşloş bildirirdi: "Hitler başqalarının öhdəsindən gəlmədiyi işləri yerinə yetirməkdə usta idi."

Pets isə belə demişdi: "Hitler... Olduqca böyük zəka, fiziki çeviklik, güc və dözümlülük nümayiş etdirirdi. Mürəkkəb vəziyyətlərdə və savaşda təhlükənin üstünə getməyə təşviq edən enerjisi və cəsarəti onu başqalarından fərqləndirirdi".

Hitleri 1918-ci ildə ona I dərəcəli dəmir xaç təqdim etmiş Tubef də bu cür xarakterizə edirdi: "O, xidmət zamanı yorulmaq bilmirdi və hər zaman kömək göstərməyə hazır idi. Elə bir vəziyyət yox idi ki, Hitler başqalarını xilas etmək və Vətənin mənafeyini qorumaq üçün həyatı ilə risk etməyə hazır olduğunu nümayiş etdirərək könüllü şəkildə ən çətin və təhküləli işə girişməsin. Sırf insani baxımdan o, əsgərlər arasında mənə ən yaxın olan insan idi və şəxsi söhbətlərimiz zamanı həmişə Vətəninə qarşı duyduğu sonsuz sevgiyə, təmizliyinə və dürüstlüyünə heyran olurdum".

***

Birinci Dünya Müharibəsində qazanılan qələbə qaliblərə baha başa gələcəkdi…

Hitlerin Münhen küçələrində müharibə çığırtıları içində qaynayıb-qarışan kütlənin içində çəkilmiş fotosunu çoxları görüb yəqin. Heinrix Hoffmana aid olan bu fotoda "Müharibə! Müharibə!" deyə qışqıran gələcəyin Fürerinin simasında izah olunmaz bir xoşbəxtlik ifadəsi aydın sezilir. Xoşbəxt idi, savaşın bir parçası olmaq istəyirdi, içində coşğu vulkanı püskürdürdü. Piyada olaraq orduya yazıldı. Savaşa gedərkən geyindiyi xüsusi uniformada hiss etdiklərini sonralar "Maein Kampf"da "Dünya üzərindəki varlığımın ən unudulmaz anları" cümləsiylə ifadə edəcəkdi. Birinci dünya müharibəsi zamanı çox ağır çarpışmalar gördü Hitler. Hətta yaralandı da. Göstərdiyi çalışqanlığın və cəsarətin bəhrəsi olaraq iki dəfə Dəmir Xaç ordeni ilə mükafatlandırıldı. Həyatındakı ilk təqdirini hərbçi uniforması geyərkən aldı. Savaş bitsə də o bu formanı çıxarmayacaqdı. İngilis, fransız və amerikanların almanların biləyini bükməsi ilə müharibə sona çatdı. Parisdə imzalanan Versal müqaviləsi Almaniyanı koloniyalarından, Avropadakı torpaqlarından, ordusundan, qürurundan məhrum etdi. Ordunun sayının məhdudlaşdırılması, güclərinin azaldılması Hitlerin nəfəs almağının çətinləşdirilməyi demək idi. Ordu, güc, silahlar, müharibə onun ürəyi idi, durmadan döyünməliydilər. Bu onlara baha başa gələcəkdi.

Alman xalqı sual içindəydi – görəsən dediklərini edə bilər? Görəsən Almaniyanın əyninə dəli köynəyi kimi geyindirilmiş Versal müqaviləsini çıxartmaq olar? İtirəcək nələri var idi? Elə isə inanıb yoxlamaqdan nə ziyan gələrdi?

O günlərdə həm Hindenburq, həm də alman elitası Hitleri təhlükəsiz siyasi bir kloun hesab edirdi. Bilmədikləri isə, gözardı edilməkdən nifrət edən bu adamın, artıq çarəsiz küçələrin səsinə çevrildiyi idi. Yəhudilər zəlil etdikləri Almaniyanın hesabını verəcəklərdi – cəsəd-cəsəd...

Avstriyadan sonra Çexoslovakiya, Sudentenland... Qərb sakit durub Hitlerin “baxın a, əsəblərimlə oynamayın müharibə edərəm” mesajını susqunluqla qarşılayır, sakitləşməsini gözləyirdi. Xəbərləri yox idi ki, Hitlerə balıq vermir, balıq tutmağı öyrədirlər. Polşa, Danimarka, Norveç, Hollandiya, Belçika, Lüksemburqu da alman ildırımı vurandan sonra almanlar əsl tikəni – Fransanı uddu. Fransızlar hələ nə baş verdiyini anlamamış Hitler onları Compiegne-də birinci dünya müharibəsindən sonra almanlarla sülh müqaviləsi bağlanan eyni məkanda, eyni qatarda və eyni vaqonda alçaldıb atəşkəs müqaviləsi bağladı. Bundan sonra isə Eyfel qülləsinin önündə öz məşhur fotosunu çəkdirdi. Paris hələ belə təkrarolunmaz turist görməmişdi.

***

“Mein Kampf”la milyoner olmuşdu...

Bəşəriyyəti ikinci dəfə dünya müharibəsinə sürükləyən ideologiyanın müqəddəs kitabı olaraq tanınan “Mein Kampf” Hitleri milyonerə çevirmişdi. İlk dəfə 1930-cu ildə 54 min tirajla çap edilən bu kitab 1933-cü ildə 854 min çap olundu. Kitab Hitlerə 1933-cü ildə 1 milyon 250 min mark qazandırdı 1944-cü ildə isə bu rəqəm 5,5 milyon marka çatmışdı. Kitab hazırda da dünyanın ən çox satılan kitabları sırasına daxildir.

***

Sui-qəsddən qurtulma rekordu. İlahi möcüzə, yoxsa təsadüf?

Hitler, demokratiyanı boğmaqla təkcə hökumətə deyil, dövlətə, bilavasitə orduya da əl qoydu. Ordu hər zaman nasional sosialistlərdən bir addım kənar gəzməyə çalışırdı. Alman zabitləri bir tərəfdən Hitlerin əmrlərini yerinə yetirərir, digər tərəfdən də baş çavuşluqdan başqa heç bir hərbi təcrübəsi olmayan "baş komandirlər”ini aradan qaldırmaq qərarından da dönmədilər. Ən ciddisi Kont Claus Graf Schenk von Stauffenberginki olmaqla, Nasist lider, təkcə öz əsgərləri tərəfindən həyata keçirilən 17 sui-qəsddən canlı qurtulmağı bacarmışdı.

1944-cü il iyulun 20-də Hitlerə qəsd edildi. Yeva bundan xəbər tutanda ağlını itirdi. Qərargaha zəng vurub nəhayət, Hitlerin səsini eşidənəcən o dünyanı görüb gəldi. Hitler Yevanı sakitləşdirdi və dedi ki, hər şey yaxşıdır. Dəstəkdə Yevanın həyəcanlı səsi eşidildi: “Allah səni hifz eləsin, səni sevirəm.” O, şadlığından atılıb-düşür, əl-qol açıb oynayır və ağlayırdı. Bir neçə gündən sonra isə Hitler ona qəsd zamanı cırılıb dağılmış kitelini yolladı; - “Əzizim, mənim bütün işlərim qaydasındadır, sadəcə olaraq yorulmuşam. Ümidvaram ki, tezliklə evə qayıdıb sənin ağuşunda dincələcəyəm. Mənə istirahət lazımdır, lakin alman xalqı qarşısında borcum hər şeydən üstündür... O fəlakətli gündə əynimdə olan pencəyi və şalvarı sənə göndərirəm. Həmin paltarlar dəlil ola bilər ki, ilahi qüvvə məni mühafizə edir və bundan sonra düşmənlərimizdən heç bir qorxumuz yoxdur”.

***

“Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır...”

Adolf Hitler

"Mən çıxacağam, müharibə qurtaran kimi istefaya çıxacağam, rəngkarlıqla məşğul olacağam, memuarlar yazacağam. Yeva ilə evlənib özümüzə Lintsdə ev alacağam. And içirəm ki, hərbi formanı əynimdən çıxaracağam, bütün vəzifələrdən çıxacağam, adicə adam olacağam. Amma vəzifədən getməmişdən öncə əmr verəcəyəm ki, Avropada satılan hər siqaret qutusunun üstündə iri hərflərlə bu sözlər yazılsın: - Tütün zəhərdir! Tütün çəkmək xərçəngə səbəb olur!"

***

6 milyon yəhudi hanı?

Müharibədən sonra, Nürnberq prosesində Hitlerin “ayağına yazılan ” yəhudi sayı 6 milyon idi. İllər keçdikcə bu rəqəm artmağa 7-ə, 8-ə hətta bəzi mənbələrdə 12 milyona gəlib çatdı. Basdırıldığı, yandırıldığı iddia edilən o yəhudilərin nə cəsədlərindən, nə siyahısından, nə də şəxsiyyətindən heç kim heç nə danışmadı. Nə qədər axtarılsa da ölüm hökmlərinin, soyqırımı əmrlərinin heç birində Üçüncü Reyxin Fürerinin imzasına rast gəlinmədi. Əvəzində isə Nürnberq prosesindən sonra ömürlük həbs olunmuş, 92 yaşında özünü həbsxananın həyətində elektrik naqilindən asaraq intihar edən Rudolf Hessin memuarında bu sözlər tapıldı: “Bizi, (Nürnberq məhkəməsində ittiham olunan ali rütbəliləri) soyadımızı daşıyan hər kəsi öldürməklə hədələyərək imzalatdırdıqları(Nürnberq prosesinin aparıcı dövlətləri) vərəqlərə görə Alman xalqı bizi bağışlamayacaq!”

# 5998 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #