Azərbaycana da ayaq açmış "Mendelson marşı" ilk dəfə kimin toyunda çalınıb? - Maraqlı fakt

Azərbaycana da ayaq açmış "Mendelson marşı" ilk dəfə kimin toyunda çalınıb? - Maraqlı fakt
25 yanvar 2020
# 15:07

25 yanvar Bakı toylarında "Vağzalı"nı üstələməkdə olan "Mendelson marşı"nın ilk dəfə ifa olunduğu gündür.

Kulis.az ilk dəfə 1858-ci ildə ifa olunan Qərb şənliklərinin əsas marşı haqqında maraqlı faktları təqdim edir.

"Mendelson marşı" alman bəstəkar Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəridir. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur.

Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnib.

Gallery

Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınıb.

Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londonda Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bu marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunub.

Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verib. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa edib. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.

Marşın müəllifi Mendelson Feliks Bartoldi (03.02.1809 — 04.11.1847) XIX əsrin I yarısının alman musiqi romantizminin görkəmli nümayəndələrindəndir. Musiqi tarixinə bəstəkar, dirijor, pianoçu, musiqi maarifçisi kimi daxil olub. Məhz onun təşəbbüsü ilə Almaniyada Konservatoriya açılıb.

Gallery

10-larla musiqi əsərinin müəllifi olsa da, daha çox bu gün söz açdığımız - sonradan "Mendelson marşı" adlandırılmış “Yay gecəsində yuxu” uvertyurası ilə yadda qalıb.

# 13250 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər