“Kino ölüb”

“Kino ölüb”
27 may 2014
# 11:28

Məşhur rejissor Kventin Tarantino filmlərin rəqəmsal proyektorda göstərilməsini tənqid edib. O, bildirib ki, rəqəmsal proyeksiya kütləvi televiziya kimi bir şeydir: “Görünür, bütün dünya bu televiziyaya kütləvi şəkildə baxmaq istəyir, amma mənim üçün kinematoqraf ölüb”.

Rejissor daha sonra deyib: “Filmlərin artıq 35 mm-lik göstərilməməyi o deməkdir ki, kino sənəti uduzub. Gələcək nəsillər bizdən daha ağıllı olacaqlar və nəyi itirdiklərini anlayacaqlar”.

Rejissor eyni zamanda “Azad edilmiş Canqo” filmindən mini serial hazırlamağı düşünür.

90 dəqiqəlik əlavə materialı oldunu deyən Tarantino onu montaj edərək serial hazırlayacaq: “İnsanlar 4 saatlıq filmə baxanda yuxulayırlar. Amma hər bölümü 1 saat olan seriala baxmaq üçün ölürlər”.

# 1952 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #