Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız

Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız
9 iyun 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Anyes Jauinin “Başqasının zövqüylə” (2000) və Roy Anderssonun “Budağa qonan göyərçin həyat haqda düşünür” (2014) filmlərini təqdim eidr.

Fransız rejissoru Anyes Jauinin “Başqasının zövqüylə” komediyası 2001-ci ildə ən yaxşı xarici film nominasiyasında Oskar mükafatına nominant olub.

Süjet: Əhvalatın əsasında bir neçə qadın və kişinin münasibətləri dayanır. Böyük bir şirkətin rəhbəri olan Kastello (Jan Pyer Bakri) həyatından sıxılır. İnteryerlərin tərtibatı ilə məşğul olan, pedantçı arvadının qaydaları ilə yaşamaq onu darıxdırır.

Kastellonun sürücüsü Brunonun (Alen Şaba) Amerikada yaşayan sevgilisi onu tərk edir. O, isə boş vaxtlarında fleyta ifa etməyi öyrənir. Mühafizəçi Franko (Jerar Lanven), əsasən aktyorların, rejissorların, rəssamların toplaşdığı barda ofisiant işləyən Mani (Anyes Jaui) ilə sevgilidir. Mani daha çox pul qazanmaq üçün narkotik maddə satır. O, bununla da insanları depressiyadan çıxardığına inanır. Franko isə buna qarşı gedir.

Kartello isə teatr tamaşasında oynayan aktrisa Klaraya (Ann Alvaro) vurulur. Aktrisa həm də onu ingilis dilindən hazırlaşdırır...

Rejissor çox süjetli, dolaşıq və çoxpersonajlı əhvalat qurub. Süjetlər bir-birilə kəsişir, müxtəlif epizodlar montaj vasitəsilə zəncirvarı əhvalatın ayrılmaz həlqəsi kimi ortaya çıxır.

Məsələn, Kastellonun mühafizəçisi, onun vurulduğu aktrisanın rəfiqəsinin sevgilisidir. Kastello özü isə darıxdığından sənət çevrəsinə daxil olmaq istəyir.

Rejissor yüksək çevrədə darıxan, özgələşən sahibkarı sənətlə xilas edir. O, sənət adamları ilə yaxınlaşmaqla burda sanki həyatının anlamını tapır.

Baxmayaraq ki, onların zövqü, baxışları müxtəlifdir, Kastellonun sənətlə bağlı təsəvvürləri bəsitdir, bununla belə o, burada özünü insan kimi hiss edir və bir rəssama yardım etməyə çalışır.

Onun maddiləşmiş dünyası sənətin ruhsal dünyasında təmizlənir.

Situasiyalardakı komizm, dramatizm yumşaq axıcılıqla əhvalata daxil olur. Fasiləsiz planlarla, montajsız, müxtəlif personajlardan digərlərinə fokuslanır.

“Başqasının zövqüylə” müxtəlif təbəqələri təmsil edən fransızların gündəlik, məişət həyatı haqda realistik-poetik filmdir.

Əksər fransız filmlərində olduğu kimi burda da, dialoqlar, özəlliklə də məişət dialoqları çoxdur, amma sözlər əhvalatı yorucu eləmir, əksinə ona gücləndirici, yumşaq fon verir.

***

İsveç rejissoru Roy Anderssonun “Budağa qonan göyərçin həyat haqda düşünür” qara komediyası 71–ci Venesiya festivalında “Qızıl Şir” alıb.

Filmin adı holland rəssamı Piter Breygelin “Ovçular qarda” əsərinə eyham edir. Anderssonun yozumuna görə həmin əsərdə budaqda oturan quşlar heyrətlə mənzərəni seyr edirlər. Onlar ağac altındakı ovçuların yaxınlaşan xaosun görmədiyinə heyrətlənirlər.

Süjet: Film müxtəlif insanların həyatlarındakı fraqmentlərdən ibarətdir. Bu fraqmentlər daha çox absurd elementləri ehtiva edir. Sem və Yonatan əyləncəli oyuncaqlar sataraq pul qazanmaq istəyirlər. Amma onların biznesi uğurlu alınmır. Bir barda (müasir dövrdən söhbət gedir) isə hardansa XII Karl ordusu ilə peyda olur, qadınları qovur. Onun arzusu ruslar üzərində qələbə qazanmaqdır.

Andersson digər filmlərində olduğu kimi burada da statik planlardan, sadə dekorasiyalardan, boş məkanlardan istifadə edib. Epizodlar minimalistdir, kadrlar cansız, rəng həlli solğundur, personajlar isə ekzistensial tənhalıq yaşayır. Bu ifadə vasitələri ilə də o, insanların müasir dövrdə tənhalığını, komplekslərini, ünsiyyət böhranını dəqiq ifadə edir. Rejissor bu mövzulara müraciəti ilə Berqmanın kino düşüncəsini davam etdirir.

Andersson müsahibələrində deyir ki, onu insan həyatındakı məişət fraqmentləri daha çox maraqlandırır.

Onun bu ekran əsərini çəkməyə “Velosiped oğruları” filmi ruhlandırıb. O, bu filmi dünya kinosunda “Ən insani film” adlandırır.

Film həyat və ölüm, varolma, onun anlamsızlığı haqdadır.

Qeyd edim ki, Breygelin “Ovçular qarda” tablosunu Tarkovski “Solyaris” filmindəki epizodlardan birində istifadə edir.

Lars fon Trier də “Melanxoliya” ekran əsərində bu tabloya müraciət edib.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

# 1612 dəfə oxunub

Müəllifin son yazıları

# # #