Rus yazıçısına amerikan jesti

Rus yazıçısına amerikan jesti
15 may 2014
# 13:13

Kulis.az-ın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu York bələdiyyəsi rus yazıçısı Sergey Dovlatovun adının şəhərin küçələrindən birinə verilməsi üçün imza toplayan təşəbbüs qrupunun müraciətinə baxmağı qərara alıb.

Təşəbbüs qrupunun üzvlərindən biri Aleksey Rubin bildirib ki, aprelin əvvəlində bələdiyyədən ona zəng vuraraq imza toplama prosesini dayandırmağı xahiş ediblər.

Çünki onlar bununla bağlı məktublar almaqdan yorulublar.

Bunun yaxşı əlamət olduğunu deyən Rubininin sözlərinə görə, məsələ ilə bağlı səsvermə may-iyun ayına keçirilib.

Təşəbbüs qrupu Kvins rayonundakı 62-ci Drayv küçəsinə “Sergei Dovlatov Way” sözünün əlavə olunmasını, eyni zamanda memorial lövhənin qurulmasını təklif edir.

# 1789 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #