Bu “BOMJ”un elədiyini heç kəs etməyib

Bu “BOMJ”un elədiyini heç kəs etməyib
16 oktyabr 2013
# 20:00

Biz hər gün bütün dünyada pis xəbərlər alırıq... Müharibələr, siyasi çevrilişlər, həbslər, cinayətlər... Başqasının haqqına girənlər, başqasının hüquqlarını tapdalayanlar, əmlakını talayanlar...

Əlbəttə, dünyada yaxşılıq edən insanlar da var. Əslində, yaxşılıq etmək elə də çətin deyil. Sadəcə insanların çoxu özlərini elə aparırlar ki, sanki heç nəyin fərqində deyillər. Amma yaxşı bilirlər ki, kömək edə bilərdilər.

Kulis.az yaxşılıqları ilə fenomen olmuş 7 insanı təqdim edir.

1. 98 yaşlı Dobri baba tez-tez Bolqarıstandakı müqəddəs Aleksand kiləsinin qabağında dayanırmış. Əynində köhnə geyim, baxanlar onu “BOMJ”a oxşadırmış. Hər gün tezdən yuxudan duran və Bailovo kəndindən 10 km yolu qət edərək Sofiya şəhərindəki bu kilsəyə gələn qoca burda dayanırmış…

Kilsə haqda 2010-cu ildə çəkilən sənədli film zamanı Bolqarıstan televiziyasının jurnalisti kilsənin arxivindən şok faktlar aşkarlayır. Sən demə indiyə kimi kilsəyə edilmiş yardımlardan ən böyüyü 40 min avro imiş. Onu isə bizim yuxarıda danışdığımız qoca Dobri edibmiş. Kilsənin qabağında dilənən qocaya verilən pulların bir qəpiyini belə o özünə xərcləmirmiş sən demə. Ona verilən 100 avro pensiya ilə dolanırmış. Dobri baba dilənçiliklə qazandığı pullarla təkcə kilsəyə yox başqa yerlərə də yardımlar edirmiş. Məsələn, o uşaq evinin kommunal xərclərini ödəyib. O həmçinin evsiz insanlara da kömək edirmiş. Özü də bütün bunlar haqda heç kimin xəbəri yox imiş. Çünki o etdiyi yaxşılıqları heç kimə danışmırmış.

2. Serbiyanın Pirot şəhərində gimnaziya məzunları məzuniyyət günündə bahalı geyimlər geyinməkdən imtina ediblər. Sadə geyimdə gəliblər. Onlar belə qərar veriblər ki, bu geyimlərdən qənaət etdikləri pulu ehtiyacı olanlara versinlər. Yığdıqları pulu evində xəstə uşağı olan 3 ailəyə veriblər. Məzuniyyət mərasimindən sonra onlar şəhərə üzərində "Sənin 5 dəqiqəlik parıltın - kiminsə bütün həyatıdır" sözləri yazılmış köynəklərdə çıxıblar.

3. Əfqanıstan. Bu qoca əfqan saatlarla növbədə olan amerikan əsgərlərinə çay gətirir.

4. Nyu-York polisi Larri Deprimo Tayms-Skverdə gecə növbəsində olan zaman bir evsiz kişinin geyim dükanının qabağında oturduğunu görür. Gedib yaxınlaşır, onunla söhbət edir, sonra ondan ayaqqabısının ölçüsünü soruşur və gedib dükandan corab, ayaqqabı alır. Üstəlik onları geyinməyinə kömək edir. Bütün bunlar bir az kənarda dayanmış şerif görürmüş. Və mobil telefonu ilə hadisənin şəklini çəkib. Qocaya kömək edən polis isə şəklinin çəkilməyindən xəbərdar olmayıb. Evsizi geyindirdikdən sonra öz xidmətinə dönüb. Həmin şerif isə evə gəldikdən sonra götürüb baş verənlər haqda Nyu-York polisinin rəhbərliyinə yazıb. Üstəlik fotonu da göndərib. Şəkil Nyu-York polisinin Facebook səhifəsində yerləşdirilib, üstəlik etdiyi yaxşılıq kimi həmin polisin şəxsi işinə tikilib.

5. Rio-de-Janeyro şəhərində gəzən bu adam bir qıza rast gəlir. Qızın ayaqqabısı yox imiş. Ağlayırmış. Həmin adam öz ayaqqabısını çıxarıb o adama verir.

6. “Sendi” qasırğasından sonra minlərlə insan elektriksiz qalmışdı. Evində elektrik enerjisi olanlardan bəziləri isə şəkildə gördüyünüz kimi naqil vasitəsilə çölə işıq çəkiblər ki, ehtiyacı olanlar mobil telefonuna enerji yığıb yaxınlarına zəng edə bilsinlər.

7. Şəkildə gördüyünüz norveçli gənclər avaralanarkən qəfildən qəribə bir səs eşidirlər. Sən demə bir quzu suya düşübmüş. Çıxa bilmirmiş. Dostlar bir-birindən yapışaraq, özlərini riskə ataraq quzunu xilas edirlər.

# 8210 dəfə oxunub

Oxşar xəbərlər

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

10:00 19 iyul 2026
Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

12:00 17 iyul 2026
Rəsulzadənin əmisi oğlu ilə eyni kamerada ölümü gözləyən general - "Ağ atlı oğlan"ı hansı hadisədən sonra güllələdilər?

Rəsulzadənin əmisi oğlu ilə eyni kamerada ölümü gözləyən general - "Ağ atlı oğlan"ı hansı hadisədən sonra güllələdilər?

12:30 16 iyul 2026
Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?

Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?

10:00 15 iyul 2026
Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

14:40 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər