Süd fermasında işləyən Buker mükafatçısı: o, kişidir, yoxa qadın? - Qeyri-adi faktlar

Süd fermasında işləyən Buker mükafatçısı: o, kişidir, yoxa qadın? - Qeyri-adi faktlar
28 avqust 2020
# 12:33

Kulis.az dünyanın ən nüfuzlu mükafatlarından olan Buker Ədəbiyyat Mükafatının builki qalibi Hollandiyalı yazıçı Marika Lukas Reyneveldlə bağlı maraqlı faktları təqdim edir.

Marika Lukas Reyneveld 1991-ci ilin aprel ayında Hollandiyanın Nieuwendijk şəhərində anadan olub. Şimali Brabantda yerləşən südçülük fermasında böyüyən Marika pedaqoji kollecdə təhsil alıb. Amsterdamda yazarlıq məktəbini bitirib.

Gallery

Reyenveldin yazıları mütəmadi olaraq “VPRO Guide”, “The Lying Rabbit”, “De Gids ve Hollands Maandblad” kimi nüfuzlu mətbuat oqranlarında yayımlanıb.

Onun ilk poeziya toplusu 2015-ci ildə C.Buddingh mükafatına layiq görülüb və xanım yazar ilin ədəbi istedadı elan olunub. Qısa müddətdə bir neçə nüfuzlu mükafatlar qazanan Marika həmçinin 2020-ci ildə “Ida Gerhardt” şeir mükafatına layiq görülüb.

Gallery

Marikanın çox maraqlı həyat tərzi var. O, yazıçılıq karyerası ilə yanaşı Hollandiyadakı südçülük fermasında işləyir. 29 yaşlı yazıçının həyatında baş verən dramatik hadisələr və yaşam tərzi yazdığı əsərlərdə, o cümlədən Buker mükafatına layiq görülən “Axşam narahatlığı” romanında öz əksini tapıb.

Gallery

Daxilində iki ruh daşıdığını söyləyən Marika ailəsindən və dostlarından çox oxucularına güvənən bir yazıçı olduğunu deyir. Bu yaxınlarda Hollandiyanın Utrext şəhərində həyata keçirtdiyi video-görüşdə kaprizləri və prinsipləri olan bir insan olduğunu bildirən Marika gündəlik həyat tərzi haqqında da məlumat verib: “Hər gün səhər tezdən yuxudan oyanıram. Səhər yeməyindən dərhal sonra yazı masamın arxasına keçib yazmağa başlayıram”.

Qorxuların və arzuların insanın həyatdakı işlərinə təsirindən bəhs edən yazıçı “Ətrafımda olan insanlara sirlərimi açmıram” deyib.

Gallery

Marika Lukas Reyneveld qadın olsa da çox vaxt özünü kişi kimi hiss etdiyini deyir. Məhz ona görə 19 yaşında Lukas adını özünə təxəllüs götürüb.

Marika üç yaşında olarkən 12 yaşlı qardaşını avtobus vurub öldürüb. Yazıçı bu faciənin onun və ailəsinin həyatında dərin iz buraxdığını söyləyir.

Gallery

Buker mükafatına layiq görülən “Axşam narahatlığı” romanında südçülük fermasında dindar bir ailədə yaşayan 10 yaşlı Cesin hekayəsindən bəhs olunur. Qış günlərinin birində böyük qardaşı buz konkisi sürərkən qalın buz örtüyünün qırılır, altında qalıb faciəvi şəkildə ölür, beləliklə Cesin həyatını bir anda dəyişir. Qardaşının faciəli ölümünün ailəsini necə darmadağın etdiyinə şahid olur. Onu tək qoyduğu üçün Allaha asi düşür, getdikcə bütün ailə üzvlərini itirmək qorxusu ilə qaranlığa yuvarlandığını hiss edir.

Gallery

Müəllif əsərdə Cesin gözü ilə dindar ailənin hər bir üzvünün öz itkisi ilə necə mübarizə aparmasını təsvir edir. Ata və ana itirdikləri övladlarının dərdinə o qədər qapılır ki, digər övladlarının, Cas, Hanna və Obbenin yavaş-yavaş necə məhv olmasını görmürlər. Yetkinlik çağında cinsi istəklərinin oyanmasıyla bir-birinin bədənlərini kəşf etməyə başlayan uşaqlar fermadakı heyvanlarla cinsi əlaqədə olmağa başlayırlar.

Gallery

Marika Lukas Reyneveldin sözügedən kitabı 2018-ci ildə ən çox satılan kitablardan olub.

Gənc yazıçı Holland ədəbiyyatında ən böyük istedadlarından hesab olunur.

# 4010 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #