“Alaca” toxuculuq kollektivinin VI sərgisi açıldı

“Alaca”  toxuculuq kollektivinin VI sərgisi açıldı
11 mart 2026
# 12:00

Azərbaycan Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Memar Sinan İncəsənət Universiteti, İstanbul Xalça İxracatçıları Birliyi (İHİB), Yunus Əmrə İnstitutu və “Alaca” toxuculuq kollektivinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, “Alaca” toxuculuq kollektivinin təsisçisi və Memar Sinan İncəsənət Universitetində ənənəvi türk sənəti ixtisası müəllimi, doktor Esen Baydemir çıxış edərək Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayaraq toxuculuq sənətinin ortaq irs kimi qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin belə layihələrin ənənəvi sənətlərin müasir incəsənət mühitində yeni ifadə imkanları qazanmasına töhfə verdiyini bildiriblər.

Tədbirin bədii hissəsində “Səma” rəqs ansamblı Azərbaycan və Türkiyə milli rəqslərini ifa edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

“Alaca” sərgisi toxuculuq sənətini yalnız maddi mədəni irs nümunəsi kimi deyil, eyni zamanda vizual düşüncə və kollektiv yaddaş forması kimi təqdim edir. Sərgidə 23 rəssamın müxtəlif mövzu və texnikalarda yaratdığı 38 əsər nümayiş olunur. Bu əsərləri birləşdirən əsas ideya toxuculuğun yaddaş daşıyıcısı kimi dərk edilməsidir. Müəlliflərin Azərbaycan mədəni irsinə, xüsusilə milli ornamentlərinə və zəngin rəng koloritinə müraciəti yeni vizual ifadə formalarının yaranmasına zəmin yaradıb. Bu yanaşma sərgini yalnız estetik təqdimat deyil, həm də müxtəlif coğrafiyaları və mədəni mühitləri birləşdirən ortaq toxuculuq irsi üzərindən qurulan ünsiyyət platformasına çevirir.

“Alaca” layihəsi toxuculuğa statik irs nümunəsi kimi yanaşmadan uzaqlaşaraq onu yaşayan, daim yenilənən və fərqli mədəniyyətləri bir araya gətirən dinamik bədii dil kimi dərk etməyə çağırır.

Sərginin Azərbaycan Milli Xalça Muzeyində təqdim olunması məkanın tarixi-mədəni kontekstini layihənin ideyası ilə üzvi şəkildə əlaqələndirir. Bu layihədə muzey yalnız ekspozisiya sahəsi kimi deyil, ənənə ilə müasirlik arasında dialoqun fəal iştirakçısı kimi çıxış edir.

“Alaca” toxuculuq kollektivi 2022-ci ildə ənənəvi toxuculuq sənətini müasir bədii axtarışlarla sintez edərək onu yeni baxış bucağından təqdim etmək məqsədilə təsis olunub. “Alaca” anlayışı müxtəlif rənglərin öz fərdiliyini qoruyaraq vahid kompozisiyada harmonik bütövlük yaratmasını ifadə edir.

Sərgi martın 15-dək davam edəcək.

# 817 dəfə oxunub

Oxşar xəbərlər

Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

18:37 8 iyul 2026
Şuşadakı abidələrin korlanması qadağan edildi

Şuşadakı abidələrin korlanması qadağan edildi

15:57 8 iyul 2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edildi

15:54 8 iyul 2026
Qan içində boğulan dini müharibələr -

Qan içində boğulan dini müharibələr -

15:03 8 iyul 2026
Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

15:00 8 iyul 2026
Bu təmsillər uşaqlar üçün deyilmiş... - Onun əsərləri niyə "təhlükəli" idi?

Bu təmsillər uşaqlar üçün deyilmiş... - Onun əsərləri niyə "təhlükəli" idi?

14:56 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər