Amerika prezidentini yəhudilər öldürdü?

Amerika prezidentini yəhudilər öldürdü?
12 mart 2014
# 14:49

«Bizim aramızda ümumi olan hamımızın bu planetdə yaşamağımızdır. Biz hamımız eyni hava ilə nəfəs alırıq. Uşaqlarımızın gələcəyi naminə yaşayırıq. Və biz hamımız faniyik»

«Mən illüziyası olmayan idealistəm. Əgər azad cəmiyyət böyük əksəriyyət olan yoxsullara kömək edə bilməsə, demək ki, azlıqda olan varlıları xilas edə bilməyəcək»

Con Fiscerald Kennedi. ABŞ-ın 35-ci prezidenti

1963-cü il, 22 noyabr, saat 11.40

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Dallas hava limanına enir. Təyyarədən Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Fiscerald Kennedi və xanımı Jaklin Kennedi enir. Onlardan təqribən 5 dəqiqə öncə isə vitse-prezident, əslən texaslı olan Lindon Conson ABŞ HHQ-sinin başqa bir təyyarəsində Dalllas Hava Limanına enmişdi.

Texas vaxtı ilə saat 11.50

Prezident korteji aerodromdan yola düşür. Birinci maşının arxa oturacağında Kennedi və xanımı oturub. Ön oturacaqda isə mühafizəçi yerləşib. Arxada, maşının açılma oturacaqlarında isə Texas ştatının qubernatoru və xanımı əyləşib. İkinci maşında mühafizəçilər gedir. Üçüncü maşında isə vitse-prezident gedir…

Saat 12.30

Prezident korteji asta sürətlə Elm-strit küçəsinə dönür. Bir saniyə sonra küt atəş səsləri eşidilir. Kennedinin başı irəli və geri hərəkət edir. Prezidentin başından qan fışqırır və ərinin yanında oturan xanım Kennedi: «Oy, yox, yox», qışqırır.

Daha bir güllə ilə isə Texasın qubernatoru Konneli ağır yaralanır.

Saat 12.47. Prezidenti hospitala çatdırırlar.

Saat 13.11. Prezidentin başı üzərində katolik keşişi dualar oxuyur.

Saat 13.21. Prezidentin ölümü barədə şayiələr dolaşır.

Saat 13.34. ABŞ-ın 35-ci prezidenti Con Fiscerald Kennedinin ürəyi dayanır.

Saat 13.36. Ağ Ev prezidentin ölümünü rəsmən təsdiq edir.

Saat 13.41. Vitse-prezident Conson hərbi təyyarədə and içir və avtomatik ABŞ prezidenti olur.

Saat 15.41. Kennedinin cənazəsi Vaşinqtona yola salınır.

Saat 17.53. Kennedinin cənazəsi Ağ Evə gətirilir.

Saat 18.23. Harvi Osvalda rəsmi olaraq prezidenti öldürməsi ilə bağlı ittiham irəli sürülür…

Sirli sui-qəsdin müəmaları

Rəsmi istintaqın rəyinə görə Kennediyə atəş açdıqdan sonra Osvald tüfəngi yeşiklərin arasında gizlədib arxa pilləkənlə binanı tərk edib. Sui-qəsddən dəqiqə yarım sonra o, ikinci mərtəbədə yeməkxanadan keçərkən polislə rastlaşır. Lakin Osvaldı polislə birlikdə olan şefi qurtarır. Roy Trulli Osvaldın onun əməkdaşı olduğunu təsdiq edir və polis Osvaldı buraxır. Təqribən yarım saatdan sonra məlum olur ki, binanı tərk edən yeganə əməkdaş Harvi Osvald olub.

Saat 12.40-da Osvald avtobusa oturur. Bir neçə kvartaldan sonra o avtobusdan düşüb taksiyə minir və evinə gəlir. Bir neçə dəqiqədən sonra pencəyini geyinib evdən yenidən çıxır və avtobusa minir.

Saat 13.11-də Osvaldı patrul polisi saxlayır. Bir dəqiqəlik söhbətdən sonra Osvald patrul Tippiti 4 güllə ilə yerindəcə öldürür. Hadisə yerində tapılan gilizlər Osvaldın tapançasından çıxsa da, Tippitinin bədənindən çıxarılan güllələr Osvaldın tapançasına aid olmur və bu sui-qəsdin birinci müəmması olur.

Polisi öldürdükdən sonra Osvald teatrda gizlənməyə çalışır. Polis teatrı mühasirəyə aldıqdan sonra Osvald təslim olub bayıra çıxır. O, «Qurtardı, bu da son», deyərək polis zabitini yumruqla vurur. Onu tərksilah edib polis idarəsinə aparırlar və prezidenti, həmçinin polis əməkdaşını öldürməkdə ittiham edirlər. Polis idarəsində Osvald jurnalistlərə: «Mən heç kimə atəş açmamışam. Məni ona görə həbs ediblər ki, Sovet İttifaqında yaşamışam. Mən kimlərinsə qurbanlıq keçisiyəm», deyə bağırır.

Osvaldı iki gün ərzində bir neçə dəfə sorğuya çəkirlər. O Kennedini və Tippiti öldürdüyünü inkar edir. Qatil ümumiyyətlə suallara cavab verməkdən imtina edir və sübutları saxta elan edir. Ona təqdim olunan vəkildən imtina edən Osvald onun maraqlarını ABŞ-ın Kommunist Partiyasının hüquqşünası Con Abtın müdafiə etməsini tələb edir. O qardaşının yerli vəkillərin xidmətindən istifadə etmək xahişini də rədd edir. Vəkil Abt isə bazar günü istirahət etdiyi üçün onunla əlaqə yaratmaq mümkün olmur. ABŞ prezidentinin qatilinin iki gün müddətində Texas Polis Departamentində saxlanılması sui-qəsdin ikinci müəmması olur.

Bazar günü Saat 11.21. Osvald polis departamentindən Dallas həbsxanasına aparılır. Osvaldın həbsxanaya köçürülməsini bütün ölkə canlı olaraq seyr edir. Polis təhlükəsizlik tədbiri üçün Osvaldı Polis Departamentinin zirzəmisindən gülləkeçirməyən avtomobildə həbsxanaya aparmağı planlaşdırıb. Yeraltı qarajda ancaq jurnalistlər Osvaldın maşına doğru irəliləməsini çəkirlər. Birdən Dallasdakı gecə klublarından birinin sahibi olan Cek Rubi milyonlarla seyrçinin gözü qarşısında media nümayəndələrinin içindən çıxaraq Osvalda atəş açır. Güllə prezidentin qatilinin qarnından dəyir və Osvald təqribən saat yarım sonra, saat 13.07-də iki gün əvvəl prezident Kennedinin can verdiyi xəstəxanada ölür. Bu sui-qəsdin üçüncü müəmması olur.

Rubi Cekin Polis Departamentinin zirzəmisinə necə yol tapması hələ də sirr olaraq qalır. Bu sui-qəsdin dördüncü müəmmasıdır.

Rubi Cek Texasın tanınmış qanqsterlərindən idi və onun Osvaldı bu şəkildə öldürmək istəməsi təbii qəbul olunmalıydı. İstintaq zamanı Rubi Osvaldı Texasın üzərindən ləkəni götürmək üçün öldürdüyünü bildirir. Məhkəmə Cek Rubiyə ölüm cəzası kəsir və qanqster bir neçə il sonra xərçəng xəstəliyindən həbsxanada vəfat edir. Rubinin xərçəng xəstəsi olması sui-qəsd ətrafında yeni dedi-qoduların yaranmasına səbəb olur. Çünki onsuz da ölümə məhkum olan bir şəxsin Osvaldı öldürməsi müəyyən şübhələrə yol açır. Lakin istintaq hələ də Rubinin Kennediyə qarşı sui-qəsdin bir parçası olması barədə ortaya heç bir sübut qoymayıb.

Kennedinin qatili kimdir?

Hələ də rəsmi olaraq Kennedinin qatili Li Harvi Osvald hesab olunsa da, hadisənin şahidləri iddia edirlər ki, prezidentə iki istiqamətdən atəş açılıb. Uorrnerin komissiyasının rədd etməsinə baxmayaraq Kennedinin öldürülməsi ilə bağlı ilə irəli sürülən teoriyaların əksəriyyəti prezidentə iki istiqamətdən atəş açılması üzərində qurulub. Çünki faktiki olaraq Osvaldın 8 saniyə ərzində 3 dəqiq atəş açması və hərəkət edən avtomobildə iki adamı ağır yaralaması imkansız kimi görünür. Şahidlərin ifadələrində də atəşin məhz iki istiqamətdən, kitab anbarından və qarşıdakı təpədən açıldığı göstərilir. İstintaqa verilən ifadələrdə şahidlərin 49 nəfəri atəşin kitab anbarından açıldığını, 21 nəfəri kitab anbarı ilə üzbəüz olan təpədən, 4 nəfəri isə həm kitab anbarından, həm də təpədən atəş açıldığını göstərmişdilər.

Texasın qubernatoru Con Konnalli istintaqa verdiyi ifadəsində bildirmişdi ki, o ikinci atəşlə yaralanıb, birinci güllə isə Kennedinin kürəyinə saplanmışdı.

Osvaldın öz başına hərəkət etməsi və ABŞ prezidentini bu qədər asanlıqla öldürə bilməsi uzun illərdir dünya ictimaiyyətində ciddi suallar doğurur. Amma nə Kennedinin ölümü ilə bağlı təşkil olunan dövlət komissiyası, nə də bir çox araşdırmaçıların apardıqları araşdırmalar bu suallara cavab verə bilməyib. Əksinə ABŞ-ın Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərlik etdiyi komissiyanın bir çox sualların yanından keçməsi və bir çox müəmmalı məsələlərə aydınlıq gətirməkdən qaçması Kennedinin ölümündə hansısa fövqəl-güclərin iştirakı haqqında fərziyyələri daha gücləndirdi.

Kennedinin hansı güclər tərəfindən öldürülməsi hələ də dünya ictimaiyyəti üçün ciddi maraq doğurur. “Onun əsl qatili kimdir?” sualına isə bu günə qədər cavab tapılmayıb. Kennedinin ölümünü araşdıran Fillip Şenon 1988-ci ildə «Nyu York Tayms»da dərc etdiyi məqaləsində yazırdı: «Bir çox araşdırmaçılar üçün 22 noyabr 1963-cü ildə baş verənlər barədə bir şey aydındı: Onlar heç bir vaxt nəyin və necə baş verdiyini öyrənə bilməyəcəklər».

ABŞ prezidentini öldürən sərgərdan

ABŞ prezidentini heç bir çətinlik çəkmədən öldürən Harvi Osvald həyatı baş tutmayan sərgərdan bir səfildi. Dəniz Donsanmasından tərxis olunduqdan sonra Osvald bir qədər avaralandıqdan sonra SSRİ-yə üz tutur. Sovet İttifaqında vizası bitdikdən sonra rəsmi orqanların ölkəni tərk etmək tələbini alır və Harvi özünü öldürməyə cəhd edir. Bundan sonra Amerikaya nifrət edən və orda yaşamaqdansa ölməyi qəbul edən gəncə Sovet İttifaqında qalmağa icazə verirlər. Hətta ona vətəndaşlıq belə verilir. O işə düzəlir və Marina adlı rus qızla ilə evlənir. İki ildən sonra Osvald sovet həyat tərzindən bezir, arvadı və balaca qızı ilə Amerikaya dönür.

Yeni Orleanda yerləşən Osvald müxtəlif siyasi qruplarda yer alır. Əvvəl sağ təmayüllü «Çin lobbisi»nə, daha sonra solçu kubalıların birləşdiyi «Şərəfli oyun» təşkilatına qoşulur. Daha sonra ABŞ-ın Kommunist Partiyasına üzv olur.

Osvaldın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri haqqında faktlarda mövcuddur. Belə ki, Yeni Orlendda olduğu zaman onun MKİ-dən aldığı pulu və silahı müxtəlif radikal təşkilatlara verməsi haqqında söyləntilər vardı.

Yəni faktiki olaraq Harvi Osvaldı həm rus casus, həm MKİ-nin agenti, həm də beynəlxalq miqyasda fəaliyyət göstərən gizli təşkilatın üzvü hesab etmək üçün kifayət qədər əsaslar vardı.

Sonucda ABŞ-ın rəsmi tədqiqatı Osvaldı dəli hesab eləsə də, ən yaxşı halda onun iki tərəfli agent olaraq beynəlxalq gizli təşkilata xidmət göstərməsi daha doğru və məntiqli görünür. Hər halda sui-qəsddən uzun illər sonra belə Osvald haqqında dəlillərin ortadan qaldırılması və onun haqqında araşdırma aparanların bəzilərinin müəmmalı şəkildə ölməsi belə bir qənaətə gəlməyə əsas verir. Ən əsası sui-qəsddən sonra iki gün müddətində Harvi Osvaldın ABŞ təhlükəsizlik orqanlarında heç bir suala izahat vermədən ölməsi bu adamın arxasında gücün, daha doğrusu Kennedinin ölümünü planlaşdıran gücün qeyri-adi hakimiyyət imkanlarına sahib olmasının göstəricisidir.

Uorrenin komissiyası Kennediyə qarşı

Sui-qəsddən sonra Amerikada və dünyada hər kəs özünə bir sualı verdi. Necə ola bilir ki, təcrübəli ABŞ xüsusi xidmət orqanlarının gözü qarşısında ABŞ prezidenti qətl edilir və iki gün sonra sui-qəsdi həyata keçirən şəxs hər kəsin gözü qarşısında öldürülür. Bu doğurdan praktiki olaraq imkansızdı və həm də baş verənlərə görə, iki gün müddətində prezidentin qatilini Vaşinqtona aparıb orda sorğuya almayan Xüsusi Xidmət orqanlarının davranışları doğurdan təəccüb doğurmaya bilmir. Xüsusi xidmət orqanların rəhbərlərinin şübhəli məqamlara görə günahlandırılmaması və onların məsuliyyətə cəlb olunmaması da ciddi suallar doğurur.

Noyabrın 29-da Kennedinin ölümündən sonra avtomatik olaraq ABŞ-ın prezidenti olan Lindon Conson xüsusi fərmanı ilə Kennedinin ölümünü araşdıran 7 nəfərlik komissiya yaratdı. Komissiyaya ABŞ-ın Ali Məhkəməsinin sədri Erl Uorren başçılıq edirdi və bundan başqa komissiyada iki senetor, iki konqressmen, MKİ-nin keçmiş və əfsanəvi rəhbəri Allen Dalles və bankir Con Makkley yer alırdı. 9 aylıq fəaliyyətdən sonra qeyri-rəsmi olaraq Uorren komissiyası olaraq tanınan komissiya Ağ Evə 888 səhifəlik yekun hesabat təqdim etdi. Hesabatda dindirilən 552 şahidin ifadəsinə əsasən belə bir yekdil rəyə gəlinmişdi ki, prezident Kennedi Amerika vətəndaşı Li Harvi Osvald tərəfindən qətlə yetirilib. Amma komissiya Kennedinin öldürülməsinin motivi haqda heç bir yekun rəy verməmişdi. Hesabatda göstərilirdi ki, Kennedinin öldürülməsi ilə bağlı hansısa mütəşəkkil təşkilatlanmanın izinə rast gəlinməyib və Osvald tək başına bəlli olmayan səbəbdən ABŞ prezidentini öldürüb. Bu yekun rəy bu günə qədər Kennedinin öldürülməsi haqda rəsmi versiya hesab olunur.

Uorren komissiyasının yekun rəyi Amerika ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmadı. Amerika ictimaiyyəti və bir çox tədqiqatçılar hələ də hesab edir ki, Uorren komissiyasının əsas işi Kennedi sui-qəsdinin üstünü ört-basdır etmək olub.

Kennedini doğurdanmı Osvald öldürmüşdü?

1976-cı ildə ABŞ-da nəşr olunan «Yaseris» jurnalının oktyabr nömrəsi bestsellerə çevrildi. Elə də məşhur olmayan jurnalın bestsellerə çevrilməsinin tək səbəbi «Kennedini kim öldürdü?» adlı araşdırma məqalə ilə çıxış etməsiydi. Jurnalın ortaya qoyduğu suallara nə o zaman, nə də indi heç kim və heç bir dövlət qurumu cavab verə bilməyib. Jurnalın apardığı araşdırmada ABŞ prezidentinə olunan sui-qəsdi tədqiq etmək üçün prezident Lindon Conson tapşırığı ilə ABŞ-ın Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılan xüsusi komissiyanın fəaliyyətini «cinayəti ört-basdır etmək üçün ən böyük əməliyyat» adlandırılmışdı. Belə ki, jurnalın araşdırmasında göstərilirdi ki, FTB-nin hesabatları ilə Uorren komissiyasının yekun hesabatı arasında ciddi fərqlər var və Uorren komissiyası son hesabatda sui-qəsdin açılmasına yol aça biləcək bir çox faktları sadəcə görməməzlikdən gələrək onları ört basdır edib. Jurnalın ortaya qoyduğu ən tükürpədici fakt isə Komissiyaya ifadə verən 17 əsas şahidin üç il müddətində bəzilərinin müəmmalı şəkildə ölməsi, bəzilərinin isə öldürülməsi idi. Yəni Komissiyaya ifadə verən əsas şahidlərin hamısı 3 il müddətində ölmüşdü. Bunu təsadüf olaraq qəbul etmək peşəkarlıq cəhətdən imkansızdı.

Sui-qəsd cinayətinin ört-basdır edilməsinin mexanikası isə amerikan rejissoru Oliver Stounun çəkdiyi «C.F.K» (Kennedinin insialları-A.Q.), filmində ortaya çıxdı. Filmdə Yeni Orleanın əyalət prokuroru Cim Harrisonun müstəqil şəkildə Kennedi sui-qəsdini araşdırmasının necə əngəlləndiyi ekranlaşdırılmışdı.

1966-cı ildə prokuror Harrisonun başlatdığı müstəqil tədqiqat doğurdan Kennedi sui-qəsdinin araşdırılmasında atılan ən mühüm addım idi və tədqiqat əngəllənməsəydi, yəqin ki, ABŞ-ın 35-ci prezidentinin müəmmalı ölümünə işıq salınacaqdı. Harrisonun apardığı araşdırmada bir neçə şahid ifadə vermişdi ki, Kennedinin öldürülməsində mülki detektiv Devid Ferri və biznesmen Kley Şou iştirak ediblər. Tədqiqat haqqında məlumat sızıntısı olduqdan sonra Ferri müəmmalı şəkildə intihar edir və buna görə də ittiham ancaq Şouya qarşı irəli sürülür.

Harrisonun versiyasına görə Kennediyə qarşı sui-qəsd MKİ-nin keçmiş kubalı əməkdaşları tərəfindən hazırlanmışdı və məqsəd ölkənin siyasi kursunu dəyişmək olmuşdu. Harrison Uorren komissiyasının Kennedinin Osvaldın açdığı atəş nəticəsində öldürülməsi haqda son hesabatını rədd edir və düşünürdü ki, qətl ayrı-ayrı istiqamətlərdən atəş açan bir neçə peşəkar tərəfindən həyata keçirilib. Osvaldın Ferri ilə əlaqələrinin olduğunu sübut edən Harrison Osvalda qarşı olan sübutları qurama hesab edir və göstərirdi ki, bu qurama sübutları formalaşdıranlar məhz Ferri və Şou olub. Harrisonun tədqiqatına görə yalançı faktlar formalaşdırıldıqdan və sui-qəsd uğurla tamamlandıqdan sonra Osvald aradan götürülüb. Uorren komissiyasının hesabatında Ferri və Şounun adının ümumiyyətlə keçməməsi isə Uorren komissiyasına olan etimadı yox edirdi.

Bütün bunlara baxmayaraq, məhkəmə biznesmen Kley Şounu təmizə çıxarır və bundan sonra ABŞ mətbuatı Harrisona qarşı böyük miqyaslı kampaniyaya başlayır. Bu acımasız kampaniyaya baxmayaraq 1969-cu ildə o, əyalətin prokuroru seçkilərini yenidən qazanır, ancaq bundan sonra Kennedinin müəmmalı qətlini tədqiq etmir.

Kennedini öldürən sirli güc hansı təşkilat ola bilərdi?

1987-ci ildə ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən ABŞ prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı cinayət işinə xitam verilsə də, bu sualın cavabı bu gün də açıqdır və bu suala heç kim birmənalı cavab verə bilmir. Bütün araşdırmaçıların gəldikləri nəticə bundan ibarətdir ki, Kennedinin öldürülməsinin arxasında hansısa sirli beynəlxalq təşkilat dayanır və bu təşkilatın sirlərini öyrənmək doğurdan müşkül məsələdir.

Osvaldın «sahibləri» haqqında onlarla versiya mövcuddur. Bəzilərinə görə sui-qəsdi KQB həyata keçirib. Bir çoxları düşünür ki, Kennedi Fidel Kastronun əmri ilə öldürülüb. Amma Kastro versiyası çoxdan öz əhəmiyyətini itirib. Çünki belə bir sui-qəsddə Kuba rəhbərinin adı keçsəydi, Vaşinqtonda bunu gizlətmək üçün o qədər əziyyət çəkməzdilər, əksinə, SSRİ-nin varlığına baxmayaraq, qapılarına dayanan kommunizmi boğmaq üçün bundan bütün cəbhə boyu istifadə edərdilər. Ən azından buna özlərinin təbliğat kampaniyalarında əsas yer verərdilər. Bəziləri isə, hesab edir ki, Kennedini mafiya ortadan götürüb. Çünki əvvəllər mafiya ilə əlaqələri olan Kennedi prezident olduqdan sonra onlara arxa çevirib. Başqa bir versiyaya əsasən isə Kennedini İsrailə dəstək verdiyinə görə Almaniyadan qaçaraq Cənubi Amerikada gizlənən nasistlər, daha doğrusu SS komandirləri öldürüb.

Kennedinin öldürülməsi ilə bağlı çoxlu versiyaların olmasına baxmayaraq ən az müzakirə olunan və bəzi tədqiqatçılar tərəfindən irəli sürülsə də diqqətdən kənar saxlanılan bir versiya daha var. Bu versiyaya əsasən Kennedinin ölümünün arxasında duran sirli təşkilat «Sion müdrikləri» təşkilatıdır. Daha doğrusu sionizmdir.

Müəllifin fikrincə ABŞ-ın 35-ci prezidentinin müəmmalı qətlinin arxasında dura biləcək sirli güc ancaq beynəlxalq sionizm ola bilər. Kennedini öldürmək üçünsə sionistlərin kifayət qədər motivləri vardı. Böyük siyasətlə məşğul olanlar və siyasət araşdırmaçıları yaxşı bilirlər ki, ABŞ-ın 28-ci prezidenti Vudro Vilsondan başlayaraq Kennediyə qədər olan 7 ABŞ prezidenti birbaşa sionistlərin nəzarəti altında olub və hətta Birinci və İkinci Dünya müharibələrinin baş verdiyi bu önəmli dönəmdə Ağ Evdə heç bir müstəqil qərar qəbul olunmur, qərarlar hazır vəziyyətdə Ağ Evə «Sion müdrikləri»ndən daxil olurdu. İkinci Dünya müharibəsində Ruzveltin Stalinin qarşısında miskincə əzilməsi və əyilməsi də məhz sionistlərin birbaşa təlimatları üzərinə baş verirdi. Məhz sionistlərin təlimatları nəticəsində ABŞ Avropanın yarsını Stalinin dəmir çəkmələrinin altına verdi. Hansı ki, rusları Qərbi Ukrayna sərhədlərində dayandırmaq mümkündür. Ruzveltdən sonra Trumen və Eyzenhauer sionistlərin «müti xidmətçi»ləri olmaqda davam etdilər. Lakin çılğın Kennedi sionistlərin təlimatı ilə işləmək istəmədi.

Sionistlərlə Kennedinin arasında ən böyük fikir ayrılığı məhz Kuba böhranı zamanı baş verdi. Kennedi kommunist inqilablarının Avropadan Amerika qitəsinə ayaq açmasına qarşı birmənalı olaraq qarşı durdu. Bu isə sionistlərlə ABŞ-ın 35-ci prezidenti arasında bütün körpülərin yanmasına səbəb oldu.

Hələ 17-ci əsrdən başlayaraq Avropada baş verən bütün inqilabların arxasında sionistlərin durduğu və bu inqilabların yəhudi liderlər tərəfindən idarə olunduğu yəqin ki, çox az adamdan gizlidir. Dünya inqilabi ideyasının da sionistlərə aid olduğu da bəllidir. Kommunistlər tərəfindən nə qədər təkzib olunsa da, Rusiyada baş verən Oktyabr çevrilişinin sionistlər tərəfindən həyata keçirildiyi də bir tarixi faktdır. Eyni zamanda İkinci Dünya müharibəsi dönəmində Avropanın yarısından çoxunu biabırçı şəkildə Stalinin işğalı altına verən Yalta Konfransının da sionistlərin «zəhmətinin» bəhrəsi olduğu bilinir.

Birinci və İkinci Dünya müharibəsi vaxtı ABŞ-ı idarə edən sionistlər yeni yaranan supergücün kommunist rejimlərin dünyaya yayılmasına və dünya inqilabı ideyasının reallaşmasına seyrçi mövqedə qalmasını təmin edirdi. Çünki kommunizmin yayılması paralel olaraq yəhudi ideyasının, yəhudi hakimiyyətinin və acımasız yəhudi terrorunun yayılması idi. Lakin kommunizm Amerika qitəsinə ayaq açdıqdan sonra ABŞ-da yaxşı anladılar ki, bir neçə onillikdən sonra ABŞ-da kommunist rejimin qurulması qaçılmaz olacaq. Elə ona görə də, soyuq savaşın yeni rüzgarları əsdiyi dünyada Kennedinin kommunist kabusunun Amerikada gəzintiyə çıxmasına qətiyyətlə yox dediyinə görə öldürülməsi və bununla da ABŞ-ın siyasi kursunun dəyişdirilməsinə cəhd olunması daha məntiqə uyğun görünür.

İkinci Dünya Müharibəsində ABŞ-ın bütün qurumlarına, həmçinin Xüsusi Xidmət orqanlarına sızan və ABŞ və Avropa mətbuatını idarə edən sionistlərin Kennedi cinayətinin araşdırılmasını əngəlləyə bilmələri adi görünürdü. Sionistlərdən başqa bunu kiminsə bacarması isə qeyri-adi hal kimi qəbul oluna bilər.

Kennedidən sonra ABŞ-ın siyasi kursu dəyişdimi?

Doğurdan lakonik sualdır. Çünki 70-ci illərdən başlayaraq dünyada baş verən inqilabların böyük əksəriyyəti, hətta hamısı sağ təmayüllüdür və bu inqilablar ABŞ-ın nəzarəti və iradəsi altında həyata keçirilir. O zaman sualın cavabı da ortadadır.

Siyasi kursu dəyişdirən ABŞ deyil, məhz sionistlər oldu. Sionistlər özlərinin idarə etdikləri supergücü özlərinə qarşı çevirib öz sonlarını hazırlamamaq üçün tədricən inqilabların mərkəzini Rusiyadan ABŞ-a köçürdülər. Yəni bir zamanlar qurduqları dəhşətli imperiyanı, Reyqanın təbiri ilə desək, «şər imperiyasını» ABŞ-ın pəncəsinə verib zəiflətdilər və əvəzində dünyanı yönləndirən gücün əsas tərkib hissəsi olaraq qaldılar. Rusiya isə can verməkdə və özünün «şəri» içində boğulmaqda davam edir. Ötən əsrdə sionizm dünyanı işğal etmək üçün Rusiyadan maksimum istifadə edərək onu zibil qutusuna atdı. Rusiyanın sonsuz əraziləri və strateji xammal ehtiyatı böyük olsa da, yenidən sionistlərin formalaşdırdıqları «dünya birliyi»nə qarşı duruş gətirməsi imkansızdır.

Bu gün dünyanın harasında baş verməsindən asılı olmayaraq bütün inqilabların arxasında sionistlərin və Ağ Evin turşumuş təbəssümlü sifəti görünür. Bu sifətləri bir-birindən ayırmaq çox çətindir.

# 7134 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #