Nazim Hikmətə ölümündən bir il sonra gələn məktub

Nazim Hikmətə ölümündən bir il sonra gələn məktub
15 yanvar 2016
# 16:02

İl 1964. Moskva. Nazim Hikmətin ölümündən 1 il keçir. Dostları bu münasibətlə şairin Moskvadakı evində onu anmaq üçün yığışırlar. Dostlar Nazim haqda olan xatirələrini bölüşür, şeirlərini oxuyurlar.

Bu dəm qapı döyülür. Qapını açmağa gedən adam əlində bir zərflə qayıdır. Zərfi açanda onun içindən rəngli kağızlardan düzəldilmiş və ipək sapa düzülmüş 10-a yaxın durna ülgüsü (maket-red.), bir məktub və Nazimin "Kiz çocuğu" şeiri çıxır.

Zərfi göndərən kim olsa yaxşıdır? Tokiodakı "Min durna" təşkilatının üzvləri olan balacalar.

Min durna təşkilatı 1945-ci ildə Xirosimaya atılan atom bombasının qurbanı olan Sadako adlı qızın xatirəsi üçün yaradılmışdı. Atom bombası atılan zaman 2 yaşlı Sadako episentrdən 2.5 km uzaqlıqda olur və görünən heç bir travma almır.

Sadakonun aldığı şüa dozası özünü düz 10 il sonra büruzə verir. Artıq 12 yaşı olan balaca sinifdə sürətli qaçması ilə yaşıdlarından fərqlənir. Müəllimlərinin məsləhəti ilə idman yarışlarına qatılmaq üçün məşqlərə başlayır.

Və bir gün...

Məktəbin həyətində qaçan zaman qızcığaz başgicəllənmə hiss edir və növbəti gün bu daha da şiddəti olur. O dərəcədə ki, Sadako huşunu itirib yerə yıxılır. Onu xəstəxanaya aparırlar. Uzun müayinələrdən sonra qoyulan diaqnoz hamını sarsıdır: Leykemiya.

Sadako uzunmüddətli müalicə almaq üçün stasionara yatırdılır. Bir neçə gün sonra Xizuko adlı yaxın dostu Sadakonu ziyarətə gələrkən özü ilə rəngli oriqami kağızları gətirir və dostuna kağızları qatlamaqla durna ülgüsü düzəltməyi öyrədir. Və deyir: “Əgər sən bunlardan 1000 ədəd düzəltsən yenidən sağlam olacaqsan.”

Sadako tam motivasiya ilə bu işə girişir, hətta bir müddət onun ümumi vəziyyəti yaxşılaşır, amma bunlar hamısı müvəqqətidir. 644-cü ülgünü qatlayıb bitirdikdən sonra 25 oktyabr 1955-ci ildə Sadako gözlərini əbədi yumur. Dostları isə ülgülərin sayını 1000-ə çatdırıb onunla birgə basdırırlar.

Elə həmin il yaponiyalı məktəblilər Sadakonun xatirəsini əbədiləşdirmək üçün 1000 Durna təşkilatı yaradırlar və Xirosimanın mərkəzində abidə ucaldırlar.

O illərdə Nazim Hikmət də Sadakoya “Qız çocuğu” şerini həsr edir.

Və bu şer o zaman Yaponiyada çox sevilir.

İndi gələk məktuba. Uşaqların məktubundan məlum olur ki, onlar şairin ölümü haqda məlumatlıdırlar, amma müraciətlərini şair sanki sağmış kimi yazırlar.

Məktubu oxuyarkən şairin uşaqlar tərəfindən nə qədər sevildiyini görməmək mümkün deyil, onlar şairin ölümünü özlərinin ən böyük dəstəkçilərinin itkisi kimi qəbul edirlər.

Ən böyük arzuları isə o olur ki, şair bir daha belə şer yazmaq məcburiyyətində qalmasın.

Bu gün o böyük insanın doğum günüdür. Nazimsiz poeziya aləmi yəqin ki, çox kasıb olardı.

Doğum günün mübarək, şair!

Dilqəm Şabanlı

# 1524 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #