Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
6 avqust 2020
# 13:32

Bu gün azərbaycanlı yazıçı, publisist, Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğlunun anım günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatı ilə bağlı maraqlı faktları təqdim edir.


Səməd Ağaoğlu 1909-cu ildə Azərbaycandan Türkiyəyə köçən tanınmış maarifçi, jurnalist Əhməd bəy Ağaoğlunun dördünücü övladı olaraq dünyaya gəlib.

***
Anası azərbaycanlı Sitarə xanımın onun yetişməsində və ədəbi şəxsiyyətinin formalaşmasında böyük rolu olub.

Gallery

İlk və orta təhsilini Bəyazid Fevziyyə Liseyində tamamladıqdan sonra 1929-cu ildə Ankara Liseyində məzun olub.

***
Səməd Ağaoğlu 1931-ci ildə təhsilini davam etdirmək üçün Strasburqa yola düşüb. Burada 16 ay oxusa da təhsilini başa vura bilmir. Atası Əhməd bəyin işləri tərs getdiyi üçün Türkiyəyə qayıtmağa məcbur olur.

***

1932-ci ildə Strasburqda tanış olduğu Nəriman xanım ilə ailə həyatı qurur. Onların bu evlilikdən Tektaş, Mustafa Kamal və Fatma Sitarə adlı üç uşaqları dünyaya gəlir.

***

Səməd Ağaoğlunun və ailəsinin rahatlığı qardaşı Bəşirin ölümü, Aksarayda yaşadıqları evlərinin yanması ilə pozulur. Yanğından sonra yerləşdikləri evdə isə atası Əhməd bəyin “asayişi pozmaq və ermənilərə hücum etmək” bəhanəsi ilə həbs olunub sürgün edilməsilə sarsıntı keçirir.

***
1950-1954-1957- ci illərdə Manisadan 3 dəfə millət vəkili seçilib. Hökümət dairələrində bir sıra mühüm dövlət işlərində çalışır, nazir vəzifəsinə yüksəlir.

Gallery

1960-cı ildə hərbi çevriliş zamanı həbs olunaraq ömürlük həbs cəzasına məhkum edilib. 1964-cü ildə Yassıada məhkumları üçün çıxan əfv fərmanından yararlanaraq azad olub.

***

İmralı və Kayseri cəzaçəkmə müəssisələrində dustaq olan Səməd Ağaoğlunun ən dəhşətli həbsxana günləri 1964-cü ildə köçürüldüyü siyasi dustaqların mühakimə olunduğu Yassıadada başlayıb.

***

O, Yassıadada uzunluğu iki, eni iki metr yarım olan dar bir hücrədə məhkəməsi başlayan günə qədər, düz iki ay hava almağa çıxarılmadan yaşayıb.

***

Həbsxanada ona verilən mənəvi və fiziki işgəncələrdən bəhs edən Səməd Ağaoğlu yazırdı:
“Məsələn günlərin bir günü dəhlizlərin Heybəliyə baxan pəncərələrini, çölü görməyək deyə, tünd sarı rəngə boyayırdılar. Başqa bir gün qapılarımıza çəngəl taxırdılar. Bəzən “hazırlaşın, hava almağa çıxacaqsınız” deyə bizi aldadırdılar.

***

Həbsxanada yaşadığı mənəvi və fiziki işgəncələr onun əsəblərini o dərəcədə pozur ki, elə həbsxana hücrəsində “Hücrədəki adam” adalı hekayəsini yazır.

***

Mendereslə çox yaxın olmalarına baxmayaraq uzun illər Menderes onu hökumətə yaxın buraxmayıb. Bu məsələ onu və yaxın dostlarını illərlə düşündürüb. Yaxın dostlarından biri Menderesdən bunun səbəbini soruşanda Menderes gülərək belə cavab verib “Bir az tərbiyələnsin”.

Gallery


Menderes Səmədin xasiyyətini çox yaxşı bilirdi. Bilirdi ki, o hər mövqedə olmaq istəyəcək və heç bir məsələdə öz maraqlarından kənar qala bilməyəcək. Səməd hökumətin daxilinə girərsə, idarədə Mendereslə ortaq olmağın çarəsini axtaracaqdı. Menderes isə buna meydan verməməli idi. Ona görə də, arada bir az məsafə saxlayaraq, onu partiya içərisində əzdikdən sonra yanına gətirəcəkdi.

***

Özünün 1960-cı ildə həbs olunmasına və üç nəfərin edam olunmasında İsmət İnönünü günahkar bilib və ömür boyu ona kin bəsləyib.

***
Ədəbi fəaliyyətinə Gənc Türk Ədəbiyyatı Birliyi və “Hep Gençlik” dərgisi ilə başlayıb.

***
İlk hekayəsini lisey illərində yazan Səməd Ağaoğlu o vaxt hekayəsini yayımlaması üçün çox canfəşanlıq edib. Beləki o, Ankarada Faruk Nafizin nəşr etdirdiyi “Həyat Məcmuəsi”nin yerləşdiyi binaya gələrək içərisində hekayəsi olan zərfi Faruk Nafizin masasının üstünə qoyub. Aylarla hekayəsinin dərgidə çap olunmasını gözləyən Səmədin xəyalı gerçəkləşməyib. Onun hekayəsini dərgidə çap etmirlər. Bu əhvalat ona bərk təsir edir və illər sonra universitetin üçüncü kurs tələbəsi olarkən üç yaxın dostu ilə brilikdə Gənc Türk Ədəbiyyat Birliyini yaradıb Birliyin başına keçir.

***
Dərginin ilk sayında Səməd Ağaoğlunun “Solnes Lö konstruktor” adlı ədəbiyyat dünyasını tənqit etdiyi bir məqaləsi çıxır. Səməd sevincək həmin məqaləni Əhməd bəyə göstərir. Əhməd bəyin yazını oxuyub oğluna: “Oğlum, vaxtsız banlayan xoruzu kəsərlər” deyib.

***
Ədəbiyyatçılar onun hekayələrində Dostoyevskinin təsiri olduğunu söyləyirlər. O isə bu fikrə belə cavab verirdi:
“15 yaşımdan bəri Dostayevski oxuyuram. Təsiri altında qalmağım təbiidir. Amma mənim hekayələrimdə insan daima təbii halındadır.

***

“Atamdan xatirələr”, “Atamın dostları”, “Dostum Menderes”, “Mərmərədə bir ada”, “Aşina üzlər”, “Siyasi günlük”, “Sovet Rusiya imperatorluğu” kimi əsərlər yazıb. Həmçinin “Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayələr kitabını, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını nəşr etdirib.

Gallery

Səməd Ağaoğlu 1982-ci infarkt keçirərək vəfat edib.

Gallery

# 14214 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #