Qaranlıqda oxunan, ölçüsü dəyişən kitablar

Qaranlıqda oxunan, ölçüsü dəyişən kitablar
30 iyul 2014
# 07:30

Çoxumuz kitabları, onların qoxusunu uşaqlığımızdan sevirik. Elə sevirik ki, otaqlarımızı rəflərlə, rəfləri kitablarla doldurduq. Bir gün rəflərdə yer qalmadı, masanın, yatağın üstünə, mətbəxə, bəzən hamama kitab qoyası olduq... Amma bir kitabı əlimizə alıb oxumaqdan, sətirlərin altını cızlamaqdan aldığımız ləzzət, həyatımızda elektron kitablara yer verməyimizə əngəl ola bilməz. Kulis.az elektron kitab oxumağın 7 üstünlüyünü təqdim edir.

1. Çünki biz qladiator deyilik

Dostoyevsikinin "Karamazov qardaşları", yaxud Murakaminin "1Q84" kimi irihəcmli romanları oxuduğunuzu təsəvvür edin. Bəlkə də noutbukunuzdan da ağır olan bu kitabları yanınızda necə daşıyacaqsınız? Yaxud yerinizdə uzanıb oxuyarkən qollarınızın ağrısına nə qədər dözəcəksiniz?

2. Hansı kitabı oxuduğunuzu heç kim bilməyəcək

Şəxsi inkişafa aid, yaxud "Ərə getməyin 100 qaydası" haqqında kitab oxuya bilərsiniz. Amma soruşan olsa, Tolstoyun "Hərb və sülh"ünü oxuduğunuzu deyə bilərsiniz. Yaxud əlinizdə klassik bir kitabı görüb bunun haqda nə düşündüyünüzü soruşanlar da olmayacaq.

3. Kitabınızı qaranlıqda da oxuya bilərsiniz

Əlinizdə lampa, fənər götürmədən qaranlıqda da kitab oxuya bilərsiniz. Çünki elektron kitab cihazlarının öz işıqları olur. Həmçinin işığın səviyyəsini dəyişə bilərsiniz, yanınızdakını oyandırmadan kitabınızı ləzzətlə oxuya bilərsiniz.

4. Dərhal kitab ala bilərsiniz

Kitab mağazasına gedib kitab rəflərinin arasında gəzişməyin ləzzəti ayrıdır, bəli. Amma bəzən mağazaya getməyə vaxtınız olmaz. Elektron kitab oxuyursunuzsa, axtardığınız kitabı dərhal internetdən alıb yükləyə bilərsiniz.

5. Gəzməyə daha yüngül bir çanta ilə çıxın

Gəzməyə böyük bir çanta ilə gedirsiniz və bunda kitabların da payı var. Çünki istirahətin uzunluğuna, təyyarədə keçiriləcək vaxta və kitabların qalınlığına görə yanınızda bəzən dörd, bəzən yeddi, hətta bəzən daha çox sayda kitab almağınız vacibdir. Bu kitabları çantanızda aparmaqdansa, elektron kitab oxuducusunda aparmaq daha rahat və praktikdir.

6. Yazının ölçüsünü dəyişmək imkanı

Bəzi kitablar çox balaca hərflərlə çap olunur. Belə kitabları oxumaq çətinlik yaradır. Təbii ki, klassik kitabda ölçünü sonradan dəyişmək mümkün deyil, amma elektron kitabda bunu edə bilərsiniz.

7. Köçmək artıq çox rahatdır

Evinizi dəyişəndə "bu kitabları necə aparacam?" deyə dərdə düşməyəcəksiniz. Bir balaca cihazı çantaya atmaq bəs edəcək.

# 3880 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər