“O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışlarında azərbaycanlı Elnur Hüseynov Şərmin Özləm Turhan ilə yarışıb.
Ebru Gündeşin qrupunda çıxış edən yarışmaçılar solo oxuyub.
E. Hüseynov “Golden Eye” mahnısını ifa edib.
E.Gündeş ifasıyla rəqibini üstələyən E.Hüseynovu seçib.
Beləliklə, həmyerlimiz növbəti mərhələyə çıxmaq hüququ qazanıb.
Bəs bundan sonra E.Hüseynov qalib olmaq üçün hansı mərhələlərdən keçməlidir?
Növbəti turdan etibarən ifalar canlı yayımlanacaq.
Bu turda hər komandadan iştirakçıların sayına görə üç və ya dörd ifaçı yarışır.
Hər komandanın birincisini isə SMS-lər müəyyən edir və qalib növbəti həftədə iştirak hüququ qazanır.
Əgər bir komandadan dörd iştirakçı yarışırsa, SMS-lə ikinci olan iştirakçı sonrakı həftədə çıxış etmək hüququ qazanır. Son iki iştirakçıdan birini jüri seçir, digər iştirakçı nı müsabiqədən kənarlaşdırır. Bu tur hər komandadan iki nəfər qalana kimi davam edir.
Yarımfinalda hər komandadan iki iştirakçı olmaqla səkkiz nəfər iştirak edir. Jüri iştirakçılara yüz xallıq sistemlə qiymət verir. SMS nəticələri də buna əlavə olunur, xalı yüzə çatan iştirakçı finala vəsiqə qazanır.
Finalda 4 iştirakçı yarışır. Dördüncü iştirakçı müəyyənləşdikdən sonra digər ifaçılar yenidən oxuyur və yeni SMS nəticələrinə görə 3-cü müəyyənləşir.
Son iki iştirakçı qalanda isə səslər sıfırlanır. İki iştirakçı arasında yenidən səsvermə keçirilir və ən çox səs alan iştirakçı çempion olur.