Nazirləri yamsılayan, aparıcını boğan xeyirxah sehrbaz

Nazirləri yamsılayan, aparıcını boğan xeyirxah sehrbaz
2 iyul 2011
# 10:00
Hayrettin Karacanı Lars fon Trier qədər sevdim. Hərçənd onun kino sənətinə heç bir dəxli yoxdu. H.Karaca İNSANDIR və insanlıq üçün etdikləri əvəzsizdir.

O, nağıllardan gələn xeyirxah sehrbaza bənzəyir. Bircə daha uzun saqqalı və əlində hər an möcüzə yarada bilən əsası çatmır. Amma onu bunsuz belə, Türkiyə möcüzə yaradan idealist və cənnəti haqq edən az insanlardan biri kimi tanıyır.

Hayrettin Karacanın nurani və mehriban siması var, qırmızı köynəyini heç zaman əynindən çıxarmaz. Radikal danışır, həm də baməzə və gözlənilməz adamdır, jurnalistlər onunla bir az ehtiyatlı davranır.

Karaca əslən Krım tatarlarındandır. 1926-cı ildə İstanbulda doğulub.
Litseyi bitirdikdən sonra o, ailəsinə məxsus trikotaj fabrikinə rəhbərlik edərək onu ölkənin ən iri şirkətlərindən birinə çevirib.
Bu səhədə Karaca şirkəti Türkiyədə ixracata liderlik edir. İşi haqda o belə deyir: „Mən sənayeçi olmaq istəmirdim. İstədyim ədəbiyyatla maraqlanıb qalan zamanımı təbiətlə baş-başa keçirmək idi. Fəqət, o zaman atamıza qarşı getmək müzakirə mövzusu ola bilməzdi“.
Bəs varlı-hallı Karacanı sevimli edən nədir? O, ölkədə təbiətin təmənnasız qoruyucusu kimi tanınır.
Hələ gənc yaşlarında komfortlu evini tərk edən Karaca kəndlərə gedirdi.
Məhsul yığımı zamanı kəndlilərə kömək etmək üçün. O, qarğıdalı soyur, tarlada gözətçilik edirdi.


Karaca ölkəni qarış-qarış gəzərək nadir ağacların yox olması təhlükəsi, torpaqların erroziyaya uğraması, meşələrin qırılması ilə bağlı həyəcan siqnalı çalıb və dövlətin diqqətini bura çəkib.
1992-ci ildə sənayeçi Nihat Gökyiğitlə birgə yaratdığı TEMA-təbiəti qorumaq məqsədi daşıyan təşkilatın fəaliyytindən sonra Türkiyədə insanların ətraf mühitə qayğısı 12 faizdən 51 faizə yüksəldi.
Təşkilatın projeləri nəticəsində ölkənin bir sıra zəngin adamları inkişafdan qalan kəndləri himayəyə götürüb.

Hollandiya qəzetlərindən biri onun haqqında yazır: “İnsanlar onunla tanış olmaq və dinləmək üçün yollara tökülür. İnsanlarla təvazökar davranışıyla o, Qandiyə bənzəyir“.

Karaca Türkiyəinin ilk özəl arboretumunu – sadə dillə desək, botanika bağçasını yaradıb. Dünyanın müxtəlif yerlərindən bitki toxumları toplayaraq bura gətirib. Bu gün Yalovada yerləşən, beynəlxalq elmi konfransların keçirildiyi Karaca Arboretumu dünyanın her yerində tanınır.

14.000 min bitki növü olan bağça eyni zamanda ölkədə mövcudluğu təhlükə altına düşən bitki növlərinin qoruyucusdur.

Hannover Universitenin professoru Franz H. Meyer H.Karaca haqqında deyir: “İndiyə qədər şəxsi təmənna güdmədən, özünü insanlığın faydası üçün çalışmaya həsr etmiş birinə rastlamadım”.
Türkiyənin ən zəngin adamlarından biri Karaca keçmişini belə xatırlayır: “Bizlər də çox sıxıntılı günlər yaşadıq. Dünyaya gəldiyimizə peşman olduğumuz günlər oldu. Amma heç zaman yaşamaq enerjimizi itirmədik”.

Ölkədə və xaricdə çoxasylı mükafatlara layiq görülən 85 yaşlı Karaca biliklərini daha da təkmilləşdirmək üçün hər gün 5 saat kitab oxuyur. Ona görə, oxumaq ibadət, oxumamaq isə çümhuriyyətə xəyanətdir: “İnsan oğlu mütləq oxuyaraq özünü inkişaf etdirməlidir”.

Yuxarıda Karacanın “gözlənilməz adam” olduğunu yazmışdım.

Bir neçə il əvvəl Vanda dəvət edildiyi bir teleproqramda Karaca əvvəlcə kənd təsərrüfatı nazirinin və bəzi siyastəçilərin danışıq tərzini yamsılayıb, daha sonra isə aparıcının boğazından yapışıb hirslə demişdi: “Hər şeyi biz etməyəcəyik, sizlər də edəcəksiniz. Səs verdiyiniz millət vəkillərini gördüyünüz zaman onların boğazını belə sıxacaqsınız”.

Karaca nitqlərində istisnasız olaraq bütün hakimiyyətlərin ölkənin təbiətinə, torpaqlarına zərər verdiyini deyir: “Onlar torpağa xidmət edərək yox, yox edərək iqtidar olmağı hədəf götürüblər. Bunu da əla bacarıblar”.

Bununla belə xeyirxah sehrbaz nikbindir və gələcəyə ümidlidir. O, “beynimi gələcək ücün çalışdırıram” deyir və onun işini davam etdirə bütöv bir nəsil yetişdirir.



Sevda SULTANOVA
# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

12:00 24 avqust 2024
Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

09:30 20 avqust 2024
Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

12:00 13 avqust 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

15:00 9 avqust 2024
VIII Henrinin 1590-cı ilə aid portreti tapılıb

VIII Henrinin 1590-cı ilə aid portreti tapılıb

16:32 31 iyul 2024
#
#
# # #